Kipr Metbexi - Wikipedia
Kipr mətbəxi - kipr mətbəxi Türkiyə və Yunanıstan mətbəxlərinə çox yaxındır. Bu mətbəxə Fransa, İtaliya, Andorra və s. ölkələrin mətbəxinə oxşayır[1].
Yeməklərin hazırlanması
redaktəYeməklər adətən təzə tərəvəzlərdən - kabaçki, yaşıl bibər, yerkökü, pomidor, xiyar, kələm, üzüm yarpağı, lobya və s.dən hazırlanır. Həmçinin limon, armud, alma, üzüm, portağal, naringi, şaftalı, qara qaragilə, çiyələk, gilas, yemiş, qarpız, avakoda, badam və s. meyvə və quru meyvələrdən istifadə edilir. Bu mətbəx ədviyyatlarla da zəngindir[2]. İstiot, əkin indausu, iyli kərəviz, adi qaraqınıq, darçın və s. yeməklərə xüsusi dad verir. Kipr mətbəxinin əsas ədviyyatı isə nanədir[3]. Adanın bəzi regionlarda yeməklərə dadlandırıcı kimi pomidordan hazırlanan sous əlavə edilir. Ət, toyuq ətlərini göbələk, pendirlə serviz edilir. Salatlara xüsusilə pomidor, xiyar, göyərti, kələm, soğan qatılır. Çörək menyunun əsas hissəsini təşkil edir. Xüsusən bulqurdan hazırlanan çörəkdən istifadə edirlər.
Yeməkləri
redaktəBalıq məhsulları
redaktəBu mətbəx dəniz məhsullarından hazırlanan yeməklərlə məşhurdur. Bu yeməklər osminoqlar, lavrak, qızılı spar və s. hazırlanır. Osminoqdan "stiffado" adlı yemək hazırlayırlar. Bu yemək üçün qırmızı şərab, yerkökü, pomidor və soğandan istifadə edilir. Kalamari adlanan dəniz məhsulundan hazırlanır, bu yeməyə isə düyü, kimyon, mixək bəzən isə nanə əlavə edilir. Lavrak Türkiyə, İtaliya və Yunanıstan mətbəxinin əvəzedilməz yeməyidir. Adətən balıq yeməkləri soyuq halda yeyilir. Bir çox balıq restoranlarında iştahaçıcı ilə birlikdə serviz edilir.
Tərəvəzlər
redaktəTərəvəzləri adətən salatlara əlavə edirlər. Hər yeməkdə salatlardan istifadə edilir. Salatlara doğranmış soğan, mixək, kimyon və s. əlavə edilir. Yazda əsasən ənginardan salat hazırlnır.
İştahaçıcı
redaktəƏsas iştahaçılar qara və yaşıl zeytun, skordaliya (sarımsaq və pomidor), humus və s.dən istifadə edilir.
Desertlər
redaktəPendir
redaktəƏsasən inək və qoyun südündən pendir hazırlanır.
İçkilər
redaktəAyran Qızılgül suyu Muhallebi
Qalareya
redaktə-
Anari cheese served for breakfast in a Limassol hotel
-
Shoushouko, a Cypriot dessert made from grape
-
Taramosalata, a fish roe dip
-
Flaouna
-
Cypriot meze
-
Souvlaki with tzatziki sauce and rice.
-
Moussaka
-
Meat meze with sliced lountza, chiromeri, onions and olives
-
Skordalia sauce, hummus and grilled vegetables
- ↑ Cypriot mezedes Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine Cyprus Tourism Organisation web site
- ↑ "Finding Flaounes". 2014-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.
- ↑ Maria Dembinska and William Woys Weaver, Food and Drink in Medieval Poland (Philadelphia: University of Pennsylvania Press, 1999) p.41