Konstantinopolun Tutulmasi 1261 - Wikipedia
Konstantinopolun tutulması (1261) — 1204-cü ildə səlibçilər tərəfindən tutulan Konstantinopolun Nikeyalılar tərəfindən azad edilməsi. Bu, 57 illik fasilədən sonra Paleoloq sülaləsi altında Bizansın bərpasına və Latın imperiyasının məhvinə səbəb oldu.
Konstantinopolun tutulması (1261) | |||
---|---|---|---|
Dördüncü Səlib yürüşü | |||
| |||
Tarix | 25 iyul 1261 | ||
Yeri | Konstantinopol | ||
Nəticəsi | Konstantinopol yenidən Bizans imperiyasının paytaxtı olur, Latın imperiyası süqut edir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Tarixi
redaktə1204-cü ildə Dördüncü Səlib yürüşü nəticəsində Konstantinopol və onunla birlikdə Bizans imperiyası da süqut etdi. Onun ərazilərində səlibçi dövlətləri yaradıldı, onlardan ən böyüyü Latın imperiyası idi. Buna baxmayaraq, bizanslılar bir sıra başqa əraziləri əllərində saxlaya bildilər və onların üzərində öz dövlətlərini yarada bildilər: Epir krallığı, Nikey və Trabzon imperiyaları.
1261-ci ilin yayında Nikea imperatoru VIII Mixail Paleoloq Konstantinopolun qaytarılması üçün hazırlıqlara başlayır. Əvvəlcə o, Genuya Respublikası ilə ittifaqa girdi[1] və 1261-ci ilin iyulunda komandan Aleksey Stratiqopulu əsasən muzdlu kumanlardan və Nikey imperiyasının sakinlərindən[2] ibarət 930 nəfərlik kiçik dəstə ilə Trakyaya göndərdi. Bunda əsas məqsəd latınlara hərbi güc nümayiş etdirmək idi.[3] Mərmərə dənizini keçərək, Aleksey Silivridə düşərgə qurdu. Burada o, təsadüfən yunanlar ilə görüşdü. Onlar ona latınların əsas ordusunun Kefken adasına ekspedisiyaya getdiyini və şəhərin özündə yalnız kiçik bir qarnizon dəstəsinin qaldığını söylədi.[3][4] Onlar həmçinin Stratiqopula şəhərin divarları arasında gizli bir keçid haqqında məlumat verdilər.[3][5]
Döyüş
redaktəYunanların verdiyi məlumat qiymətli və gözlənilməz oldu. Lakin Aleksey Stratiqopulun göstərişlər almaq üçün Nikaya qasidlər göndərməyə vaxtı yox idi. 1261-ci il iyulun 25-nə keçən gecə bir neçə əsgər gizli keçiddən şəhərə daxil olaraq Silivri darvazasını açdılar.[2][6] Bununla ordunun əsas hissəsi şəhərə daxil oldu. Bizanslılar şəhərə soxulub yuxulu latınlara hücum etdilər. Latınlar arasında çaxnaşma yaratmaq üçün gecə Konstantinopolun evlərinin damlarına alov ataraq Venesiya məhəllələrini yandırdılar. Sevincli yunanlar küçələrə çıxaraq “Yaşasın İmperator Mixail”, “Yaşasın Romalılar” qışqırmağa başladılar.[7] Latın imperatoru II Balduin yuxudan oyanıb şəhərin hücuma məruz qaldığını anlayanda dağınıq və yuxulu fransızları bir yerə toplamaq üçün boşuna cəhd etdi. Bizanslıların Konstantinopola hansı qüvvələrlə və haradan daxil olduqlarını heç kim bilmirdi və buna görə də imperator yunanların şəhərə böyük bir ordu gətirdiyinə inandı. Bolduin imperator atributlarını ataraq Evbeyaya qaçdı.[5]
Məğlub və ruhdan düşmüş fransızların qalıqları Konstantinopoldan təqribən 700 km aralıda yerləşən Evbeya adasına sığındı. Latınlar vaxt itirmədilər və təcili olaraq gəmilərə minərək, şəhəri sürətlə geri qaytarmaq ümidi ilə ona doğru üzdülər.[6] Ancaq bizanslıların şəhəri hansı qüvvələrlə ələ keçirdiklərini heç kim bilmirdi. Bundan istifadə edən Aleksey Stratiqopulu hiyləyə əl atdı. O, böyük bir ordu görüntüsü yaratmağa cəhd göstərdi. Bunun üçün Stratiqopulu latınların qovulmasını həvəslə qarşılayan, yerli sakinləri döyüşçü kimi geyindirib silahlandırdı. Latınlar şəhər divarlarına çatanda qüllələrdə xeyli sayda döyüşçünün toplandığını gördülər.[8] Sonda sarsıdıcı məğlubiyyətdən qorxan fransız ordusunun son qalıqları Latın imperiyasının sonu haqqında Qərbə dəhşətli xəbər çatdırmaq üçün İtaliyaya üz tutdular.[9]
Nəticəsi
redaktəŞəhər ələ keçirildikdən sonra Aleksey Stratiqopulo Konstantinopolun qaytarılması xəbəri ilə İmperator VIII Mixail Paleoloqun yanına elçi göndərdi.[10][11] 15 avqust 1261-ci ildə, Müqəddəs Boqoroditsa bayramında VIII Mixail Paleoloq zəfərlə Konstantinopola Qızıl Qapıdan daxil oldu. Ardınca imperator Studiy monastırına, oradan Aleksey Stratiqopulo və Patriarx Arseniyin onu gözlədiyi Ayasofiya məbədinə gəldi.[12]
İstinadlar
redaktə- ↑ Ravegnani, p. 163.
- ↑ 1 2 Bartusis, p. 27.
- ↑ 1 2 3 Акрополит Г. Летопись логофета Георгия Акрополита
- ↑ Bartusis Mark C. The Late Byzantine Army: Arms and Society, 1204—1453, p. 40.
- ↑ 1 2 Величко А. М. История Византийских императоров. Том 5, с. 74.
- ↑ 1 2 Nicol, p. 34.
- ↑ Jean-Charles-Léonard. Storia delle repubbliche italiane dei secoli di mezzo, p. 250.
- ↑ Величко А. М. История Византийских императоров. Том 5, с. 75.
- ↑ Григора Никифор. Римская история, начинающаяся со взятия Константинополя латинянами. Т. 1. Книга 4, глава 2. С. 83.
- ↑ Акрополит Георгий. Летопись великого логофета. Глава 86. С. 409, 410.
- ↑ Runciman Steven. I vespri siciliani, pp. 69—70.
- ↑ Runciman Steven. I vespri siciliani, p. 70.
Ədəbiyyat
redaktə- Bartusis, Mark C. The Late Byzantine Army: Arms and Society, 1204–1453. University of Pennsylvania Press. 1997. ISBN 0-8122-1620-2.
- Geanakoplos, Deno John (1959). Emperor Michael Palaeologus and the West, 1258–1282: A Study in Byzantine-Latin Relations. Cambridge, Massachusetts: Harvard University Press. OCLC 1011763434.
- Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261–1453 (Second ed.). Cambridge: Cambridge University Press. ISBN 978-0-521-43991-6.
- The Latin Empire of Constantinople, 1204–1261. 2. 186–233.
- Акрополит Г. Летопись логофета Георгия Акрополита
- Alain Ducellier e Michel Kaplan. Bisanzio, San Paolo Edizioni. 2005. ISBN 8821553660.