Komandor Adalari Doyusu - Wikipedia
Komandor adaları döyüşü — (həmçinin Attu döyüşü) — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinə daxil olan döyüş. Toqquşma 27 mart 1943-ci ildə Kamçatka ilı Attu adası arasında Komandor adalarının cənubunda baş vermişdir.
Komandor adaları döyüşü | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix | 27 mart 1943 | ||
Yeri | Attu adası ətrafında | ||
Nəticəsi | Tərəflər üstünlüyü əldə edə bilmirlər | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Öncəki vəziyyət
redaktəYaponlar Alyaskaya hücum etmək məqsədi ilə Aleut adalarının Kiska və Attu adalarında baza yaratmışdılar. Amerikanlar bunun qarşısını almaq məqsədi ilə əlaqəni kəsməyə cəhd etmişdir
Tərəflərin qüvvələri
redaktəABŞ
redaktə- Operativ birləşmə 16.6
- «Solt Leyk Siti» ağır kreyser
- «Riçmond» — yüngül kreyser
- 14-cü minadaşıyan eskadra
- «USS Bailey (DD-492)» esminsev
- «USS Coghlan (DD-606)» esminsev
- «USS Dale (DD-353)» esminsev
- «USS Monaghan (DD-354)»
Yaponiya
redaktə- Şimal Birləşməsi
- «Nate» ağır kreyser
- «Maya» ağır kreyser
- «Tama» yüngül kreyser
- 1-ci esminsev eskadrası
- «Abukuma» yüngül esminsev
- 21-ci eskadra
- «Bakaba» esminsev
- «Hasuşimo» esminsev
- 9-cu diviziya (döyüşdə iştirak etməmişdir)
- «Usuqumo» esmines
- «Sanko-Maru»
- 6-cı diviziya
- «İkacuti» esmines
- «İnacuna» esmines
- «Asaka-Maru» nəqliyyat gəmisi
- «Sakito-Maru» nəqliyyat gəmisi
Döyüş
redaktəMakMorris üfüqdə qəmi aşkarladıqdan sonra döyüş hazırlığı əmri verir. Ancaq onlar qarşılarında gəmilərin sayının nə qədər olmasından xəbərsiz idilər. Yaponlarda görünən gəmiləri Yaponiyadan bazaya gələn gəmilərlə səhv salırlar. Sonradan səhvlərini anlayırlar.
Tərəflər eyni anda bir-birlərini 20 kilometrdən[4] atəşə tutmurdular. Yaponlar ilk əvvəl «Riçmond», gəmisinə atəş açırdılar, lakin atışlar bir nəticə vermir. Sonradan «Solt Leyk Siti» gəmisi intensiv atəş altlnda qalır. «Nati» uzaq məsafəddən torpedo atəşii açsada bir nticə əldə edə bilmir. «Solt Leyk Siti» gəmisindən atılan cavab atəşi ilə isə «Nati» gəmisinin gövdəsi və torpedo bolməsi zədələnir.
Uzun sürən artilleriya atışları uzaq məsafədən edildiyindən uğurlu nəticə vermirdi. MakMorris döyüş meydanını tərk etmək əmrini verir.
Yarım saat çəkən döyüş zananı «Solt Leyk Siti» gəmisi ağır zədə alır. «Abukuma» gəmisinin açdığı artilleriya zərbələri «Solt Leyk Siti» gəmisinin mexanika bölməsi ciddi zərbə alır. Bunu görən yaponlar gəmini torpedo atəşləri ilə batırmağa cəhd edirlər. MakMorris gəmini qorumaq əmri verir. «Beyli» gəmisi müdafiəni təmkil edir və yaponların «Nati» gəmisinə zərbələr endirir. «Beyli» gəsidə ciddi zədələr alır.
Admiral Hasoqaya nəqliyyat gəmilərini qorumaq məqsədi ilə hücumu yarıda kəsməli olur. Üstəlik amerikanlar tərəfindən «Solt Leyk Siti» gəmisini qorumaq məqsədi ilə duman buraxması onların mövqeyini gizlətməyə imkan vermişdir. Datç-Harbor bazasından ola biləcək avia hücum səbəbi ilə yapon donanması Paramuşirə qayıtmalı olur.
Döyüşün xüsusiyyəti
redaktəDöyüş dörd saat davam etmişdir. Taktiki baxımdan amerikanlar yaponların onların donanmasını məhv etmək cəhdinin qarşısını ala bilirlər. «Solt Leyk Siti» gəmisini Datç-Harbor bazasına çatdırılır və buradan isə təmirə göndərilir. Yaponiyanın «Nati» gəmisi ciddi, «Mayya» gəmisi isə yüngül zədə almişdilar.
Bu döyüş İkinci dünya müharibəsində Sakit okean cəbhəsi tarixində aviasiya və sualtıqayıqların iştirakı olmadan baş vermiş döyüşdür.
İstinadlar
redaktə- ↑ Imperial Cruisers: HIJMS Nachi Arxivləşdirilib 2017-08-02 at the Wayback Machine — 14 ölü
- ↑ «Solt Leyk Siti» Tarix (1929—1945) Arxivləşdirilib 2008-10-11 at the Wayback Machine — 2 ölü, 13 yaralı
- ↑ Destroyer History: USS Bailey Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine — 5 ölü, 6 yaralı
- ↑ O'Hara, Vincent P. Chapter 7: Alaska: Komandorski, March 1943 // The U.S. Navy against the Axis : surface combat, 1941-1945. Annapolis, Md.: Naval Inst. Press. 2007. ISBN 159114650X. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.