Klaudia Oktavia - Wikipedia
Klaudia Oktavia və ya Oktavia Neron (latınca CLAVDIA•OCTAVIA) (təq. 40 və ya 39[1], Roma – 9 iyun 62, Ventotene, Latsio) — Roma imparatoru Neronun ögey bacısı və ilk həyat yoldaşı olan Roma imperatriçası.
Klaudia Oktavia | |
---|---|
Claudia Octavia | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 40 və ya 39[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 62 |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | Roman Empress[d] |
Atası | Klavdi |
Anası | Messalina |
Həyat yoldaşı | Neron |
Ailəsi | Yulilər-Klavdilər |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAiləsi
redaktəOktavia Roma imparatoru Klavdinin üçüncü həyat yoldaşı olan Messalinanın tək qızı. Adı imperator Avqustun böyük bacısı olan Klaudia Oktavianın nənəsi Balaca Oktavianın şərəfinə qoyulmuşdur. Qardaşı Britannikus, ögey bacısı isə Klaudia Antonia idi.
İlk illəri
redaktəRomada doğulmuşdur. Hələ kiçik qız ikən atası tərəfindən Auvqust nəslindən olan və gələcəkdə pretor olacaq Lucius Junius Silanus Torquatus ilə nişanlanmışdır.
Neronun yüksəlişi
redaktəOktavianın anası atasına qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq 48 yaşında edam edildi. Daha sonra Klavdi Kiçik Aqrippina ilə evlənmişdir[2]. Kiçik Aqrippinanın ilk evliliyindən Lukius Domitius Ahenobarbus (gələcək imperator Neron) adlı bir oğlu var idi.
Kiçik Aqrippina planları və intriqaları ilə Octavia və Lucius Silanus arasındakı nişanı pozdurdu və Klavdini Neronu oğluluğa və varisi kimi götürülməsinə inandırdıqdan sonra o, 9 iyun 53-cü ildə Oktavia və Neronu evləndirdi[2].
İmperatriça kimi həyatı
redaktəKlavdi 13 oktyabr 54-cü ildə öldü və Neron Britannikusu zəhərləyərək taxta çıxdı[3]. Takitus bu hadisədən sonra Oktavianın çox üzüldüyünü, ancaq əri ilə birlikdə olanda bu duyğuları və ağrıları gizlətməyi öyrəndiyini yazır. Oktavia Neron və anası arasındakı mübarizənin ortasında qalmışdı. Bu mübarizə 59-cu ildə Neronun Messalinanı öldürməsi ilə nəticələndi[4].
Roma vətəndaşları tərəfindən imperartriça kimi yüksək qiymətləndirilsə də Neron ilə evliliyindən xoşbəxt deyildi. Oktavia aristikrat bir xanım idi, lakin Neron ona nifrət edirdi. Neron bir neçə dəfə Poppea Sabina ilə münasibətdə olmuşdu[5]. Poppaea Nerondan hamilə qaldıqdan sonra Neron Oktavianı sonsuz olduğu səbəbiylə boşandı və boşandıqdan on iki gün sonra Poppaea ilə evləndi.
Sürgün və ölmü
redaktəNeron və Poppaea zina ittihamı ilə Oktavianı Pandateriya adasına sürgün etdi. Oktavianın sürgün edilməsinə Roma vətəndaşları sərt reaksiya verdi və getdikcə etirazlar güclənmiş, Oktavianın heykəlləri çiçəklərlə bəzədilmiş, küçələrdə gəzdirilmiş və geri çağırılması istənmişdir[6]. Neron demək olarki yenidən oktavia ilə evlənməyi qəbul etmişdir, lakin Poppaea Nerona Oktavianın ölüm əmrini imzalamağa məcbur etdi[7]. Bir neçə gün sonra Oktavia bağlandı və damarları ənənəvi Roma intihar ritualına uyğun olaraq kəsildi. Dəhşəti o qədər çox idi ki, qan axını yavaşladı. Oktavia buxar hamamında boğularaq öldürüldü. Oktavianın başı kəsildi və Poppaeaya göndərildi. Onun ölümü Romanı kədərləndirmişdi. Suetonius illər sonra Neronun anası və Oktavia haqqında kabuslar yaşamağa başladığından danışır[6].
İstinadlar
redaktə- ↑ 1 2 https://books.google.se/books?id=GZwGAQAAIAAJ&q=%22rightly+affiliates+her+to+aelia+paetina%22&dq=%22rightly+affiliates+her+to+aelia+paetina%22&hl=sv&sa=X&ved=2ahUKEwi5hbH_2rr5AhVkiYsKHaKNDq0Q6AF6BAgCEAI (ing.).
- ↑ 1 2 Suetonius, 12 Sezarın həyatı
- ↑ Kassi Dio, Roma tarixi LXI.34
- ↑ Tasit Korneli, Salnamələr" XIII.16
- ↑ Takitus, İlliklər XIII.46
- ↑ 1 2 Suetonius On İki Sezarın Həyatları, Neronun Həyatı 23 Arxivləşdirilib 2023-03-25 at the Wayback Machine, 24 Arxivləşdirilib 2023-03-25 at the Wayback Machine
- ↑ Tasit Korneli, Salnamələr" XIV.53