Kleptomaniya - Wikipedia
Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək. Bir impuls kontrol pozuntusudur.
Kleptomaniya | |
---|---|
XBT-10-KM | F63.2 |
XBT-9-KM | 312.32[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır. Kleptomaniya haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur.
Xəstələrin ümumi xüsusiyyətləri
redaktəQadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər. Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir. Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına maneə ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər.
Kleptomaniya ilə həqiqi oğurluğun fərqləri
redaktəKleptomaniyadan fərqli olaraq həqiqi oğurluqda:
- Heç bir impulsdan söz gedə bilməz
- Oğurluq planlı olur və başqa şəxslərlə da əlbir oluna bilir
- Oğurlanan əşyalar dəyərlərinə görə oğurlanır, maddi qazanc əldə olunur
Oğurlanan əşyanı nə etdikləri də önəmlidir, kiməsə hədiyyə verilib və ya kənara atılıbsa həqiqi kleptomaniya ehtimalı daha yüksəkdir (Popkin 1989). Bəzən oğurular cəzadan qaça bilmək üçün kleptomaniyaya sığına bilirlər bu hal malingering, temaruz (mənfəət əldə etmək üçün xəstəlik uydurmaq) sayılır (Burt 1995).
Səbəblər
redaktəBioloji yanaşma
redaktəSerotonin hormonu
redaktəSerotonin hormonu əhval ruhiyə, emosiyalarda rol oynayır, impulsiv hərəkətlərə meyilli insanlarda aşağı səviyyəli serotonin görülür
Asılılıq
redaktəOğurluq dopamin ifrazına səbəb olur bu isə həzz hissi yaradır, bəzi insanlar mükafatlandığını yeniden hiss etmək üçün bu yoldan istifadə edir.
Beynin Opioid sistemi
redaktəİmpulsları (dürtüləri) tənzimləyir, Opioid sistemindəki balanssızlıq impulslara qarşı qoymağa icazə vermir.
Psixoanalitik model
redaktəUşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən problemlər əhəmiyyətli faktorlar arasındadır.Kleptomanik davranışlar da bunların təsirini aradan qaldırmağa istiqamətlidir. Şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik (özünə olan sevgi, maraq) qırılmaların, özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir. Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və Freud tərəfindən “fallik dövr” olaraq adlandırılan dövrdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir. Eqo psixologiyasına görə qadınlarda görülən kleptomaniya penis qısqanclığına qarşı olan bir savaşdır, yəni onlar oğurladıqları əşyalarla bu boşluğu doldurmağa çalışırlar (Ginsberg 1985, Winer ve Pollock 1980). Fenichel (1945) kleptomaniyanın birbaşa cinsi bir məna daşıdığını, qadağan olunan bir şeyi gizlicə etmək mənasına gəldiyini qeyd etmişdir. Onlar oğurladıqları əşyaların fetişi ola bilərlər. Fetişizmin kökündə ana- uşaq münasibətindəki pozuntular durur bunun isə psixoseksual dövrdəki fallik dönəmdəki problemlərə qarşı yarandığı bildirilir (Blanck ve Blanck 1994).
Diaqnoz
redaktəAşağıda sadalanan diaqnostik kriteriyalar qarşılanmalıdır:
- Ehtiyacın olmadığı əşyaları oğurlamaq hissinə qarşı gələ bilməmək.
- Oğurluqla nəticələnən artan gərginlik, narahatlıq və oyanış hissi.
- Oğurlayarkən zövq, rahatlıq və ləzzət hissi.
- Oğurluqdan sonra günah, peşmanlıq, özünə qarşı nifrət, utanc və ya həbs olma qorxusu.
- İmpulsların geri qayıtması və döngünün təkrarlanması
Oğurluq qisas almaq məqsədi ilə, hər hansı əsəb hissi ilə və ya psixozlar zamanı baş verməməlidir. Oğurluq davranış pozuntusu, bipolyar pozuntunun manaakal fazası, şizofreniya və antisosyal şəxsiyyət pozuntusu ilə əlaqəli olmamalıdır.
