Kinabalu Milli Parki - Wikipedia
Kinabalu Milli Parkı (malay Taman Kinabalu) — 1964-cü ildə yaradılmış Malayziyanın ilk parklarından biri. 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınan Kinabalu parkı 326 növ quş, təxminən 100 növ məməli[1] və 110 növdən çox torpaq ilbizi[2] də daxil olmaqla, 4500 növdən çox flora və fauna ilə dünyada ən mühüm bioloji yerlərdən biridir.
Kinabalu Milli Parkı | |
---|---|
malay Taman Negara Kinabalu | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 754 km² |
Yaradılma tarixi | 1964 |
İdarəetmə orqanı | Sabah Parks |
Yerləşməsi | |
06°09′00″ şm. e. 116°39′00″ ş. u.HGYO | |
Ölkə | Malayziya |
Vilayət | Sabah |
Yaxın şəhər | Kota Kinabalu |
Rəsmi adı | Kinabalu Park |
Tipi | Təbii |
Kriteriya | ix, x |
Tarixi | 2000 (24-cü sessiya) |
İstinad nöm. | 1012 |
Dövlət | Malayziya |
Region | Asiya-Sakit Okean |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Park Şərqi Malayziyada Sabah ştatının qərb sahilində yerləşir və 754 kvadrat kilometr ərazini əhatə edir. Park Kinabalu dağı ilə əhatə olunub. Bu dağ 4.095 metr yüksəkliklə Kalimantan adasında ən hündür dağdır.
Park Sabah ştatı və ümumilikdə Malayziyada ən populyar turizm guşələrindən biridir. 2004-ci ildə 415,360-dən çox qonaq və 43,430 alpinist parkı ziyarət edib.
Coğrafiyası
redaktəKinabalu parkı Sabah ştatının qərb sahilində Kroker silsiləsində yerləşir. Bu park Qərb sahili oblastına daxil olan Ranau rayonunun ərazisinə daxildir. Parkın cənubda Kroker Silsiləsi Milli Parkı yerləşir.
Parkın baş idarəsi Kota Kinabalu şəhərindən 88 km məsafədə yerləşir. Parkın mərkəzindən Sabahın digər hissələrinə doğru gedən müxtəlif yollar var. Parkın qərargahı Kinabalu Parkının cənub sərhəddində 1,563 metr yüksəklikdə yerləşir.[3]
İstinadlar
redaktə- ↑ Chilling out in a tropical destination Arxivləşdirilib 2016-05-23 at the Wayback Machine. The Jakarta Post, 30 aprel, 2015.
- ↑ Liew, T.S., M. Schilthuizen & M. Lakim, 2010. The determinants of land snail diversity along a tropical elevational gradient: insularity, geometry and niches. Journal of Biogeography, 37: 1071–1078
- ↑ "Kinabalu Park, Kota Kinabalu". 2015-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 may, 2015.
Xarici keçidlər
redaktə- Kinabalu Parkının vebsaytı Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine
- Sabah Parks vebsayt
- Malayziyada turizm — Kinabalu Park Arxivləşdirilib 2014-05-24 at the Wayback Machine
- Kinabalu Milli Parkı Arxivləşdirilib 2012-07-06 at the Wayback Machine