Kobo Abe - Wikipedia
Kobo Abe (əsl adı — Kimifusa Abe — yap. 安部公房; 7 mart 1924[2][3][…], Kita, Tokio[3] – 22 yanvar 1993[2][3][…], Tokio[3]) — yapon yazıçı, dramaturq və ssenaristi. İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir.
Kobo Abe | |
---|---|
Kimifusa Abe | |
Doğum adı | 安部公房 |
Doğum tarixi | |
Doğum yeri | Yaponiya |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | ürək tutması[d] |
Vətəndaşlığı | Yaponiya |
Təhsili | Tokio Universiteti |
Fəaliyyəti | Nəsr ustası, drammaturq |
Fəaliyyət illəri | 1944-1993 |
Əsərlərinin dili | yapon dili |
İstiqamət | Avanqard |
Janrlar | Drama, nəsr |
Tanınmış əsəri | |
Üzvlüyü |
|
Mükafatları |
Ryunosuke Akutagawa Mükafatı (1951) Junichiro Tanizaki Mükafatı (1967) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyi Mançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildə Tokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi.
Yaradıcılığı
redaktəƏn məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
Xarici keçidlər
redaktə- ↑ Bell A. Abe Kōbō // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 3. ISBN 978-2-221-06888-5