Knyaz Memmedov - Wikipedia
Knyaz Şiraslan oğlu Məmmədov (16 fevral 1950, Laçın rayonu, Alxaslı) — Fizika-riyaziyyat elmləri doktoru, professor.
KNYAZ MƏMMƏDOV | |
---|---|
Knyaz Şiraslan oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Alxaslı, Laçın rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat elmləri |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA-nın Kibernetika İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Üzvlüyü |
Həyatı
redaktəKnyaz Şiraslan oğlu Məmmədov 1950-ci ildə Laçın rayonunun Alxaslı kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub,1972-ci ildə oranı bitirmişdir. Daha sonra Azərbaycan texniki universitetinə göndərilmiş,daha sonra böyük uğurlara addım atmışdır.Bundan sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş, -cı illərdə orada əyani aspiranturada oxumuşdur. 1981-ci ildə Belarus Respublikasının Minsk şəhərində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.
1976-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 2007-ci ildən fizika-riyaziyyat elmləri doktorudur.1994-cü ildən etibarən indiyədək Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində professor vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda da "Diskret Optimallaşdırma Modelləri və Üsulları" şöbəsinin müdiridir və həmin institutda riyaziyyat, texnika və iqtisadiyyat üzrə doktorluq müdafiə şurasının elmi katibidir. 2004-cü ildən ABŞ riyaziyyatçılar cəmiyyətinin "Əməliyyatlar tədqiqi" bölməsinin üzvüdür. Bununla yanaşı, professor K.Ş.Məmmədov ABŞ-də nəşr olunan bir neçə nüfuzlu elmi jurnalın ekspertidir.
Əsas elmi nailiyyətləri
redaktəƏsas elmi fəaliyyəti riyazi kibernetika, diskret optimallaşdırma, iqtisadi-riyazi modelləşdirmə, əməliyyatlar tədqiqi və ədədi üsullarla bağlıdır. Həmin sahələrə aid 100-dən artıq elmi əsəri Azərbaycanın, Rusiyanın, Ukraynanın, Latviyanın, Almaniyanın və ABŞ-nin qabaqcıl elmi jurnallarında çap edilmişdir. Onun aldığı elmi nəticələr Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif yerlərində praktiki tətbiqini tapmışdır. Bunlardan dəniz neft-qaz yataqlarının istismarı zamanı platformaların optimal yerlərinin tapılması və onların müxtəlif kommunikasiya xətləri ilə optimal birləşdirilməsi məsələsi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qəbul olunmuş və müxtəlif yataqlara tətbiq olunmuşdur. Bundan əlavə, professor K.Ş.Məmmədovun çoxsaylı obyektlər arasından optimal seçmə ilə bağlı işləyib hazırladığı riyazi modellər və onların həll üsulları Moskva səhərindəki bir hərbi hissədə müvəffəqiyyətlə tətbiq olunmuşdur.
Qeyd edək ki, professor K.Ş.Məmmədov "çətin həll olunan" məsələlər sinfinə aid olan diskret optimallaşdırma məsələlərinin müxtəlif sinifləri üçün yeni effektiv həll üsulları işləmiş və bu nəticələr çoxsaylı beynəlxalq və respublika elmi konfranslarında məruzə olunmaqla yanaşı, müxtəlif xarici elmi jurnallarda çap olunmuşdur.
Son illərdə onun aldığı elmi nəticələrdən ikisi daha mühüm əhəmiyyət kəsb edir. Bunlardan birincisi tam ədədli çox məchullu tənliyi, ona ekvivalent olan sadə tənliklər sisteminə gətirmək üçün təklif etdiyi üsuldur. Qeyd edək ki, bu məsələ ilk dəfə 1972-ci ildə ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş, lakin 30 ilə yaxın müddətdə həll olunmamışdır. Professor K.Ş.Məmmədov bu məsələni dünyada ilk dəfə olaraq əvvəlcə "Bul" dəyişənləri halında, sonra isə daha ümumi şəkildə həll edərək ABŞ-də və Ukraynada nəşr etdirmişdir. İkinci elmi nəticə isə diskret optimallaşdırma məsələlərində optimal həlli saxlayan kiçik oblastın tapılmasıdır. Bu nəticə, baxılan məsələnin optimal həllinin verilmiş oblastda deyil, yalnız onun müəyyən kiçik hissəsində axtarmağa imkan verir.
Professor K.Ş.Məmmədov ali məktəb tələbələri üçün 2 dərs vəsaitinin ("İqtisadi kibernetikadan mühazirələr" və "Alqoritmlər nəzəriyyəsindən məsələlər") və öz elmi kəşflərindən ibarət rus dilində yazılmış 430 səhifəlik bir monoqrafiyanın ("Методы решения различных классов задач дискретной оптимизации") müəllifidir. Onun elmi rəhbərliyi ilə 5 nəfər müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, bir nəfər isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirib və həmin ildən Bakıda əmək fəaliyyətinə başlamışdır.
