Krim Kommunist Partiyasi - Wikipedia
Krım Kommunist Partiyası (KKP; ukr. Комуністична партія Криму) — Ukraynada, Krımda fəaliyyət göstərmiş kommunist partiyası. 1993-cü ildə Krım Kommunistlər İttifaqının (ukr. Союз Комуністів Криму), 1997-ci ildə partiya Ukrayna Kommunist Partiyasının bir hissəsi olmuşdur.
Krım Kommunist Partiyası | |
---|---|
Sədri | Leonid Qraç[d] |
Quruluş tarixi | 1993 |
Dağılma tarixi | 1997 |
Baş qərargah | |
İdeologiya | marksizm-leninizm, internasionalizm |
Müttəfiqlər | Ukrayna Kommunist Partiyası |
Üzv sayı | 57,000 |
Mətbuat orqanı | "Kommunist Krıma" |
Krım Kommunist Partiyasının lideri Leonid Qraç idi. Partiyanın üzvləri 57 min nəfərdən ibarət idi.[1] Çap orqanı "Kommunist Krıma" qəzeti idi.
Tarixi
redaktəİlkin dövr
redaktəSSRİ-nin dağılmasından və 1991-ci ildə SİKP-nin fəaliyyətinin qadağan edilməsindən sonra Ukrayna Kommunist Partiyası Krım Respublika Komitəsinin keçmiş birinci katibi Leonid İvanoviç Qraç yarımadada kommunist təşkilatı yaratmağa başlamışdı.[2] Krım Kommunist Partiyasının yaradılmasında Leonid Qraçın köməkçiləri Sergey Vorobyov və Yuri Aksyutin əhəmiyyətli rol oynamışdır.[3]
1992-ci ilin yayında Ukraynada o dövrdə ilk və yeganə marksist–leninist partiyası "Krım Kommunistləri İttifaqı" qeydiyyata alınmışdır. Onun lideri Leonid Qraç idi. Yeni partiyaya yarımadanın 14 şəhər və rayon təşkilatı daxil idi, onun 10 min üzvü var idi.[4] Ukrayna Xristian-Demokrat Partiyası (UXDP) bəyan etmişdi ki, o, "Kommunistlər İttifaqı"nın tanınmasını irtica qüvvələrinə böyük dərəcədə güzəşt və köhnə rejimin reanimasiyasının başlanğıcı hesab edir. UXDP müstəqil demokratik Ukraynanın inkişafına mane olan kommunistlərə qarşı mübarizənin başladığını da elan etmişdi.[5]
18 yanvar 1993-cü ildə "Kommunistlər İttifaqı" Sevastopolun Rusiyanın tabeliyinə verilməsi və bütün yerli hakimiyyət orqanlarına növbədənkənar seçkilərin keçirilməsi üçün keçirilən mitinqdə iştirak etmişdi.[6] 19 iyun 1993-cü ildə "Krım Kommunistləri İttifaqı" Ukrayna Kommunist Partiyasının Donetskdə keçirilən birinci qurultayında iştirak etmiş[7] və onun üzvü olmuşdu.[8] 26–27 mart 1993-cü ildə Krım Kommunistlər İttifaqı Sovet İttifaqı Kommunist Partiyasının XXIX Qurultayında iştirak etmiş və burada partiyanın KPİ–SİKP-yə çevrilməsi qərara alınmışdı.[3] 1993-cü ilin oktyabrında Krım Kommunistləri İttifaqının adı dəyişdirilərək Krım Ədliyyə Nazirliyində "Krım Kommunist Partiyası" kimi qeydiyyata alınmışdır.[9] Beləliklə, bu, Krımda ilk qeydə alınmış partiyalardan biri olmuşdur.[10] Həmçinin, həmin il Krım Kommunist Partiyası Ukrayna Kommunist Partiyasına kollektiv üzv kimi daxil olmuşdu.[9] Krım Kommunist Partiyasının Respublika Komitəsi 1 sentyabr 1993-cü il tarixinə qədər SİKP-nin keçmiş üzvlərinin yenidən qeydiyyata alındığını elan etmişdir.[11]
1993-cü ilin payızında Rusiyada baş tutan konstitusiya böhranı zamanı Krım Kommunist Partiyası Rusiya Ali Sovetinə və Rusiya Xalq Deputatları Qurultayına dəstək vermişdi.[12]
