Kimi Raykkonen - Wikipedia
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir.
Kimi Raykönen | |
---|---|
Kimi Räikkönen | |
Tam adı | Kimi-Matias Raykkonen |
Ləqəbi | Iceman |
Doğum tarixi | |
Doğum yeri | Espoo, Finlandiya |
Ölkə | Finlandiya |
Maşın | 7 |
Komanda | Alfa Romeo |
Formula 1 karyerası | |
Yarış sayı | 277 (274-da çıxış edib) |
Çempionluq | 1 (2007) |
Birincilik | 21 |
Cəmi xal | 1613 |
Poul sayı | 17 |
Podium | 94 |
Rekord dərəcə | 45 dəfə |
Birinci yarış | 2001 Avstraliya Qranprisi |
İlk birincilik | 2003 Malayziya Qranprisi |
Mövqeyi | 4-cü (2018) |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəKimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub.
Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir. Cütlük 2016-cı il avqustun 7-də Syenada evlənir. Kiminin hobbiləri arasında hokkey oynamaq da var.
Sürücülük karyerası
redaktəSürücülük karyerasına 10 yaşında başlayır və bir çox uğurlar əldə edir. Ölkədən kənarda ilk yarışına 15 yaşında Monakoda çıxır. Oradakı hər iki yarışda kartı qəzada zədələnsə də, finişə qədər gedir, ikinci yarışda hətta ilk üçlüyə düşür.1998-ci ildə Norveçdə keçirilən Nordic Championship-də qalib gəlir. Növbəti il European Formula Super A-nın ikincisi olur. Eyni zamanda Formula Ford Euro Cup-da da yarışır. İyirmi yaşında British Formula Renault- nun qış seriyasında, növbəti il isə əsas mövsümündə qalib gəlir. Onun bu uğurları Formula 1 komandalarının diqqətini cəlb edir.Peter Zauber 2000-ci ilin sentyabr ayında Kimiyə Sauber-lə Mucello trasında Formula 1 maşınını test etmək imkanı verir. Növbəti testlər Xeres və Barselonada olur.
Formula 1
redaktə2001
redaktəTestlərdəki nəticələrdən sonra Peter Zauber gənc Kimi ilə 2001-ci il üçün müqavilə bağlayır. FİA-nın başçısı Maks Mosli də daxil olmaqla, bir çox adam təcrübəsiz sürücüyə Formula 1-də yarışmaq üçün super lisenziyanın verilməsindən narahat olduqlarını bildirirlər. Lakin bütün bunlara baxmayaraq, ona lisenziya verilir. Kimi çıxdığı ilk yarışda – Avstraliya Qran Prisində xal qazanır. Deyilənlərə görə, yarışdan yarım saat əvvəl rahat yatırmış. Kimi Rəykkönen Sauber-in motor tədarükçüsü Ferrari-də yarışmaqdansa,McLaren-ə keçməyi üstün tutur. Onun həmyerlisi, ikiqat dünya çempionu Mika Həkkinen karyerasını bitirir və McLaren-də Kimi üçün yer boşalır.
2002
redaktəKimi yeni komandası ilə çıxdığı ilk yarışda podiuma yüksəlir. Növbəti yarışlarda dəfələrlə motor problemləri işə üzləşir.Fransadakı yarışda qələbəyə çox yaxın olur. Lakin başqa maşının motorundan asfalta tökülən yağda sürüşərək trasdan çıxır. Yarışı ikinci yerdə tamamlayır. Mövsümü altıncı yerdə başa vuru və xal hesabında təcrübəli Devid Kutharda məğlub olur.
2003
redaktə2003-cü ildə Malayziya Qran Prisində ilk qələbəsini qazanır.Braziliyada yarış 55-ci dövrədə saxlanılır. Qaydalara görə, yarış saxlandıqda 2 dövrə əvvəlki nəticələr nəzərə alındığından, 53-cü dövrədə lider olmuş Kimi qalib elan olunur. Lakin bir həftə sonra qərar dəyişdirilir. Yarış dayandırılarkən Cankarlo Fizikellanın artıq 56-cı dövrəyə başladığı bildirilir və 54-cü dövrədəki nəticələr nəzərə alınır. Qələbə Cankario Fizikellaya verilir. Mövsüm ərzində digər komandalar maşınlarını inkişaf etdirsələr də,McLaren hələ də 2002-ci ilin maşınından istifadə edirdi. Buna görə də, onlar sürətdə rəqiblərindən geri qalmağa başlayırlar. Bu da yarışlarda özünü göstərir. Lakin Rəykkönen bir neçə dəfə mexaniki problemlə üzləşdiyi mövsümdə yaxşı çıxış edir və dəfələrlə podiuma yüksəlir. Yaponiyadakı son yarışda titul üçün mütləq qələbə qazanmalı, çempionatın lideri Mixael Şumaxer isə xalsız qalmalı idi. Lakin Mixael Şumaxer özünə lazım olan bir xalı əldə edir. Kimi isə yarışda ikinci olur. Mövsümü çempion Mixael Şumaxerdən cəmi iki xal geridə tamamlayır.McLaren isə Mühəndislər Kubokunda üçüncü ola bilir.
