Konklav - Wikipedia
Konklav - Wikipedia - Haqqında Məlumat
Konklav (lat. conclave — bağlı, kilidli otaq) — Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı. Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3 çoxunu toplamaq lazım gəlir. Otaq yalnız papa seçildikdən sonra açılır. Konklavın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.