Keys Usulu - Wikipedia
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study)
Hadisənin öyrənilməsi
redaktəHadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir.
Hadisənin öyrənilməsi metodu
redaktəHadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir.
Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər.
Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər.
Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər.
Hadisə öyrənilməsi metodunun tipləri
redaktəTədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir. Bunlardan bəziləri aşağıdakılardan ibarətdir.
Illüstrativ hadisə öyrənilməsi (illustrative case study) – ümumi situasiyanın nədən ibarət olduğu barədə məlumat vermək üçün həmin situasiyaya uyğun bi neçə hadisənin araşdırılmasıdır. Əsas məqsədi misallar vasitəsilə başqalarını vəziyyətlə tanış etməkdir. Aydınlaşdırmaq məqsədilə hadisə öyrənilməsi (exploratory case study) – böyük ölçülü tədqiqatlardan əvvəl aparılır və əsas məsələləri, istiqamətləri müəyyənləşdirmək məqsədi daşıyır.
Toplama və ya cəmi hadisə öyrənilməsi (cumulative case study) – müxtəlif dövrlərə aid olan bir neçə hadisənin tədqiq edilməsidir və dinamikanın, qanuna uyğunluğun aşkar edilməsi, gələcəkdə baş verə biləcək hadisələr barədə təxmin əldə edilməsi məqsədi daşıyır.
Hekayət şəkilli hadisə öyrənilməsi (narrative case study) – baş vermiş hadisənin ssenari kimi təsvir edilərək tədqiq olunmasını nəzərdə tutur. Belə hekayətlərdə iştirakçılar şərti olaraq aktyorlar adlanırlar.
Mürəkkəb quruluşlu hadisə öyrənilməsi (embedded case study), (embedded nəyinsə içinə basılmış deməkdir) – tədqiqatda, hadisə öyrənilməsi metodu ilə yanaşı keyfiyyət metodlarından da istifadə edilməsini nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, bu tiplər arasında fərq, məzmun deyil kontext fərqidir. Başqa sözlə, bu tipləri bir birindən hansı situasiyaya uyğun olaraq istifadə edildikləri ayırır.
Adətən bütün hallarda əsas hadisənin ətraflı təsviri, ondan əvvəl baş vermiş və ona aidiyyəti olan hadisələrin təhlili tələb olunur. Bəzi hallarda əsas hadisənin geniş təhlilindən sonra nəticə çıxarılmır, bir müddət sonra nə baş verəcəyi gözlənir və ümumi baxış formalaşdırılır.
Öyrənilən hadisələrin tipləri
redaktəBu metod üçün istifadə edilən hadisələr tədqiqiatın məqsədlərindən asılı olaraq fərqlənə bilər. Bu nöqteyi nəzərdən hadisələr şərti olaraq üç tipə bölünürlər:
- ekstrim və ya standartdan fərqli hadisə (extreme, deviant case) – müəyyən halın, kəskinləşdiyi, daxili ziddiyyətlərin yüksək nöqtəyə çatdığı bir vəziyyətdə tədqiqat üçün istifadə olunmasını nəzərdə tutur;
- kritik hadisə (critical case) – ümumi problemi ən çox və ya ən az əks etdirən və beləliklə də problemə münasibətdə strateji əhəmiyyət daşıyan hadisələr hesab olunur;
- paradiqmatik hadisə (paradigmatic case) – problem üçün tipik hesab olunan hadisədən ibarətdir.
Mənbə
redaktə- Д. Мартин. Психологические эксперименты, секреты механизмов психики. "Прайм-Еврознак" 2002 (D. Martin. Doing Psychology Experiments)
- Bent Flyvbjerg, "Five Misunderstandings About Case Study Research." Qualitative Inquiry, vol. 12, no. 2, April 2006,
- Robert E. Stake, The Art of Case Study Research (Thousand Oaks: Sage, 1995).
- Robert K. Yin. Case Study Research. Design and Methods. Third Edition. Applied social research method series Volume 5. Sage Publications. California, 2002.
- Andrew Colman. Oxford Dictionary of Psychology. Oxford University Press. 2001