Kodeks Kumanikus - Wikipedia
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)).
Kodeks kumanikus | |
---|---|
Latınca:Codex Cumanicus | |
Müəllif | bilinmir |
Mövzu | Qara dəniz sahillərində yaşayan türklərin dili barədə məlumatlar. |
Orijinalın dili | italyan-latın, fars, alman və kuman |
Yazıldığı il | XIV əsrin əvvəlləri |
Vikianbarda əlaqəli mediafayllar |
Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir.[1][a][2]
"Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir".[3] Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı.[4] Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək.
Əlyazması
redaktəƏlyazması İtaliyadakı Venesiya Markiana Milli Kitabxanasındakı Biblioteca Divi Marci – Biblioteca Nazionale di S. Marco – Biblioteca ad templum Divi Marci Venetiarum, Venezia, Mss. latini, Fondo antico, Collocazione 1597, Codex DXLIX / № 549 sayısı ilə saxlanmaqdadır.[5]
Kitab bir çox şəxs tərəfindən yazılmış hissələrin bir yerə gətirilməsi ilə formalaşmışdır. Hal-hazırkı halına gəlməsi üçün XIV əsrin əvvəllərindən həmin əsrin ortalarına qədər, təxminən 60 il müddət lazım olmuşdur.[6]
Bəzi iddiaların əksinə olaraq, tarixçi D. N MacKenzie iddia edir ki, Venesiyada tapılmış nüsxə orijinal nüsxə deyil və daha əvvəllər hazırlanmış versiyaların üzünün köçürülməsinin məhsuludur. MacKenzie kodeksin ilk öncə italyan şair Françeska Petrarkanın əlinə keçdiyini, onun isə bunu 1362-ci ildə Venesiya Respublikasının kitabxanasına hədiyyə etdiyin bildirir.[7]
Hissələr
redaktəKodeks iki fərqli və müstəqil hissəyə bölünə bilər: I) italyan-latın, fars və kuman lüğətləri ilə kuman dilinin praktiki kitabçası II) dini mətnlərin, dil məlumatlarının və folklor materiallarının qarışıq toplusu ( Kuman tapmacaları) , Latın dilinə tərcümələr və Şərq Orta Yüksək Alman ləhcəsi ilə bir sıra əllərdən qaynaqlanır. Sonrakı bir sıra şəxslərin hər iki bölməyə töhfə verdiyi də aydındır.
Bir çox alimlər bu iki fərqli əsəri sadəcə olaraq "İtalyan" hissəsi və "Alman" hissəsi adlandırıblar. Bu, şübhəsiz ki, müəlliflərin etnik-linqvistik mənşəyinə və ya mühitinə münasibətdə doğrudur. Lakin, Ligeti yəqin ki, birinci hissəni "Tərcüməçi kitabı", ikinci hissəni isə "Missionerlər kitabı" adlandırmaqda həqiqətə daha yaxındır. Kodeks ilk dəfə 17-ci əsrdə xatırlandı və onun böyük italyan humanisti Petrarkanın (1304-1375) kitabxanasından gəldiyinə inanılırdı. Bununla belə, bu yanaşmanın yanlış olduğu ortaya çıxdı. Kodexin müxtəlif bölmələrinin tarixi və mənşə yeri uzun müddətdir mübahisəlidir. Təqvim qeydlərini yaxından tədqiq edən Bazin (CC, 72/80-81) “Tərcüməçinin kitabı”nın 1293-1295-ci illər arasında tərtib edildiyi qənaətinə gəlmişdir. Drll, lakin onu 1292-1295-ci illərdə aid edəcəkdi. Peter Golden "Missionerlərin Kitabı"nın müxtəlif mənbələrdən gəlir və təxminən 1330-1340-cı illərdə bir yerə yığılmışdır. Digər elementlər bəlkə də sonradan əlavə edilmişdir. Müəlliflər məlum deyil, baxmayaraq ki, onların Fransiskan icmasının bir hissəsi olduqları ehtimal edilir. "Missionerlər Kitabı"nın yaradılmasında mühüm rol oynayan alman frankikləri Şərqi yüksək alman dilli mənşəli idilər. "Tərcüməçinin kitabı" İtalyan ticarət adamları (Venesiyalılar və ya Genuyalılar) və ya onların Solxat (Eski Krim) və ya Kaffa (Feodosiya)dakı katibləri tərəfindən tərtib edilmişdir. Üçdilli lüğətin fars və kuman bölmələrinin hazırlanmasında/tərcümə edilməsində müxtəlif şəxslərin (bəlkə də çoxlarının) iştirak etdiyini göstərən dəlillər var. Venesiyada saxlanılan sonrakı nüsxə təxminıən 1330-1340-cı illərə aiddir, ehtimal ki, bəzi Fransiskan monastırında hazırlammışdır. Burada da, çox güman ki, Kodeksin müxtəlif bölmələrinin birləşdirildiyi yerdir. Beləliklə bu şəkildə olan hissələr italyanların və dolayısıyla Venesiyanın əlinə keçdi. Beləki, əsər müxtəlif niyyətlərlə tərtib edilmiş/toplanmış daha böyük və kiçik parçalardan ibarət pastişdir. "Tərcüməçinin Kitabı" əsasən praktiki və kommersiya xarakteri daşıyırdı. “Missionerlər kitabı” sırf dil məqsədlərinə əlavə olaraq, moizələr, məzmurlar və digər dini mətnləri, eləcə də Kuman tapmacalarından nümunələri ehtiva edir.[8]
Kodeksə latın dilində müəlliflərin etnik-linqvistik mənsubiyyətini və onların təhsil səviyyəsini göstərən iki variantda rast gəlinir. "Tərcüməçinin Kitabı"nın latıncası vulqar italyanca-latındır, "Missionerlər kitabı"nınki isə daha "düzgündür" və bu, onun fransiskan müəlliflərinin ruhani təlimini əks etdirir. Farsca material son iki araşdırmanın mövzusu olmuşdur. Davud Münşizadə fars materialının Kuman vasitəçilərinin, bir növ Kuman filtri vasitəsi ilə gəldiyini və onlar tərəfindən tərcümə edildiyini iddia edir. Andras Bodgrogligeti isə bu fars dilinin daha çox Şərq ticarətinin lingua francası olduğunu göstərir. Nəticədə, o, müxtəlif dərəcələrdə standartlaşma, arxa formalaşma və sadələşdirməyə məruz qalmışdır. Bəzi sözlər arxaik, bəziləri isə qeyri-adidir. Bir sözlə, əksini gördüyümüz ana dili danışanın canlı dili deyil, bir növ sadələşdirilmiş formadır.[8]
MacKenzie kodeksin 72-ci səhifəsində yanvarın müsəlman ayı səfər və dekabrın Məhərrəm (muqara) ayına bərabər tutulduğu ayların siyahısı olduğunu; belə bir təqvimin, 726/1325-26-cı illərdə baş verdiyini bildirir. Beləliklə, o, bu bilgiyə əsaslanaraq orijinal 14-cü əsrin ilk üç onilliyində tərtib edildiyini yazmaqdadır.[7]
MacKenzie aşkar şəkildə regiondakı türklərlə kommunikasiya qurmaq üçün yaradılmış lüğətdə niyə farsca materialların da yerləşdirilməsinin səbəbinin tam olarq bilinmədiyini yazır. O, güman edir ki, fars dili italyanların əməkdaşları olan türklər tərəfindən şərqlə ticarətdə lingua franca olaraq istifadə edilirdi. Həmçinin kitabda yer alan farsca lüğətdə də türk dilinin xüsusyyətlərinə uyğun olaraq fonologikal dəyişikliklər edilmişdir. İki Asiya dilinin transkripsiyası üçün latın hərflərinin istifadəsi əlyazmanın “İtalyan” hissəsində belə bir qədər uyğunsuzluğa yol açmışdır və beləliklə, təxminən 1500 sözdən ibarət olan farsca material son redaktorlar tərəfindən ona tətbiq edilən bəzi fonetik və dialektoloji nəzəriyyələrin ağırlığını tamamilə daşıya bilmir. Həmçinin kodeksin farsca olan hissəsində bəzi köçürmə xətaları da vardır. Mövcud fərqləri və köçürülmə səhvlərini qeyd edən MacKenzie sonda bildirir:[7]
Beləliklə, bütün maraqlarına baxmayaraq, orta əsr fars dilinin hər hansı dəqiq fonoloji və ya leksikoqrafik tədqiqi üçün etibarlı mənbə etmək üçün materialda həm çox az vahidlik, həm də çox qeyri-müəyyənlik var.