2004
redaktə2004-cü il Kimi üçün çox pis başlayır. Mercedes motorunun etibarsızlığı özünü göstərir və finlandiyalı sürücü ilk yeddi yarışda cəmi bir xal qazana bilir. Bu müddətdə Mixael Şumaxerin aktivində 60 xal olur. Komanda Fransa Qran Prisində MP4–19B adlı yeni şassiyə keçdiyini bildirir. Bundan sonra vəziyyət bir qədər düzəlir. Rəykkönen Britaniyadakı növbəti yarışda ikinci olur. Növbəti iki yarışı tamamlaya bilmir. Lakin çox sevdiyi Spadakı yarışa onuncu yerdən başlamasına baxmayaraq, 11-ci dövrədə liderliyə yüksəlir və əzmkar qələbə qazanır. Bu, həm də komandanın mövsümdə yeganə zəfəri olur. Qalan dörd yarışda iki dəfə podiuma yüksəlir, mövsümü yeddinci yerdə tamamlayır. Mövsümdəki uğursuzluqlara baxmayaraq, Kimini bir çoxları Censon Batton,Fernando Alonso ilə yanaşı, gələcəyin böyük sürücülərindən biri kimi görür. Bəziləri Ferrari rəhbərliyinin onu gələcəkdə trasnfer etmək istəyəcəyini irəli sürür. Rəykkönen meneceri Stiv Robertsonla birlikdə Formula 3-də yarışacaq Raikkonen Robertson Racing (Double R Racing) adlı komanda qurmaq istədiyini açıqlayır. Komanda hazırda British Formula 4 də daxil olmaqla, bir neçə seriyada çıxış edir.
2005
redaktə2005-ci ilin startı da finlandiyalı üçün ürəkaçan olmur. Michelin təkərləri ilk yarışlarda sıralanma turlarında yaxşı nəticələr əldə etməyə imkan vermir. Mövsümdə ilk podiumunu Bəhreyndə Renault sürücülərindən sonra üçüncü yeri tutaraq qazanır.İspaniya və Monakoda əla çıxış edir və qalib gəlir. Kimi mövsüm ərzində daha beş qələbə qazanır. Bunlara sevimli trası Spadakı və ilk yarışını qəbul edən İstanbul Parkdakı qələbələr də daxildir.Yaponiyadakı yarışı isə xüsusilə qeyd etmək lazımdır. Sıralanma turunda bir sıra problemlərə görə yarışa 17-ci yerdən başlayır, lakin finiş xəttini birinci keçir. Yarışa uzun müddət liderlik edən Fizikellanı isə sonuncu sövrədə üstələyir. Mövsümü Fernando Alonsodan sonra ikinci yerdə tamamlayır. Həmin il bir neçə mükafata layiq görülür.
2006
redaktə2006-cı il Kimi heç bir yarışda qalib gələ bilmir. Komandanın maşını Renault və Ferrari-dən geri qalır. Titul uğrunda mübarizə də Fernando Alonso ilə Mixael Şumaxer arasında gedir. Lakin Rəykkönen dəfələrlə podiuma yüksəlir, mövsümü 65 xalla beşinci yerdə başa vurur. İtaliya Qran Prisi ərəfəsində Mixael Şumaxer mövsümün sonunda Formula 1-dən gedəcəyini açıqlayır.Ferrari də Kimi Rəykkönenlə növbəti üç il üçün müqavilə bağladığını elan edir. Kimi bu dəyişikliklərə görə şad olduğunu bildirir, eyni zamanda McLaren-ə gələcəkdə uğurlar arzulayır.
2007
redaktəRəykkönen 2007-ci ilə mükəmməl başlayır – Avstraliyada yarışa pouldan başlayır, sürətli dövrəyə imaz atır və damalı bayrağı ilk görən sürücü olur. Növbəti altı yarışda komanda yoldaşı Felipe Massa,McLaren sürücüləri Fernando Alonso və Lyuis Həmilton hərəyə iki qələbə qzanırlar. Növbəti iki yarışda isə Kimi hamıdan üstün olur.Yaponiya Qran Prisində təhlükəsizlik maşının uzun müddət trasda qalması Ferrari-nin düşündüyü strategiyanı alt-üst edir. Kimi finiş xəttini üçüncü keçir. Yekuna iki yarış qalmış, çempionatda McLaren sürücülərindən sonra üçüncü yerdə qərarlaşır.Çində qələbə qazanan Kimi Braziliyada da bunu təkrarlaya bilir.Lyuis Həmilton yarışı yeddinci, Fernando Alonso isə üçüncü yerdə tamamlayır. Kimi yekunda 110 xal toplayır və hər iki McLaren sürücüsünü bir xal üstələyərək hələ ki, yeganə olan titunulu qazanır. Şübhəsiz ki, bunda həmin mövsüm Fernando Alonso və Lyuis Hemilton arasında baş verənlərin də rolu olur.
