Kiril Kulakov - Wikipedia
Kiril Kulakov - Wikipedia - Haqqında Məlumat
Kiril Kulakov (20 iyul 1969) — General-mayor, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı.
Kiril Kulakov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1969 (55 yaş) |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Təltifləri |
Həyatı
redaktəKiril Kulakov 20 iyul 1969-cu ildə doğulub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib.
2014–2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinsk vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb.
2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb.
2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.
2023-cü ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunub.[1]
Təltifləri
redaktə- "Rəşadətli əməyə görə" ordeni
- "Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə" ordeni
İstinadlar
redaktə- ↑ "Sülhməramlılara yeni komandan gətirilən Kirill Kulakov kimdir?". musavat.com (az.). Musavat.com. 28.08.2023. İstifadə tarixi: 11 sent 2023.