Kokura - Wikipedia
Kokura (小倉市, Kokura-şi?, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri.
Şəhər | |
Kokura | |
---|---|
小倉市 | |
33°53′ şm. e. 130°53′ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | Kyuşu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 aprel 1900 |
Ləğv olunub | 10 fevral 1963 |
Sahəsi |
|
Saat qurşağı | |
2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir.
Tarixi
redaktəKokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi.
Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir. 1866-cı ildə Oqasavara samurayları müharibəni qonşu Työsyu-xana uduzaraq öz qəsr iqamətgahlarını itirirlər.
1871-ci ildə Yaponiyada imperator hakimiyyətinin restavrasiyadan sonra Kokuranın bazasında eyniadlı prefektura yaradılmışdır. 1876-cı ildə bu prefektura Fukuoka prefekturasının tərkibinə daxil edilmişdir. Yaponiya imperiyası zamanında Kokura ağır sənaye mərkəzi olmuşdur. Şəhərdə Yaponiya İmperator ordusunun Kokura arsenalı yerləşirdi.[1] Burada hava şarlarına bombaların quraşdırılması həyata keçirilirdi.
1945-ci ildə İkinci dünya müharibəsinin sonlarında ABŞ silahlı qüvvələri Kokuranı Hiroşima şəhəri ilə yanaşı atom bombasının atılacağı hədəf kimi seçmişdir. Lakin havanın pis olması və qonşu Yaxata şəhərində yanğınlar amerikanlara 9 avqust tarixində pis görmə şərait yaratmışdır. Bu səbəbdən atom bombası Naqasaki şəhərinə atılmışdır.[1]. Nəticədə yapon dilində "Kokura kimi bəxti gətirən" deyimi yaranmışdır.
1963-cü ildə Kokura Kitakyuşu şəhərinin tərkibinə daxil edilmişdir. Həmin ilin 1 aprel tarixində yeni yaradılmış şəhər dövlət əhəmiyyətli şəhər statusunu almış, keçmiş Kokura isə eyniadlı şəhər rayonuna çevrilmişdir. 1974-cü ilin 1 aprel tarixində o iki hissəyə - şimali Kokura-Kita və cənubi Kokura-Minami adlı iki rayona bölünmüşdür.
Maraqlı məlumatlar
redaktəAzərbaycanlı şair, dramaturq Rəsul Rzanın Görüş pyesində birində Kokura şəhərinin atom bombasından qurtulmasına görə insan səmaya baxaraq "Sən öz buludlarınla qorudun, ölümdən xilas etdin" sözləri ilə təşəkkürünü bildirir.[2]
Keçidlər
redaktə- "Kokuranın nüvə bombardmanı planları" (yapon). 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
- "Kokura-Kita rayonunun tarixi / / Kitakyuşu şəhərinin rəsmi rəsmi_saytıı" (ingilis). 2012-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
İstinadlar
redaktə- ↑ 1 2 "Ядерное лето" (rus). 2008-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
- ↑ "GÖRÜŞ". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.