Keceldag Sahbuz - Wikipedia
Keceldag Sahbuz - Wikipedia - Haqqında Məlumat
Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.[1]
Keçəldağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2740 m |
Yerləşməsi | |
39°35′03″ şm. e. 45°40′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.