Kicik Kenizedag Palciq Vulkani - Wikipedia
Kiçik Kənizədağ palçıq vulkanı -(300 m) Böyük Kənizədağ palçıq vulkanının cənub-şərq qurtaracağında yerləşir.
Kiçik Kənizədağ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°07′02″ şm. e. 49°20′21″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Ümumi məlumat
redaktəO, relyefdə yaxşı əks olunan kəsik konus əmələ gətirir. Bu vulkanın qurluşunda əsasən Məhsuldarqat, Ağcagil çöküntüləri iştirak edir. Sonuncu çöküntülər bəzi yarğanların dibində də üzə çıxır. Kiçik Kənizədağ palçıq vulkanı Duvannı qırışığının şimal-qərb qurtaracağının periklinal hissəsinin oxunda yerləşmişdir ( Ə.Ə. Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov 1971).
Kiçik Kənizədağ palçıq vulkanının krater hissəsi yarımdairə şəklində olub, səthi az qabarıq olub zəif parçalanmışdır. Onun şimal və qərb yamacı zəif, cənub, cənub-şərq yamacı orta, şərq, şimal-şərq yamacı arid-denudasiya prosesləri ilə intensiv parçalanmışdır. Sonuncu səmtli yamaca kəsilmiş yarğanların dərinliyi aşağı hissədə 15-20 m və daha artıqdır.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Якубов А.А., Ализаде А.А., идр. Грязевые вулканы Азербайджанской ССР. Баку, 1971