İtalyan hissəsi
redaktəİtalyan hissəsi 55 vərəqdən, yəni 110 səhifədən ibarət olmaqla birlikdə, iki lüğət ehtiva etməkdədir. Lüğətlər Latınca-Farsca-Qıpçaqcadır (yəni tatarca). İlk siyahı əlifbaya, ikinci siyahı mövzuya əsaslanmaqdadır.[9] İlk səhifəsində 11 iyul 1303-cü il tarixi yazılmışdır.[10]
Əsərin italyanca Codex deyilən ilk 110 səhifəlik bölümü latın hərflərinə əsasən düzülmüş və 1560 sözü əhatə etməkdə olan Latınca-Farsca-Qıpçaqca lüğətlə başlayır.[9] Bunun ardınca sözlərin mənalarına görə yığınlara ayrıldığı 1220 sözü barındıran ikinci bir lüğət yer almaqdadır. Burada olan 2680 sözün 200-ün fars və qıpçaq dillərindəki qarşılığı verilməmişdir.
Alman hissəsi
redaktəAlman hissəsi 27 vərəqdən, yəni 54 səhifədən ibarətdir. İki qarışıq lüğət siyahısı və bəzi mətinlərdən ibarətdir. Birinci siyahı Qıpçaqca-Almanca, ikinci siyahı Qıpçaqca-Latınca lüğətlərdir.
Bu nümunələrdə bəzi sözlərə nüminə cümlələr də mövcuddur. Ardından Qıpçaqcaya çevrilmiş dualar, ilahi nəğmələr, 47 qıpçaq tapmacası və qıpçaqca şəkilçilər barədə bəzi linqivistik qaydalar yazılmışdır.
İkinci hissə (“Almanca” və ya “Missionerin kitabı”) müxtəlif dini mətnlərin (İncil fraqmentləri, moizələr, aforizmlər, dini təlimlər, dualar, xüsusən də “Atamız”, Amentü, On qüsurlu hərəkət və “Salam Məryəm”) və qıpçaq tapmacaları, latın və alman dillərinə tərcümə edilmişdir. Kodeksin bu hissəsini yəqin ki, alman fransiskanları tərtib ediblər.
Əsər haqqında
redaktəKitab iki bölümdən ibarətdir ki, birincisi italyanlar,[11] ikincisi isə almanlar tərəfindən[12] hazırlanmışdır. Birinci hissə latın, fars və kuman dillərində, amma latın əlifbası ilə yazılmış lüğətlərdən ibarətdir. Lüğətlərdəki olan sütunlarda kuman feilləri, adları və əvəzlikləri, onların latın dilindəki qarşılıqları ilə birlikdə yazılmışdır. İkinci hissə Kuman-Alman lüğətindən, Kuman dilinin qramatikasından və Françesko Petrarkaya məxsus olan şeirlərdən ibarətdir.[13] İngilisdilli ədəbiyyatlarda "Kuman" terminindən istifadə edilsə də, lüğətin özündə bu dildən "Tatar" (tatar til) deyə bəhs edilməkdədir.[14]
Kodeks kumanikusun ilk hissəsi praktiki məqsədlər, yəni dili öyrənmək üçün yazılmışdır. İkinci hissəsi isə xristianlığı tatarlar (yəni kumanlar) arasında yaymaq üçün yazılmışdır. Buna görə də, bu hissədə müxtəlif dini kitablardan olan hissələr tatar dilinə tərcümə edilərək yerləşdirilmişdir. Həmin bölmədə sözlər, ifadələr, cümlələr və 50-yə yaxın tapmaca, həmçinin dini liderlərin həyat və fəaliyyətindən bəhs edən hekayələr yer alıb.