2008
redaktə2008-ci ilin ilk altı yarışından sonra həm Kiminin, həm də Felipe Massanın aktivində iki qələbə olur. Lakin mövsümün ortalarından etibarən komandanın Felipe Massaya üstünlük verdiyi hiss olunur.Felipe Massa titul uğrunda Lyuis Hemiltonla sona qədər mübarizə aparır. Hətta Braziliyada finiş xəttini keçərkən çempion idi, lakin bir neçə saniyə sonra Lyuis Həmiltonun Timo Qloku ötməsi braziliyalının sevincini yarımçıq qoyur. Kimi mövsüm ərzində iki qələbə, doqquz podium əldə edir və yekunda üçüncü yeri tutur.
2009
redaktə2009-cu il Brawn və Red Bull komandalarının üstünlüyü ilə keçir. Kimi mövsümdəki yeganə qələbəsini Belçikada əldə edir, daha dörd yarışda da podiuma yüksəlir. Yekun nəticədə altıncı olur.Ferrari mövsümün sonun yaxın, Kiminin daha birillik müqaviləsinin olmasına baxmayaraq, komandadan ayrılacağını açıqlayır. Onu Fernando Alonso əvəzləyir. Kimi isə Formula 1-dən gedir.
2012
redaktə2012-ci ildə Roman Qrojanın komanda yoldaşı olan Kimi yaxşı mövsüm keçirir. Maşın podium uğrunda mübarizəyə imkan verir və həm Kimi, həm də Roman Qrojan dəfələrlə podiuma yüksəlirlər.Formula 1-ə qayıtdıqdan sonra ilk qələbə isə Əbu Dabidə qazanılır. Dördüncü yerdən başladığı yarışın startında ilk döngədə Pastor Maldonado ilə Mark Uebberin insidentindən yaxşı yayınır.Lyuis Həmiltonun yarışı yarımçıq saxlaması ilə liderliyə yüksəlir və Fernando Alonsonun təzyiqlərinə baxmayaraq, finiş xəttini birinci keçə bilir.Braziliyadakı yarışda isə Kimi hamını güldürür. Sürüşərək trasdan çıxan Kimi trasa qayıtmaq üçün seçdiyi köməkçi yolun sonda bağlı olduğunu görərək geri qayıtmalı olur və xeyli vaxt itirir. Bir çoxları finlandiyalının dünya üçüncüsü olaraq FİA-nın mükafatlandırma mərasiminə qatılmaq istəmədiyindən belə etdiyini düşünür. Lakin belə idisə də, əbəs yerə idi, çünki Lyuis Həmilton həmin yarışı tamamlaya bilmədiyindən, Kimi onsuz da üçüncü olacaqdı.
2013
redaktə2013-cü ilin Avstraliyada ilk yarışında qalib gələn Kimi mövsümün gedişində daha yedi dəfə podiuma yüksəlir, bu yarışlardan altısında ikinci yeri tutur. Sentyabr ayında Kimi Rəykkönenin növbəti mövsümdə yenidən Ferrari-yə qayıdacağı elan olunur. Kiminin Lotus komandası ilə münasibətləri pisləşir. O, Əbu Dabidəki yarışa da çıxmaq istəmir, lakin sonda buna razılaşır. Lakin ilk dövrədə qəzadan sonra yarışı yarımçıq saxlamalı olur və otelə yollanır. Bütün olanlara baxmayaraq, komanda ilə Kimi arasında son iki yarışa çıxmaq barədə yeni razılıq əldə edilir. Lakin ABŞ Qran Prisindən bir həftə əvvəl belindəki zədəyə görə yarışa bilməyəcəyini elan edir və onu Heykki Kovalaynen əvəzləyir.
2014
redaktə2014-cü ildə reqlamentdəki dəyişikliklər və turbo mühərriklərə keçid Ferrari-ni xeyli geri salır. Xal hesabında komanda yoldaşı Fernando Alonsodan xeyli geri qalan finlandiyalının mövsüm ərzində ən yaxşı nəticəsi Belçikadakı dördüncülük olur. Yekunda 55 xalla 12-ci olur.Fernando Alonso isə 161 xalla altıncı yeri tutur.Fernando Alonso növbəti mövsümdə McLaren-də yarışacağını açıqlayır. Onu isə Kimi ilə yaxşı münasibətləri olan Sebastyan Fettel əvəzləyir.
2015
redaktəKimi Ferrari-yə qayıtdıqdan sonra ilk podiumunu Bəhreyndə əldə edir,Sinqapur və Yaponiyada da üçüncü yeri tutaraq bu uğuru təkrarlayır. Lakin bu dəfə də üç qələbə qazanan və 13 dəfə podiuma yüksələn komanda yoldaşı Sebastyan Fetteldən xeyli geri qalır.
2016
redaktə2016 mövsümundə isə heç də pis təsir bağışlamayan Kimi dörd dəfə podiuma yüksəlir. Lakin Mercedes-nin əlçatmaz olduğu bir mövsümdə komandanın Red Bulldan da geri qalması podium sayının artmasına imkan vermir.