Kor Sahmat Olimpiadasi - Wikipedia
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır.
Tarix
redaktə1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu.
İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi.
3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
2008-ci ildə 13-cü Kor Şahmat Olimpiadası Giritdə keçirildi və 34 komanda yarışdı.
Nəticə
redaktə# | İL | Şəhər | Qalib |
---|---|---|---|
1 | 1961 | Meschede, Almaniya | Yuqoslaviya |
2 | 1964 | Kühlungsborn, Almaniya | Yuqoslaviya |
3 | 1968 | Weymouth, Birləşmiş krallıq | SSRİ |
4 | 1972 | Pula, Xorvatiya | SSRİ |
5 | 1976 | Kuortane, Finlandiya | SSRİ |
6 | 1980 | Noordwijkerhout, Niderland | SSRİ |
7 | 1985 | Benidorm, İspaniya | SSRİ |
8 | 1988 | Zalaegerszeg, Macarıstan | SSRİ |
9 | 1992 | Majorca, İspaniya | Rusiya |
10 | 1996 | Laguna, Braziliya | Rusiya |
11 | 2000 | Zakopane, [[Polşa | Rusiya |
12 | 2004 | Tarragona, İspaniya | Polşa |
13 | 2008 | İraklion, Yunanıstan | Rusiya |
14 | 2012 | Chennai, Hindistan | Rusiya |
15 | 2017 | TBD, Makedonuya |