Kodeks, ehtimal ki, zamanla inkişaf etmişdir. Ticari, siyasi və dini liderlər, xüsusən də Macarıstanda hələ 11-ci əsrin ortalarında Kumanlarla effektiv ünsiyyət qurmağa can atırdılar. Genuya Respublikası kimi İtaliya şəhər-dövlətləri Qara dəniz sahili boyunca ticarət postları və koloniyaları yaratmağa başladıqca Kuman dilini öyrənmək üçün alətlərə ehtiyac kəskin şəkildə artdı.Kodeksin ən erkən hissələrinin 12-ci və ya 13-cü əsrlərdə yarandığı güman edilir. Çox güman ki, zamanla əhəmiyyətli əlavələr edilib. Venesiyada saxlanılan nüsxə 11 iyul 1303-cü il tarixlidir. 1r[4] (bax: Drimba, s. 35 və Schmieder in Schmieder/Schreiner, s. XIII). Kodeks birləşmiş bir sıra müstəqil əsərlərdən ibarətdir.[15] Peter Golden əsərin meydana çıxdığı bölgədə formalaşan tayfa konfederasiyasında lingua francanın türk dilinin bir ləhcəsi olduğunu, bu ləhcənin də müasir dövrdə qıpçaq türkcəsi adlandırıldığını bildirir. O, əlavə edir ki, Kodeks Kumanikusda bu dilin bir neçə ləhcəsinin əks edildiyini yazmaqdadır. Kuman-Qıpcaqlar Ukraynadan Mərkəzi Avrasiyaya qədər uzanan çöl zonası üzərində hökmranlıq edirdilər, burada onlar mühüm elementi təşkil edirdilər və nikah ittifaqları vasitəsilə Xarəzm hökmdar ailəsi ilə sıx bağlı idilər. Tez-tezdöyüşdüklər Rusiya, tez-tez hissələrinin kəskunlaşıb xristianlaşdığı Gürcüstan, Macarıstan və daha sonra da monqol himayəsi altında məskunlaşıb Kuman Tərtərliləri adı altında sülalə qurduqları Balkanlar ilə də əlaqələrə sahib idilər.[8]
I bölümdə latınca, farsca, kumanca (qıpçaqca) sözlük, qıpçaq dilinin qrammatik qaydaları, ictimai-iqtisadi həyata dair sözlər yer alır. Nümunə üçün bir neçə kəlmə: Tanrı- xuda, uçmaq- behişt, tamuq- cəhənnəm, quyaş- günəş, kun- gün, keçə- gecə, tandasabah, kurklu- görkəmli, kuvuz- xalça, akça- pul, boxovrik- buxarı, açkus- açar, olturuq- kürsü, otaçi- doktor, şiraçi- içki satan, itməkçi- çörəkçi, yalçı- fəhlə, sıqraq- poçt işçisi, xan və qanpadşah, bəg və ya bei- bəy, çiri başi- qoşun komandanı, yarquçi- vali və hakim, alpavut- əsgər, orda- ordu qərargahı, tolmaç- tərcüməçi, içi- qadın, qaravaş- kəniz.
İkinci dəftər qıpçaq-alman kəlmələri, qıpçaqca dua və tapmacalardan ibarətdir. Bu dəftərdə də birincidə olduğu kimi, türk qrammatikasından müxtəsər olaraq bəhs edilmişdir. Bu əsər latın hərflərilə yazıldığı üçün tələffüz baxımından da çox qiymətlidir. Əsərdə rast gəlinən aforizmlər, dualar, İncildən parçalar, qıpçaq dilində cümlə quruluşu, ifadə özəlliyi, obrazlar baxımından başqa önəm qazanır: Egər toz-topraq quyaştan minq-minq («nq»-sağır «nun» kimi oxunmalıdır – Ə.O.) qurla yarıq bolsa edi, hanuz Tenqrininq yarıxlığına körə qaranğıdır.
“Əgər toz-torpaq günəşdən min-min dəfə işıqlı olsa idi, Tanrı işığıyla müqayisədə yenə qaranlıq olardı”.
