Kerol Barts - Wikipedia
Kerol Barts (ing. Carol Ann Bartz; d. 28 avqust 1948, Uinone, Minnesota, ABŞ) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Yahoo!"nun icraçı direktoru (2009–2011).
Kerol Barts | |
---|---|
ing. Carol Ann Bartz | |
| |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Minnesota, Uinone |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
Fəaliyyəti | icraçı direktor, biznes ledi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKerol Barts 1948-ci ilin avqust ayının 28-də ABŞ-nin Minnesota ştatının Uinone şəhərində anadan olmuşdur.
Onun 8 yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar.
Kerol orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 1971-ci ildə universiteti bitirərək kompüter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir.
Fəaliyyəti
redaktəHələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləmişdir.
Kerol Barts müxtəlif dövrlərdə "3M" holdinqində, "Digital Equipment Corporation" və "Sun Microsystems" şirkətlərində fəaliyyət göstərmiş, "Cisco Systems" və "İntel" Direktorlar Şurasının üzvü olmuşdur.
O, 1992-ci ildən 2006-cı ilədək — 14 il ərzində "Autodesk" şirkətinin Direktorlar Şurasının sədri, şirkətin icraçı direktoru və prezidenti kimi fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə "Autodesk" fantastik nəticələrə nail olmuş və İT sahəsinin liderləri sırasında qərar tutmuşdur. 1992-ci ildə 285 milyon dollar gəliri olan şirkət 2006-cı ili 1,523 milyard gəlirlə başa vurmuşdur.
2009-cu ilin 13 yanvarında "Yahoo!"nun icraçı direktoru təyin olunandan sonra şirkət internetdə axtarış sahəsində "Microsoft" ilə uzunmüddətli əməkdaşlıq barədə anlaşma sazişi imzalamağa müvəffəq olub. Saziş çərçivəsində "Microsoft" 10 il müddətinə "Yahoo!"nun bütün axtarış texnologiyalarına eksklüziv lisenziya əldə edib. "Microsoft"un yeni axtarış servisi olan "Bing" isə "Yahoo!"nun bütün saytlarında istifadə olunur. Bu zaman "Yahoo!" bunun əvəzinə hər iki şirkətin resurslarında əsas reklam verənlərə axtarış reklamı satmaq imkanı əldə edir.
Bu sazişin bağlanmasına baxmayaraq "Yahoo!" əvvəlki mövqeyini bərpa edə bilmədi. Şirkət həm təklif olunan xidmətlərdə, həm də keyfiyyətli və operativ fəaliyyətinə görə "Google" şirkətinə uduzub. Şirkətin fəaliyyətində kəskin şəkildə geriləmə müşahidə olunduğuna görə Barts 2011-ci ildə vəzifəsindən kənarlaşdırılır. Həmin vaxt Kerol Barts yaranmış vəziyyətin səbəbini şirkətin reklamlarına olan tələbatın azalmasında görərək bildirmişdi:
"Biz gəlirin azalması ilə rastlaşdıq.
Söhbət 2011-ci ilin ikinci rübündəki göstəricilərdən gedir. Bu vəziyyət bizim şirkətimizin strukturunun yenidən təşkil edilməsinə səbəb oldu, amma bu, reklam biznesinin kəskin artmasına gətirib çıxaracaq".
Lakin vəziyyət Bartsın istədiyi kimi müsbət istiqamətə dəyişmədi. Bu da onun "Yahoo!"dan uzaqlaşdırılması ilə nəticələndi.
Uğurları
redaktəBarts Nyu-Cersi Texniki İnstitutunun, Vuster Politexnik İnstitutunun və Uilyam Vuds Universitetinin fəxri doktoru seçilib.
"Fortune" jurnalının tərtib etdiyi "biznesin 50 ən nüfuzlu qadını" siyahısında yer alıb.
Mənbə
redaktə- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER. ictnews.az, 13.09.2011 (az.)