Kormak Leheyn Tesnifat Sistemi - Wikipedia
Kormak Leheyn Tesnifat Sistemi - Wikipedia - Haqqında Məlumat
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.[1]
Dərəcə | Şərhi | Rastgəlmə tezliyi | Çətin intubasiya ehtimalı |
---|---|---|---|
I | Qırtlaq tam görünür | 68% | <1% |
IIa | Qırtlaq qismən görünür | 24% | 4.3% |
IIb | Qırtlağın yalnız tək arxa ətrafi və ya çalovabənzər qığırdaq görünür | 6.5% | 67.4% |
III | Qırtlağın yalnız tək qapağı görünür | 1.2% | 87.5% |
IV | Qırtlaq və qapağı tamamilə görünmür | çox nadir | qəti |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Cormack, R.S.; Lehane, J. (1984). "Difficult tracheal intubation in obstetrics". Anaesthesia 39 (11): 1105–11. doi:10.1111/j.1365-2044.1984.tb08932.x. PMID 6507827.