Ketoy Adasi - Wikipedia
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir[1]. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir. Pallas vulkanın daxilində Qlazok adlı göl vardır. Gölün dərinliyi 40 metr, eni isə 300 metr təşkil edir. Gölün suyu turşdur. Adanın şimalında isə Kaskad şəlaləsi yerləşir. Burada tülkü, Şimal dəniz şirinə rast gəlinir. 28 km şiimal-şərqdən Uşişir adalarından Rikord boğazı, 20 km cənub-qətrbdən isə Simuşir adasından Diana boğazı ilə ayrılır.
Ketoy adası | |
---|---|
rus. Остров Кетой, yap. 計吐夷 | |
Ümumi məlumatlar | |
Sahəsi | 73 km² |
Uzunluğu |
|
Eni | 9 km |
Hündür nöqtəsi | 1166 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
47°20′ şm. e. 152°31′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Комплексная экспедиция на Курильские острова в 2006 г. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Вестник ДВО РАН. 2007