Krım Respublikasında keçirilən prezident seçkilərinin birinci turunda Krım Kommunist Partiyası lideri Leonid Qraç 12,80% səslə üçüncü yeri tutmuşdu. Prezidentliyə namizədliyini irəli sürməkdə məqsəd onu ləğv etmək idi.[13] Seçkilərin ikinci turunda Qraç sonda prezidentlik kampaniyasında qalib gələn Yuri Meşkovu dəstəkləmişdi.[8] 1994-cü ilin noyabrında Krım Kommunist Partiyasının lideri Krımın Ukraynanın konstitusiya sahəsinə qaytarılmasını tələb etmişdi.[14] O, öz mövqeyini əsaslandırmaq üçün qeyd etmişdir ki, "Krım Rusiya dövlətçiliyinin simvoludur və Krım Ukraynanın bir hissəsi olduğu halda, o, Ukraynanı Rusiya sahillərindən kənarda saxlayır".[15]
Ali Şurada və ləğvi
redaktəİkinci çağırış Krım Ali Şurasında Kommunist Partiyasını iki deputat – Leonid Qraç və Anatoli Lazarev təmsil edirdi. Krım Kommunist Partiyası Krım Prezidenti Meşkovun və Krım Ali Şurasının sədri Sergey Tsekovun siyasətinə müxalifətdə idi.[16] 1995-ci ilin martında kommunistlər Krım Respublikası Konstitusiyasının və Krım Prezidenti vəzifəsinin ləğvi üçün səs vermişdilər,[8] lakin 1996-cı ilin yanvarında Qraç və Meşkovun birgə mətbuat konfransında Leonid Qraç Krım Prezidenti Meşkovun Ukrayna hökuməti tərəfindən qanunsuz olaraq ləğv edilmiş səlahiyyətlərinin bərpası üçün mübarizə aparacağını bəyan etmişdi.[17]
1996-cı ilin əvvəlində Krım Kommunist Partiyası Ukraynanın yeni Konstitusiyasında dövlət rəmzlərinin təsbit edilməsi məsələsi ilə bağlı ümum-Ukrayna referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Partiya Ukrayna SSR bayrağı, oraq və çəkicli gerb, Ukrayna himninin yeni mətni və musiqisi, o cümlədən rus dilinin Ukrayna dili ilə yanaşı dövlət dili statusu və Ukraynanın yenilənmiş SSRİ-yə daxil olmasını təklif etmişdi.[18] Həmçinin, həmin il partiya Ukrayna Prezidenti Leonid Kuçmanın Krım siyasi partiyalarının statusunun ləğvi haqqında fərmanına etiraz etmişdi.[19]
7 dekabr 1996-cı ildə Krım Kommunist Partiyası Ukrayna Ali Radasının "Ukrayna ərazisində yerləşən xarici qoşunların çıxarılması haqqında" qanun layihəsinə qarşı çıxmışdı.[20] 23 dekabr 1996-cı ildə Krım Kommunist Partiyası üzvü və Razdolne rayon administrasiyasının rəhbəri Leonid Ryabik qətlə yetirilmişdi.[21] 20 yanvar 1997-ci ildə Krım Kommunist Partiyası 1991-ci il referendumunun ildönümü ilə əlaqədar "Krım MSSR-nin yenidən qurulması haqqında" mitinq keçirmişdi.[22] 1997-ci ilin avqustunda Krım kommunistləri Si Briz və NATO təlimlərinə qarşı etiraz aksiyaları təşkil etmişdilər.[23]
1997-ci ildə Ukrayna qanunvericiliyi dəyişdirilmiş, Krım Kommunist Partiyası özünü ləğv etmiş və Ukrayna Kommunist Partiyasının bir hissəsi olmuşdu.[2]
Mövqeləri
redaktəPartiyanın ideoloji əsası marksizm–leninizm və internasionalizm elan edilmişdi.[2] Krım Kommunist Partiyası SSRİ-nin bərpasını müdafiə etmiş və Belovej razılığını tənqid etmişdir.[24] Onun mövqelərindən biri Şərqi Slavyan xalqlarının birliyi və SSRİ dövründən qalan abidələrin qorunması idi.[2]
Partiya lideri Leonid Qraç Krım Muxtar Respublikası Ali Şurasının II çağırışının vaxtından əvvəl buraxılmasını,[25] həmçinin Ukrayna Prezidenti Leonid Kuçmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini[26] irəli sürmüşdü.
Mətbuat orqanları
redaktə7 noyabr 1992-ci il tarixində "Naş qolos" partiya qəzetinin ilk nömrəsi işıq üzü görmüşdür. Bu, sonradan "Kommunist Krıma" adlandırılmışdır.[7] Həmçinin, Krım Kommunist Partiyası "Qlasnost", "Trudovaya slava", "Kommunist", "Feodosiyskaya iskra", "Kommunist Prisivaşya", "Slovo kommunista", "Za yedinstvo" kimi qəzetlərin qurucusudur.[27]
İstinadlar
redaktə- ↑ Ядуха, Виктор. "Местные коммунисты требуют вернуть собственность партии" (rus). Сегодня. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ 1 2 3 4 "Крымские коммунисты обращаются к международному коммунистическому сообществу" (rus). Творческая Организация Личностей «Набат». 26.01.2011. 2014-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ 1 2 "Грач Леонид Иванович" (rus). Кто есть кто. 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Серпень 1992. Хроніка фактів" (ukrayna). uavumir.org.ua. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Заява Християнсько-демократичної партії України" (ukrayna). «За віру і волю». 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Хронологія подій у Криму" (ukrayna). Украинский независимый центр политических исследований. 13.01.2005. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ 1 2 Ёлкин, Виктор. "Эту песню не задушишь, не убьёшь" (rus). Коммунист Крыма. 14.06.2013. 2014-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ 1 2 3 "Грач, Леонид" (rus). Lenta.ru. 2014-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ 1 2 Лукашевич, Виктор. "Письмо коммуниста" (rus). Сайт Леонида Грача. 11.01.2011. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "НЕГА сообщает: Крым" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Липень 1993. Хроніка фактів" (ukrayna). uavumir.org.ua. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.11.2014.
- ↑ Пилат, Александр. "Крым" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ Пилат, Александр. "Президент как пятое колесо к телеге" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ Семена, Николай. "Крым отказался выполнять требования Киева" (rus). Известия. İstifadə tarixi: 15.10.2014.[ölü keçid]
- ↑ "Полуостров заявляет о намерении провести референдум" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "После отмены парламентом Украины постановления о запрете на деятельность Союза коммунистов Крыма Леонид Грач провёл пресс-конференцию" (rus). Сегодня. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ Пилат, Александр. "Автономии исполнилось пять лет" (rus). Независимая газета. İstifadə tarixi: 15.10.2014.[ölü keçid]
- ↑ "НЕГА сообщает" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Ветераны русского движения вспомнили о Русской партии Крыма" (rus). Крымское ЭХО. 28.10.2013. 2014-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ Пулина, Наталия. "Политическая активность в Севастополе" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "НЕГА сообщает" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Между нами, мужиками, говоря" (rus). Московский комсомолец. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "НЕГА сообщает" (rus). Независимая газета. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "В Симферополе состоялась отчётно-выборная конференция Коммунистической партии Крыма" (rus). Независимая газета. İstifadə tarixi: 15.10.2014.[ölü keçid]
- ↑ "Апрельская вспышка политической и военной активности в Крыму постепенно сходит на нет, хотя некоторые её отблески ещё остаются" (rus). Московский комсомолец. 2015-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ Митрохин, Валерий. "Сюрпризы. Пошли «табуном» и проиграли" (rus). Московский комсомолец. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
- ↑ "Печатные СМИ АР Крым" (rus). Информационный пресс-центр. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2014.
Xarici keçidlər
redaktə- "Крымские коммунисты обращаются к международному коммунистическому сообществу" (rus). Творческая Организация Личностей «Набат». 20 oktyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2023.