Kuba Timsahi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır.
Kuba timsahı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kuba timsahı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yayılması
redaktəTəbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər[3]. Bu növün qalıqlarına Kayman[4] və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır.
Görünüşü
redaktəKuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur[5].
Sifəti kifayət qədər qısa və enlidir, gözlərin arxasında bir sümük yamağı vardır. Pleistosendə yaşayan bu növün nümayəndələrinə məxsus 66 sm[6] və 67,7 sm-lik kəllə sümükləri aşkarlanmışdır[7]. Dişlərin sayı 66–68-dir. Arxa dişlər ön dişlərdən daha geniş və qısadır, bu da tısbağa qabığını asanlıqla dişləməyə imkan verir[3].
Ölçüləri
redaktəBunlar kiçik və ya orta ölçülü timsahlardır. Tipik yetkin Kuba timsahlarının uzunluğu 2,1–2,3 m, çəkisi isə 40 kq-dır. Dişilər ümumiyyətlə erkəklərdən bir qədər kiçik olur. Bu növün böyük erkəklərinin bəzən 3,5 metrdən və 200 kq-dan çox olduğuna inanılır. Kuba timsahının qeyd olunan maksimum ölçüsü 4.9 metrdir[8], halbuki 1880-ci ildə 5.3 metr uzunluğundakı bir nümunənin də elmi şəkildə bildirildiyi qeyd edilir. Ginnesin Rekordlar Kitabında qeyd edilən maksimum ölçünün yalnız 2.74 m olduğu bildirilir. Sapata bataqlığında Kuba timsahlarına dair bir tədqiqatda yetkinlərin (4 dişi və 3 erkək) uzunluğu 140 ilə 205 sm arasında dəyişmişdir[9].
Qalıqlarının göstərdiyi kimi, Kuba timsahları əvvəllər daha böyük ölçüdə olmuşdur. Beləliklə 67.8 sm uzunluğunda və 81.8 sm alt çənəsi ilə əvvəllər bəhs edilən kəllə ehtimal ki, 5.4 metrdən uzun bir heyvana məxsus olmuşdur. Başqa bir böyük nümunə, 66 sm kəllə ilə, böyük ehtimalla oxşar ölçüyə çatır.
Dişləmə gücü
redaktə66 sm kəllə ilə Pleistosenli Kuba timsahının dişləmə qüvvəsinin hesablanması, onun 11803–23040 N-a çata biləcəyini göstərir ki, bu da 1204.4–2351 kq ağırlıq qüvvəsinə bərabərdir[10].
Həyat tərzi
redaktəKuba timsahları şirin suya üstünlük verirlər, lakin digər əsl timsahlar kimi duzlu suda yaşaya bilərlər. Bununla yanaşı timsahlar arasında quruda daha çox vaxt keçirirlər. Uzun ayaqları sayəsində 17 km/s-dən çox sürətlə qısa müddətə qurbanını və ya düşmənini təqib edə bilirlər.
Kuba timsahları əsl timsahların standartlarına görə də son dərəcə aqressiv heyvanlardır. Bəlkə də bu sinfin ən aqressiv üzvüdürlər. Daraqlı timsahla bir səviyyədədir.
Yüksək təcavüzkarlıq səviyyəsinə baxmayaraq, Kuba timsahı bəlkə də müasir timsahlar arasında olduqca ağıllı növdür. Kifayət qədər qarşılıqlı mürəkkəb kollektiv əlaqələrə malikdir.
Qidalanma
redaktəKörpə timsahlar kiçik xərçəngkimilər və böcəklər yeyirlər. Bu növün yetkin timsahları balıqlar, molyuskalar, sürünənlər (xüsusən də tısbağalar və kaymanlar), məməlilər (əsasən gəmiricilər, vəhşi donuzlar və itlər) və digər heyvanlarla qidalanır. Müasir Kuba timsahlarının üstünlük verilən ovu, böyük endemik gəmiricilərdir — pəhrizlərinin 90% -ni təşkil edir. Yəqin ki, Kuba timsahları əvvəllər aktiv olaraq Folivora dəstəsinin orpaq canlılarını ovlamışlar. Bu isə sümüklərindəki diş izləri ilə təsdiqlənir.
Ov edərkən digər timsahlar kimi sudan hündürə tullana bilirlər. Budaqdakı canlıları necə tutduqları sənədləşdirilmişdir. Bütün timsahlar arasında ən çox quruda ov edirlər. Bəzən ortaq ov üçün böyük qruplarda toplanırlar.
İnsanlara hücumlar
redaktəBu timsahların insanlara hücumları haqqında məlumat azdır, amma bu da baş verir. Çox güman ki, bu növün insanlara hücumlarının nadir olması, sayının az olması və yaşayış məntəqələrindən uzaqda yerləşməsidir, lakin qapalı vəziyyətdə Kuba timsahlarının insanlara qarşı təcavüz nümayiş etdirdikləri və tez-tez hücum etməyə çalışdıqları bilinir.