İmpuls kontrol xəstəliyi olduğu üçün həkim bu tipli suallar ünvanlaya bilər:
- İmpulslar və onların sizi necə hiss etdirdiyi haqda
- Kleptomaniya epizodlarını qıcıqlandıran situasiyaların siyahısı
- Psixoloji dəyərləndirmə, ölçmə testlərini keçib keçmədiyinizi
Komorbid xəstəliklər
redaktəKişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir. 56 xəstənin 56%də affektiv pozuntu, 36%da isə böyük depressiv pozuntu və ya bipolyar pozuntuya rast gəlinir (McElroy ve ark. 1991a)[3] McElroy ve yoldaşları (1991b) 20 xəstənin 60%da bipolyar ii, 40%də isə böyük depressiv pozuntuya rast gəlmişdir Goldman (1991) etdiyi araşdırmada xəstələrdə distimiyadan psixotik depresiyaya qədər geniş xəstəliklərə rast gəinə biləcəyini qeyd edir
Digər xəstəliklərdən ayırıcı xüsusiyyətləri
redaktəŞizofreniyalı biri eşitdiyi əmr halusinasiyaları nəticəsində oğurluq edə bilər. Tibbi bir vəziyyətlə bağlı olaraq yaranan əqli pozuntular, demanslar, yaddaş problemləri ilə əlaqədar olaraq xəstə aldığı malın qiymətini ödəməyi unuda bilər. Anoreksiyalı xəstələr xəstəlikləri ilə əlaqədar olaraq yemək oğurlaya bilər (Gelder ve ark. 1996, Ginsberg 1985). Kleptomanik xəstələr oğurluqdan başqa antisosyal davranış göstərməzlər. Tutulduqda əsəb, qisas almaq hislərindən daha çox utanc, üzüntü, günahkarlıq hiss edirlər (DSÖ 1992).
Risk faktorları
redaktəKleptomaniya riskini artırır:
- Ailə keçmişi- ailə üzvlərindən kimdəsə obsessiv- kompulsiv pozuntu, asılılıq və ya kleptomaniya olması
- Qadın olmaq- daha meyillidirlər
- Başqa bir əqli xəstəliyi olanlar- qida pozuntusu, təşviş, şəxsiyyət pozuntusu- ən çox riskli
- Kəllə- beyin zədələnməsi- nəticəsində yarana bilər
Müalicəsi
redaktəGünahkarlıq, utanc hislərinə baxmayaraq bir mütəxəssisdən yardım almaq vacibdir, əks halda kleptomaniya uzunmüddətli, dəvam edici bir problemə çevirilə bilər. Müalicədə əsasən dərman, psixoterapiya bəzən isə ikisi paralel aparılır. Oğurladıqları əşyanın dəyəri qədər pulu magazaya geri ödəmək və ya peşmanlıq hissi üçün oğurluqdan sonra mağazaya ziyarət etmək də davranış terapiyası kimi istifadə edilmişdir.
Terapiya|Terapiyalar
redaktəKonsultasiya əsasən kleptomaniyaya səbəb ola biləcək altda yatan psixoloji problemləri anlamağa yönəlir
Kleptomaniya üçün Koqnitiv Davranış Terapiyası texnikaları
redaktəKoqnitiv davranış terapiyası zərərli, sağlam olmayan inanc və davranışları tapıb onları sağlamları ilə əvəz etməyə kömək edir. Kleptomaniya üçün aşağıdakı KDT texnikalarında istifadə edilir:
- Gizli duyarlılaşdırma (covert sensitization) Oğurluqdan sonra qarşılaşa biləcəyi çətin vəziyyətlərlə (həbs edilmə kimi) üzləşmək.
- Aversion therapy
- Sistematik duyarsızlaşdırma (Systematic desensitization) Oğurlama istəyinə qarşı çıxa bildiyini xəyal edərək, relaksasiya texnikalarından istifadə.
Dərman terapiyası
redaktəAraşdırmalar antidepressantların və əhval- ruhiyyə stabilizatorlarının yararlı olduğunu qeyd edir. Müxtəlif çalışmalarda trazodon, fluoksetin, nortriptilin, imipramin, amitriptilin kimi antidepressant, valproat, lityum kimi əhval- ruhiyyə stabilizatorların istifadəsindən sonra düzəlmələr görülmüşdür
Elektrokonvulsiv terapiya
redaktəRamelli ve Mapelli (1979) elektrokonvulsif terapiyaya cavab verən 3 Kleptomaniya çalışması olduğunu qeyd edirlər.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "Kleptomani: Bir gözden geçirme" (PDF) (Turkish). Archived from the original on 2021-05-08.