Erkən dövr türk tarixi üzrə ixtisaslaşmış alim Peter Golden əsər barədə yazısında qeyd edir:[8]
...Burada maraqlı olan odur ki, Mərkəzi Avrasiya və Daxili Asiyanın türk xalqlarından (türklər, uyğurlar, qaraxanlılar) fərqli olaraq, Qərbi Avrasiya türk tayfaları nə türk runik qrafikası ilə - onun xeyli versitasi onların əksəriyyəti arasında hələ də işlədilməkdə idi və ya digər əlifba sistemləri (yunan, ərəb, yəhudi və hətta gürcü) onlar üçün əlçatan bir halda idi - əhəmiyyətli ədəbi abidələr yaratmamışlar. Bu görünən ədəbi ambisiyanın olmaması (arxeologiya tərəfindən hələ də təkzib edilə bilər) yəqin ki, Peçeneqlər, Qərbi Oğuzlar və Kuman-Qıpcaqlar kimi xalqlar arasında siyasi təşkilatlanmanın zəif ifadə olunması ilə əlaqələndirilir. Beləliklə, elə də böyük təəccüb doğurmamalıdır ki, regionun ən mühüm tayfa konfederasiyalarından birinin dili ilə bağlı olan ən mühüm yazılı abidələrdən Kodeks Kumanikus əsasən qeyri-kumanlarıdır işidir...
Tapmacalar
redaktəKodeksdəki tapmacalar hissəsi səhifə 119-120 və 143-148-ci səhifələri əhatə etməkdə və bu dövr Türk folklorunu öyrənmək üçün mühüm qaynaq rolunu oynamaqdadır. Andreas Titze onları “türk xalqlarının ortaq irsini təşkil edən tapmaca növlərinin ən erkən variantları” adlandırmışdır.
Kodeksdəki tapmacalar arasından bəzi çıxarışlar:
*Aq küymengin avuzı yoq. Ol yumurtqa.
- "*Ağ alaçığın ağzı yox. O, yumurtadır."
- Kökçä ulahım kögende semirir. Ol huvun.}}
- "Xələtdəki mavitəhər uşağım kökəlir. O, qovundur. "
- Oturğanım oba yer basqanım baqır canaq. Ol zengi.}}
- "Oturduğum hündür yer, basdığım yer mis kasa. O, üzəngidir."
Prof. Nemet əsərini "həqiqətdir ki, bunu – yəni "Kodeks kumanikus"u yazan rahib kuman dilini bizim hamımızdan daha yaxşı bilirdi" cümləsiylə bitirmişdir. Malov da Nemetin bu cümləsini eynən təkrarlamışdır. "Kodeks kumanikus" tapmacaları üzərində çalışacaq hər türkoloq bu sözlərin daima haqlı olacağı qənaətinə gələcəkdir. Çünki bu tapmacalar göstərir ki, "Kodeks kumanikus" müəllifi kumanların aşağı təbəqəsinə qədər enməyi bacarmış, yalnız tapmacalarda işlənən və dar bir mühitə məxsus sözləri belə anlamağa və təsbit etməyə müvəffəq olmuşdur".
Tapmacalardan nümunələr
redaktə* Tap, tap tamızık
- Tap, tap tapmaca
- Tamadırğan tamızık
- Damcılayan damlacıq,
Kölgəsi bar
- "* Kölgəsi var –
- Köyedirğan tamızık. Ol köbelek
- "* Alışacaq bir çıraq. O kəpənəkdir.
Göründüyü kimi, I misra Azərbaycan tapmacalarında olduğu kimi: «Tap tapmaca» mənasına gəlir, II misradakı «tamızıq» – damcı, IV misradakı isə çıraq deməkdir:
Başqa bir tapmacada yazılır:
- Biti, biti, bitidim, Yaz, yaz, mən yazdım,
- Yaz, yaz mən yazdım
- Beş ağacda bitidim. Beş ağaca mən yazdım.
- Beş ağaca mən yazdım
- Könesuvum yuvurdum, Civə ilə yoğurdum
- Civə ilə yoğurdum
- Kök yibekim çırmadım. Göy ipəklə sarıdım.
- Göy ipəklə sarıdım.
- Ol qınaduq.
- O, xınadır.
Bu tapmacaya A.İnan belə bir izahat verir:
…Başqurt qadınları dırnaqlarına xına yaxarkən üzərinə yarpaq sararlar. Tapmacadakı "göy ipəyin" xına üzərinə sarılan yarpağa işarət olduğu dəqiqdir.
Bu tapmacanın Anadolu variantı belədir:
*Yaşıl qoydum axşamdan,
- Qrmızı çıxdı sabahdan.
- Fındıq qədər yoğurdum
- On barmağımı verdim, doyurdum.
