Komrat Dovlet Universiteti - Wikipedia
Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi.
Komrat Dövlət Universiteti | |
---|---|
Əsası qoyulub | 1991 |
Tip | Dövlət |
Rektor | Zineyda Arikova |
Tələbə sayı | 500 |
Şəhər | Komrat şəhəri |
Ölkə | |
Sayt | kdu.md |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKomrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır.
Tədris
redaktəBurada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir.[1] Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır.[1]
Rektorları
redaktəAzərbaycan Tədris Mərkəzi
redaktəAzərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır.[2] Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır.[3] Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir.[3]
Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir.[2] Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var.[2] Azərbaycan mədəniyyətini, memarlığını tanıtmaq üçün Mərkəzdə müxtəlif vidio-audio materiallar və şəkillər mövcuddur.[2] Azərbaycan milli bayramlarını tanıtmaq üçün Mərkəzdə Novruz bayramını təşkil edilmişdir.[2]
Dəfələrlə Azərbaycan Tədris Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadənin Komrat Dövlət Universitetində dərs verməsi təşkil edilmiş və bu da Azərbaycan xalqını buranın tələbələrinə daha dərindən tanıtmağa yardımçı olmuşdur.[2]
Universitetdə Azərbaycanlı tələbələr də təhsil alırlar.[2] Gələcəkdə belə tələbələrin sayının artdırılması planlaşdırılır.[2] Həmçinin gələcəkdə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün burada Azərbaycan dilinin tədrisi də planlaşdırılmışdır.[2]
Xarici əlaqələri
redaktəQafqaz Universitetlər Birliyinin üzvüdür.[4]
Şəkilləri
redaktə-
Universitetin binası
-
Universitetin binası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Buro 24/7 səyahət: Moldova". 2014-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Азербайджанский центр / Azərbaycan Tədris Mərkəzi Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine. kdu.md, (az.) (rus.)
- ↑ 1 2 SƏFİRLİK QAQAUZİYA İLƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRİR Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. 12.09.2007, azertag.az (az.)
- ↑ Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com
Xarici keçidlər
redaktə- kdu.md — Rəsmi saytı