Çoxalma
redaktəKuba timsahlarının erkəkləri 6 yaşında, ümumi uzunluğu təxminən 197 sm olarkən cinsi olaraq yetkinləşirlər. Dişilər də 6 yaşında, nadir hallarda 7 yaşında cinsi yetkinliyə çatırlar. Cütləşmə dövrü may ayından iyul ayına qədər davam edir. Bu dövrü birbaşa yağış və ətraf mühit dəyişiklikləri ilə əlaqəli olduğuna inanılır. Dişi ümumiyyətlə hər biri orta hesabla 112 qram ağırlığında və təxminən 5–7,6 sm uzunluğunda olan 30–40 yumurta (maksimum 60-a qədər) qoyur[11]. Döşəmə üçün təbii şəraitdə suyun yanında bir çuxur qazır və oranı ağacdan düşmüş yarpaqlar ilə örtür. Bununla belə qapalı şəraitdə bir yuva qurulması müşahidə edilmiş və döşəmə seçiminin ətraf mühit şərtlərindən, yuva üçün materialların mövcudluğunun asılı olduğunu göstərmişdir[3].
Yumurtanın inkubasiyası 58–70 gün davam edir və yumurtadan çıxma avqustun sonundan sentyabrın əvvəlinə qədər baş verir[11]. Digər timsahlarda olduğu kimi, balaların cinsi də yuvadakı istiliklə əlaqəlidir. Erkəklərlər yalnız yuvadakı daxili temperatur 30–32 °C olduqda ortaya çıxır, dişilər isə bu temperaturdan yuxarı və ya aşağı temperaturda inkişaf edir[11].
Gənc timsahların yalnız 1% cinsi yetkinliyə çatır. Kuba qarğası və Qarğa cinsinə aid digər quşlar, eləcə də Dives cinsinin nümayəndələri, 15 sm uzunluğa qədər olan balaları və yumurtanı yeyir. Balıqlar 45 sm uzunluğa qədər olan balaları, yumurtaları yeyə bilir. Cavan heyvanlar da müxtəlif məməlilər və sürünənlər tərəfindən kütləvi şəkildə yeyilə bilir. Bu canlılarda kannibalizm belə müşahidə edilir.
Kuba timsahı vəhşi təbiətdə Amerika timsahı və qapalı vıəziyyətdə siyam timsahı ilə hibridləşməsi qeydə alınmışdır. Hibridlər boya və anatomik xüsusiyyətləri hər iki valideyndən miras ala bilər. Çoxalma qabiliyyətinə də malik olurlar. Bəzi elm adamlarına görə hibridləşmə növün genetik təmizliyinin qorunması baxımından təhlükə yaradır[12].
Sayı və damazlıq
redaktəNövün sayı hazırda 3000–6000 fərddir. 1950–1960-cı illərdə timsah təsərrüfatları, əsasən dəri və ət istehsalı üçün yetişdirilirdi. Kuba timsahı nəsli kəsilməkdə olan bir növ olaraq Qırmızı Kitaba daxil edilmişdir. Kuba timsahının dərisi sənayedə istifadə olunur, əti bir selikates sayılır. Kuba timsahı brakonyerlik obyektidir. Əlavə olaraq Lane bataqlığında Amerika timsahları ilə rəqabət aparmaq məcburiyyətindədirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
- ↑ 1 2 3 "Crocodilian Species - Cuban Crocodile (Crocodylus rhombifer)". crocodilian.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ Morgan, Gary; Franz, Richard; Ronald Crombie (1993). "The Cuban Crocodile, Crocodylus rhombifer, from Late Quaternary Fossil Deposits on Grand Cayman". Caribbean Journal of Science 29 (3–4): 153–164.
- ↑ "Cuban Crocodile Fact Sheet - National Zoo". nationalzoo.si.edu. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ "A Gigantic Crocodile from the Upper Cretaceous Beds of Texas". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
- ↑ "The Cuban Crocodile, Crocodylus rhombifer, from Late Quaternary Fossil Deposits on Grand Cayman" (PDF). 2014-03-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
- ↑ "Cuban Crocodile, Crocodylus rhombifer" (PDF). 2012-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-20.
- ↑ "CROCODILE SPECIALIST GRO NEWSLETTER voLUME 20 No. 1 I JANUARY 2001 — MARCH 200" (PDF). 2012-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-20.
- ↑ "论老虎VS鳄鱼以及湾鳄和尼罗鳄_看图_猛兽吧_百度贴吧". tieba.baidu.com. 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ 1 2 3 "Crocodylus rhombifer (Cuban crocodile)". Animal Diversity Web. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ Weaver, J. P.; Rodriguez, D.; Venegas-Anaya, M.; Cedeño-Vázquez, J. R.; Forstner, M. R. J.; Densmore, L. D. III (2008). "Genetic characterization of captive Cuban crocodiles (Crocodylus rhombifer) and evidence of hybridization with the American crocodile (Crocodylus acutus)". Journal of Experimental Zoology Part A: Ecological Genetics and Physiology 309A (10): 649–660. doi:10.1002/jez.471.