Nümumə
redaktəBöyük Atamız deyir:
Kuman-qıpçaqca |
Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçik kim kökte, alay [da] yerde. Kündeki ötmegimizni bizge bu gün bergil. Dağı yazuqlarımıznı bizge boşatqıl – neçik biz boşatırbız bizge yaman etkenlerge. Dağı yekniñ sınamaqına bizni quurmağıl. Basa barça yamandan bizni qutxarğıl. Amen! |
---|---|
Krım-tatar türkcəsi |
Atamız kim köktesiñ. Alğışlı olsun seniñ adıñ, kelsin seniñ hanlığıñ, olsun seniñ tilemekiñ – neçik kim kökte, alay [da] yerde. Kündeki ötmegimizni bizge bu gün bergil. Dağı yazuqlarımıznı bizge boşatqıl – neçik biz boşatırbız bizge yaman etkenlerge. Dağı yekniñ sınamaqına bizni quurmağıl. Basa barça yamandan bizni qutharğıl. Amin! |
Azərbaycan Türkcəsi |
Atamız ki, göydəsən. Alqışlı olsun sənin adın, gəlsin sənin xanlığın, olsun sənin diləyin – necə ki, göydə, elə (də) yerdə. Gündəlik çörəyimizi bizə bu gün ver. Daha yazıqlarımızı (günahlarımızı) bizə boşat – necə (ki) biz boşadarıq (bağışlarıq) bizə yaman (pislik) edənləri. Daha cinin (şeytanın) sınağına bizi qoyma. Bütün yamandan (pisliklərdən) bizi qurtar. Amin! |
Qazax türkcəsi |
Atamiz kim köktesin. Alğıstı bolsin seniñ atiñ, kelsin seniñ xandığıñ, bolsın seniñ tilegeniñ - qalai kim kokte, solai da jerde. Kündelikti nanimizdi bizge bugin ber. Tağı jazıqtarimizdi bizge bosat - qalai biz bosatarimiz bizge jaman etkenderge. Tağı jınnıñ (şaitannıñ) sınağına bizdi qaldırma. Barşa jamannan bizdi qutqar. Aumin! |
Türkiyə türkcəsi | Atamız ki göktesin. Alkışlı olsun senin adın, gelsin senin hanlığın, olsun senin dilemeğin – nice ki gökte, öyle (de) yerde. Gündelik ekmeğimizi bize bu gün ver. Dahi yazıklarımızı (suçlarımızı) bize boşat – nice biz boşatırız (bağışlarız) bize yaman (kötülük) edenleri. Dahi şeytanın (yekin) sınamağına bizi koyurma. Tüm yamandan (kötülükten) bizi kurtar. Amin! |
Başqırd türkcəsi | Атабыҙ, кем күктәһең! Ыҙығайып торһон атың, килһен һинең ҡанлығың, үтәлһен һинең теләмең - нисек күк өҫтөндә лә, алай ҙа Ер өҫтөндә. Көндәге икмәгебеҙҙе беҙгә бөгөнгә бирсе. Тағы яҙыҡтарыбыҙҙы беҙгә кисерсе - нисек беҙ кисерәбеҙ беҙгә яман иткәндәргә. Тағы ек һынауына беҙҙе ҡуймасы. Баҫа барса ямандан беҙҙе ҡотҡарсы. Әмен! |
Qeydlər
redaktə- ↑ Əsərində Aleksandr Qarkaveç bunları yazmaqdadır:
Что касается места окончательного формирования сборника, то наиболее вероятной следует считать Кафу. По диалектным особенностям кодекс считается старейшим памятником крымскотатарского языка, имеющим огромное значение для истории кыпчакских и огузских говоров...— Kolleksiyanın son formalaşma yerinə gəlincə, Kaffa ən çox ehtimal olunan yer hesab edilməlidir. Kodeks dialekt xüsusiyyətlərinə görə qıpçaq və oğuz dialektlərinin tarixi üçün böyük əhəmiyyət kəsb edən Krım tatar dilinin ən qədim abidəsi hesab olunur...[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Гаркавец, 1987. səh. 18
- ↑ Александр Гаркавец. "ПАМЯТНИКИ ТЮРКСКИХ ЯЗЫКОВ". www.qypchaq.unesco.kz. 27 noyabr 2019. 27 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ Джуртубаев, 2010. səh. 310-311
