Kolanli Zengibasar - Wikipedia
Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur.[1]
Kolanlı | |
---|---|
40°06′56″ şm. e. 44°16′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. Kəndin digər adı "Kolanlı Aralıq"dır[2].
Toponim kolani türk etnoniminə[3][4] mənsubluq bildirən -lı şəkilçisi artırmaqla əmələ gəlib "kolanı tayfasına məxsus yer" mənasını bildirir. Etnotoponimdir. Qııruluşca düzəltmə toponimdir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır[5][6].
1919-cu ilin sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş[6], xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84
- ↑ Mirzəyev H. Gülüdüzü kəndi və onun anomastik vahidləri haqqında, "Filologiya məsələlərinə dair tematik toplu", 2001, № 5. s.92
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 152–153
- ↑ 1 2 История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221