Klinoptilolit - Wikipedia
Klinoptilolit — təbii seolitlərdən ibarət olub, silisium və alüminium tetraedrnin mikroskopik düzülüşündən ibarətdir. Bu kompleksin formulu (Na, K, Ca)2-3Al3(Al,Si)2Si13O36· 12H2O-dur. Adı Yunan dilindəki klino (κλίνω; "maili"), ptylon (φτερών; "lələk") və lithos (λίθος; "daş") sözlərindən götürülmüşdür.
Klinoptilolit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Tərkibi
redaktəMousun sərtlik şkalası üzrə 3.5–4 və xüsusi kütləsi 2.1–2.2-dir. Molekulyar kütləsi 2,703.72 qm-dır.
Kalium | 1.89 % K | 2.28 % K2O |
Barium | 0.46 % Ba | 0.51 % BaO |
Natrium | 3.21 % Na | 4.33 % Na2O |
Kalsium | 0.90 % Ca | 1.27 % CaO |
Maqnezium | 0.02 % Mn | 0.03 % MnO |
Alüminium | 6.60 % Al | 12.46 % Al2O3 |
Dəmir | 0.39 % Fe | 0.08 % FeO / 0.47 % Fe2O3 |
Silisium | 30.32 % Si | 64.87 % SiO2 |
Hidrogen | 1.52 % H | 13.59 % H2O |
Oksigen | 54.68 % O | |
100% | 99.89% (Oksidlərin ümumi cəmi) |
Klinoptilolit əsasən tuflarda vulkanik şüşələrin devitrifikation məhsulu kimi və bazalt, andezit, riolitlərdə qabarcıq şəklində əmələ gəlir. O 1969-cu ildə müəyyən olunub.
O heylanditlə seriyalar əmələ gətirir:
Klinoptilolit-Ca – heylandit-Ca bərk məhlul sırası;
Klinoptilolit-K – heylandit-Ca bərk məhlul sırası;
Klinoptilolit-Na – heylandit-Ca bərk məhlul sırası;
İstifadəsi
redaktəKlinoptilolitdən sənayedə və ion dəyişkənliyi xüsusiyyətindən elmi işlərdə istifadə olunur. Onun bu yüksək dəyişkənlik xüsusiyyəti ammoniuma (NH4+) görədir. Bunun tipik nümunəsi onun enzim əsaslı karabamid sensorunda istifadəsidir. O həmçinin gübrə və tor çantalarda xırda çay daşı ölçüsündə olan deodorizer (iyi aradan qaldıran) kimi istifadə olunur.
Yataqları
redaktəTəbii klonoptilolitin zənginliyi sayəsində Egey dənizinin sahilləri ətrafında Yer səthinə ən yaxın olan yataqları formalaşıb.