1981-ci ildə "Tamədədli proqramlaşdırma məsələlərinin suboptimal və optimal həllərinin qurulmasının tədqiqi" – mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1994-cü ildən ildən Bakı Dövlət Universitetidə Riyazi Kibernetika kafedrasında çalışır.
2007-ci ildə isə "Müxtəlif sinif tamədədli optimallaşdırma məsələlərinin tədqiqi və həll üsullarının işlənməsi" – mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bakı Dövlət Universitetində Knyaz Məmmədov iqtisadi kibernetika, alqoritmlər nəzəriyyəsi, qraflar nəzəriyyəsi və kombinator analiz üsulları, diskret proqramlaşdırma dərslərini aparır.
Knyaz Məmmədov 86 məqalənin və1 kitabın müəllifidir.
4 nəfər elmlər namizədi Knyaz Məmmədovun rəhbərliyi altında hazırlanmışdır.
Knyaz Məmmədov müxtəlif təcrübələr və elmi yeniliklər həyata keçirmişdir. Tamədədli proqramlaşdırma məsələlərinin müxtəlif siniflərinin həlli üçün yeni, daha effektiv həll üsulları təklif etmişdir. İlk dəfə olaraq 30 ildən artıq müddətdə həllini tapmayan "Tamədədli tənliyin dezaqreqasiyası" problemini həll etmişdir.
Knyaz Məmmədov 30-dan çox Beynəlxalq seminar, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.
"Riyazi modelləşdirmə, optimallaşdırma üsulları, diskret proqramlaşdırma, riyazi kibernetika, hesablama riyaziyyatı və ədədi üsullar" – mövzusu Knyaz Məmmədovun tədqiqat sahələrindəndir.
Seçilmiş əsərləri
redaktə- Mamedov K. Sh. Definition of the narrow intervals for variables in the integer-valued knapsack problem, Applied and computational Mathematics. (An International Journal). 2003, vol.2, №.2. pp, 156-160.
- Mamedov K. Sh., Mardanov S.S. Desegregation of Diophantine Equation with Boolean Variables, Computational Optimization and applications. (USA) 2004 vol.27, №.1. p. 31-36.
- Мамедов К. Ш., Мусаева Т.М. Методы построения приближенных решений многомерной задачи о ранце и нахождение верхней оценки оптимума, Автоматика и Вычислительная техника, (Рига) 2004 №.5. ст. 72-82.
- Мамедов К. Ш. Один подход к решению целочисленной задачи о ранце, "Автоматика и Вычислительная Техника" (Рига), 2005 №5, ст. 56-63
- Мамедов К. Ш. Априорное определение границ оптимального значения переменных в задачах целочисленного линейного программирования, "Кибернетика и Системный Анализ", (Киев) 2006 № 2, ст. 86-93.
- Mamedov K. Sh., Huseynov S.Ya. Methods of Constructing Suboptimal Solutions of Integer Programming Problems and Successive Improvement of these Solutions, Automatic Control and Computer Sciences, (An International Journal). 2007, Vol. 41, No. 6, pp. 312–319. Allerton Press, Inc., 2007.
Сведение решения общей задачи нелинейного дискретного программирования к решению последовательности задач с меньшим количеством ограничений. Ж. Дискрет. матем., 1992, Т.4, №1, с.50-59.
- Methods of Constructing Suboptimal Solitions of Integer Proqramming Problems and Successive Improvement of these Solitions, An International Journal “Automatic Control and Computer Sciences”, 2007, Vol.41, N6, pp. 312–319/
- Мамедов К.Ш., Мамедов Н.Н. “Исследование по целочисленной оптимизации (методы, алгоритмы и вычислительные эксперименты)”, LAP, Lambert Academic Publishing, 2012, 269 p.
- Мамедов К.Ш. Методы решения различных классов задач дискретной оптимизации Монография,Баку, «ЭЛМ», 2011, 341 стр.
- Məmmədov K.Ş., Nağıyeva S.K. Bir məhdudiyyətli qismən Bul proqramlaşdırması məsələsinin suboptimal həllinin qurulması üsulu, AMEA-nın Xəbərləri, 2011, №3,s. 66-73
- Musayeva T.M.,Məmmədov K.Ş. Çox məhdudiyyətli tamədədli proqramlaşdırma məsələsinin bir həll üsulu, AMEA-nın Xəbərləri, 2011,№3,s. 82-89
Kitabları
redaktə- İqtisadi kibernetikadan mühazirələr, Bakı 2008-ci il.
- Исследование по целочисленной оптимизации, Lambert Academic Publishing 2012-ci il.
- Методы решения различных классов задач дискретной оптимизации, Баку 2011
- Alqoritmlər nəzəriyyəsindən məsələlər, Dərs vəsaiti, Bakı 2010
Mənbə
redaktə- http://www.Cyber.az[ölü keçid]
- "Laçın yurdu" jurnalı, №1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.