Klanq - Wikipedia
Klanq (əvvəllər Kelanq adı ilə də tanınırdı) — Malayziyada, Selanqor şəhərində şəhər. Kalanq vadisində, Kuala-Lumpur şəhərindən 32 km qərbdə və Port-Klanqdan 6 km şərqdə yerləşir. Kuala-Lumpur şəhərindən əvvəl Selanqor ştatının paytaxtı olmuşdur. Hazırda Şah-Alam ştatının paytaxtıdır. Klanq dairəsində yerləşən Port-Klanq dünyanın ən çox yük daşınan limanlarından biridir[2]. Əhalisi 1 113 851 nəfərdir (2010).
Klanq | |
---|---|
3°02′ şm. e. 101°27′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
mpklang.gov.my | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəTədqiqatçılar arasında geniş yayılmış mülahizəyə əsasən şəhər öz adını ərazisindən axan Klanq çayının adından götürmüşdür[3]. Bu coğrafi region bütünlüklə Klanq çayının yaxınlığında yerləşdiyinə görə Klanq vadisi də adlandırılmışdır. Digər bir məşhur bir nəzəriyyəyə görə isə bu ad mon-kxmer dilində Klong və ya köhnə malay sözü olan kilang ("anbarlar") sözündən götürülmüşdür, keçmiş zamanlarda şəhərdə çoxlu miqdarda anbarların olması ilə bağlı olduğu ehtimal olunur, müasir dövrdə Kilang" — fabrik mənasında işlənilir[4].
Rayonlar
redaktəKlanq çayı Klanq şəhərini Şimal və Cənub hissələrinə bölür. əvvəllər Şimali Klanq şəhərin əsas ticarət mərkəzi idi, lakin, 2008-ci ildən yaşayış binalarının və ticarət meydanlarının, bankların əksəriyyəti və həmçinin hökumət idarələri cənubi Klanqda yerləşir. Bu, ilk növbədə şəhərin inkişafı ilə əlaqədar son illər Bandar Botanic, Bandar Bukit Tinggi, Taman Bayu Perdana, Glenmarie Cove, Kota Bayuemas kimi şəhərətrafı yaşayış massivlərinin, sənaye müəssisələrinin cəmləşdiyi yeni və müasir rayonların yaranması ilə bağlı olmuşdur[5]. Klanq şəhərinin şimal hissədə köhnə və Berkeley Garden, Taman Eng Ann, Taman Klang Utama, Bandar Baru Klang kimi tanınmış yaşayış rayonları yerləşir. Ölkənin ən hərəkətli limanı Cənubi Klanqda yerləşən Port-Klanq şəhəridir.
Nəqliyyat
redaktəKlanq şəhərinin əhalisi dəmiryol xəttinin şəhərətrafında yerləşən 5 stansiyanın xidmətindən istifadə edir. 2 №-li federal şose şəhəri Kuala-Lumpur və Klanq vadisinin digər şəhərləri ilə birləşdirir. Şəhər əhalisi həmçinin ölkənin ən iri — RapidKL bus route — abtobus kompaniyasının xidmətindən istifadə edir.
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "PORT KLANG CELEBRATES OVER 100 YEARS OF BEING MALAYSIA'S PREMIER PORT". Port Klang Authority. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2012.
- ↑ "History". Klang Municipal Council. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ Shanti Gunaratnam. "The town that tin built". New Straits Times. 1 April 2012. 31 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
- ↑ "Industrial Areas". Klang Municipal Council. 2015-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.