Kimcxek - Wikipedia
Kimçxek (kor. 김책시), və ya əvvəlki adıyla Soncin (kor. 성진시, 1951-ci ilə qədər) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində, Yapon dənizinin, Kim-Çxek-Xan körfəzinin və Namde çayının sahilində yerləşən şəhər. 2008-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 207,299 nəfərdir.
Şəhər | |
Kimçxek | |
---|---|
김책시 | |
40°40′04″ şm. e. 129°11′51″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Vilayət | Hamqyon-Pukto |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları |
Şirotsu Soncin |
Sahəsi | 850 km² |
Mərkəzin hündürlüyü | 1 m |
Saat qurşağı | UTC+8:30 |
Əhalisi | |
Əhalisi | 207,299[1] nəfər (2008) |
Rəsmi dili | Koreya dili |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəYaponiya hakimiyyəti dövründə (1910—1945) şəhər "Şirotsu" olaraq bilinirdi. 1951-ci ilə qədər şəhər Soncin adlandırılırdı. Rus dilində tez-tez Kim-Çxek və ya Kim-Çak kimi tərcümə olunur. Şəhər hal-hazırkı adını Koreya müharibəsi zamanı almışdır. Şəhər adını Şimali Koreyanın önəmli bir siyasi və hərbi şəxsi olan Kim Çxekdən almışdır.
Tarixi
redaktəŞəhər əvvələr bir balıqçı kəndi idi. Şəhər 1899-cu ildə dəniz ticarəti üçün limanın açılmasından sonra, iqtisadi baxımdan sürətlə böyüməyə başladı.[2] Liman kənd təsərrüfatı məhsulları, odun və s. ixrac edirdi. Yaşayış məntəqəsi 1931-ci ildə şəhər statusu almışdır. 1930-cu illərdə mineral yataqların inkişafına başlayan şəhər, regionun əsas sənaye mərkəzi olmuşdur.
İqtisadiyyat
redaktəKimçxek Yapon dənizində yerləşən mühüm bir liman şəhəridir. Şəhər bir dəmir məmulatı zavoduna və Kimçxek Politexnik İnstitutuna ev sahibliyi edir.[2]
Mədəniyyəti
redaktəŞəhərdə prezident Kim İr Senin fəaliyyətinə həsr olunmuş kiçik bir muzey var. Şəhərdə həmçinin, həm həvəskar, həm də peşəkar oyunlara ev sahibliyi edən milli futbol stadionu mövcuddur. Bundan başqa, görməli yerlər arasında şəhər ətrafında səpələnmiş olan abidələr var.
Nəqliyyat
redaktəŞəhərdən magistral yol və dəmiryolu keçir. Şəhərin mühüm bir limanı mövcuddur. Limanda "Texın" balıq ferması fəaliyyət göstərir.[3]
Tanınmış sakinləri
redaktə- Li Den Ok — 1977-ci ildən 1984-cü ilədək KXDR-in İnzibati Şurasının sədri.
- Çxo So He — Koreya yazıçısı.
- Yon Nam Tsoy — Viktor Tsoyun ulu babası.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2008 Əhalinin siyahıya alınması Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine.
- ↑ 1 2 "Kimch'aek". Encyclopaeida Britannica’. 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2012.
- ↑ "Koreya" jurnalında Texın balıqçılıq müəssisəsi[ölü keçid]
Ədəbiyyat
redaktə- Dormels, Reyner. North Korea's Cities: Industrial facilities, internal structures and typification. (azərb. Şimali Koreyanın Şəhərləri: Sənaye obyektləri, daxili strukturlar və tipləşdirmə) Cimondan, 2014. ISBN 978-89-6297-167-5
- «Словарь современных географических названий» (azərb. "Müasir coğrafi adlar lügəti"), 2006.
- «Большой Энциклопедический словарь» (azərb. "Böyük Ensiklopedik lügət"), 2000.
Xarici keçidlər
redaktə- Kimçxek şəhərinin profili Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine