Kreytser Pul Vahidi - Wikipedia
Kreytser (alm. Kreuzer, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır.
1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu. 1551-ci ildə qəbul edilmiş Auqsburq Pul Nizamnaməsi bu pul vahidini Müqəddəs Roma İmperiyasının imperiya sikkələri dərəcəsinə qaldırdı.
Almaniyada kreytserlər düz 1873-cü ilə qədər buraxılırdı, həmən ildə onun ərazisində dövr edən quldenlər və talerləri qızıl marka ilə əvəz etdilər. Sonuncu Avstriya kreytserləri 1891-ci ilə aiddir. Onların buraxılışın dayandırılmasının səbəbi Avstriya quldeninin Avstriya-Macarıstan kronu ilə əvəz olunması oldu, sonuncunun xırda pulu heller oldu.
Yaranması
redaktəİlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) və "MEINARDVS" yerləşdirilib, revers tərəfində isə heraldika qartalı və "COMES TIROL" yazısı qeyd olunub.[1][2][3] Bu sikkələrin xarakterik görünüşü onunla bağlı idi ki, eyni dövrdə Tirolda adlerqroşen sikkələri zərb olunurdu, hansılarınkının da üstündə xaç təsvir olunmuşdur.[4][1]
Bu sikkələr 1363-cü ilə qədər eyni tərzdə zərb olunurdular.[1] Onun adı həmən kreytser olmamışdır. Bu pul 20 Verona denariyə bərabər olduğundan, ilk öncə ona "tsvayntsiger" ("zweinzig" sözündən) deyilirdi, bu da o vaxtki alman dilində "iyirmi" demək idi. Latın dilində olan mənbələrdə "vigintiarius" və "vigintinus" adlarına da rast gəlmək olar. İtalyan torpaqlarında sikkə "tirolino" və ya "Tirol qrossosu" kimi tanınmağa başladı.[1][3] Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır. Məhz alman mənbələrində ilk dəfə "crucer" (Bavariyanın Benediktlər monastırından 1290-cı ilə aid sənəd)[5] və "chreutzaer pfening" (Şimali Tirol vilayətinin XIV əsrin əvvəlinə aid sənədi)[1] sözlərinə rast gəlinir. Tiroldan axan Adige çayının (alm. Etsch) almanca adlandırılmasına görə, sikkələrə "e(t)çkreytser" də deyilirdi.[6][7]
Sonradan bu sikkələrin oxşatmaları Müqəddəs Roma İmperiyası və İsveçrə torpaqlarında geniş yayılmışdır. Almandilli ölkələrdə sikkələr kreytser, şimali İtaliya ölkələrində isə tsvayntsiger adlanırdı. Kreytser 19-cu əsrin sonuna qədər, italyan tsvayntsiger isə 16-cı əsrə qədər mövcud olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Schrötter, 1970. səh. 324
- ↑ Kahnt, 2005
- ↑ 1 2 Фенглер, 1993, «Крейцер»
- ↑ Kahnt, 2005. səh. 236—237
- ↑ Kahnt, 2005. səh. 237
- ↑ Фенглер, 1993, «Этчкрейцер»
- ↑ Зварич, 1980, «Эчкрейцер»
Ədəbiyyat
redaktə- Зварич В.В. Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. 1980.
- Фенглер Х., Гироу Г., Унгер В. Словарь нумизмата (2-е изд., перераб. и доп.). М.: Радио и связь. Отв. ред. В. М. Потин. 1993. ISBN 5-256-00317-8.
- Arnold P., Küthmann H., Steinhilber D. Grosser Deutscher Münzkatalog von 1800 bis heute (23). Regenstauf: Battenberg Verlag. Dieter Faβbender. 2007. ISBN 978-3-86646-019-5.
- Kahnt Helmut. Das große Münzlexicon von A bis Z (1. Auflage). Regenstauf: Battenberg Verlag. 2005. ISBN 3-89441-550-9.
- Bruce II C. R. Unusual World Coins. Iola, WI: Krause Publications. 2007. ISBN 0-89689-576-9.
- Bruce C. II., Michael T., Miller H. Standard Catalog of World Coins 1601—1700. Iola, WI: Krause Publications. 2008. ISBN 0-89689-708-7.
- Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1701—1800. Iola, WI: Krause Publications. 2010. ISBN 1-4402-1364-X.
- Cuhaj G., Michael T., Miller H. Standard Catalog of World Coins 1801—1900. Iola, WI: Krause Publications. 2009. ISBN 0-89689-940-3.
- Schrötter, Friedrich Freiherr von. Wörterbuch der Münzkunde (zweite, unveränderte Auflage). Berlin: J. Guttenberg Verlagsbuchhandlung. Wörterbuch der Münzkunde. 1970. ISBN 978-3110012279.
- Standard Catalogue of World Paper Money, General Issues — 1368 — 1960 (12th edition). Krause Publications. edited by George Cuhaj. 2008. ISBN 978-0-89689-730-4.
- Standard Catalog of World Paper Money. Specialized Issues (12th edition). Iola, Wi: Krause Publications. edited by George Cuhaj. 2013. ISBN 978-1-4402-3883-3.