- ↑ "Общие сведения". maiet.cfuv.ru. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ "Codex_Cumanicus". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ Tavkul, 2003. səh. 45-81
- ↑ 1 2 3 MacKenzie, 1992
- ↑ 1 2 3 4 Golden, 1992
- ↑ 1 2 Ercilasun, 2010. səh. 382
- ↑ "Codex Cumanicus - Kıpçak Kitabı (Kodeks Kumanikus)". www.tarihportali.org. 30 yanvar 2013. 28 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ (PDF). www.qypchaq.unesco.kz. Italian Part of “Codex Cumanicus” http://www.qypchaq.unesco.kz/Docs/Codex%20Cumanicus/CC_1-55_low.pdf (#bare_url_missing_title). 2023-10-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ "German Part of "Codex Cumanicus"" (PDF). www.qypchaq.unesco.kz. 2023-08-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ "Codex Cumanicus (Kumanlar Kitabı)". atalarmirasi.org. İstifadə tarixi: 15 oktyabr 2023.[ölü keçid]
- ↑ Curta, 2007. səh. 406
- ↑ "Codex cumanicus, Bibliothecae ad templum divi Marci Venetiarum primum ex integro editit prolegomenis notis et compluribus glossariis instruxit comes Géza Kuun". Budapestini Scient. Academiae Hungary. 1880. İstifadə tarixi: 15 oktyabr 2023.
Mənbə
redaktə- А. Н. Гаркавец. Кыпчакские языки: куманский и армяно-кыпчакский. Alma Ata: Наука. 1987.
- Florin Curta. The Other Europe in the Middle Ages: Avars, Bulgars, Khazars and Cumans. BRİLL. 2007.
- Peter B. Golden. The Codex Cumanicus. 1992.
- Ufuk TAVKUL. CODEX CUMANICUS VE KARAÇAY-MALKAR TÜRKÇESİ (PDF). Türk Dünyası Dil ve Edebiyat Dergisi. 2003. 45–81.
- Ahmet Bican Ercilasun. Türk Dili Tarihi. Ankara: Akçağ Yayınları. 2010. ISBN 978-975-338-589-3.
- М. Ч. Джуртубаев. Происхождение карачаево-балкаркского и осетинского народов. Нальчик. 2010. 709. ISBN 5999600723.
- D. N. MacKenzie. CODEX CUMANICUS. Iranica. 1992.
Əlavə ədəbiyyat
redaktə- Galip Güner. Kuman Bilmeceleri Üzerine Notlar. İstanbul: Kesit Press. 2016.
- Argunşah, Mustafa; Güner, Galip. Codex Cumanicus. İstanbul: Kesit Yayınları. 2015.
- Schmieder, Felicitas et Schreiner, Peter (eds.). Il Codice Cumanico e il suo mondo. Roma: Centro Tedesco di Studi Veneziani. 2005. ([[:Category:|link]])[[Category:]]
- Vladimir Drimba. Codex Comanicus. Bucarest: Édition diplomatique avec fac-similés. 2000.
- Davud Monshizadeh. Das Persische im Codex Cumanicus. Uppsala: Studia Indoeuropaea Upsaliensia. 1969.
- С. Абибуллаева. Кодекс Куманикус — памятник тюркских языков конца XIII—начала XIV веков. Культура народов Причерноморья № 91. ISBN 1562-0808.
- А. А. Чеченов. Половецкий язык // Языки мира: Тюркские языки. Moskva: Институт языкознания РАН. 1996. 110–116. ISBN 5-655-01214-6.
- Géza Kuun. Codex cumanicus, Bibliothecae ad templum divi Marci Venetiarum primum ex integro editit prolegomenis notis et compluribus glossariis instruxit comes Géza Kuun. Budapestini Scient. Academiae Hung. 1880.
- А. Н. Гаркавец. Codex Cumanicus: Половецкие молитвы, гимны и загадки XIII—XIV веков. Кыпчакское письменное наследие. Алматы: КАСЕАН. 2007. 63–120.
- Александр Николаевич Гаркаве. Codex Cumanicus. Полное издание в 4 томах. Алматы: Баур. 2015. 1348. ISBN 978-601-80218-4-8.