Kupidon Ve Psixeya Usaq Iken - Wikipedia
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır.[1]
Kupidon və Psixeya uşaq ikən | ||
---|---|---|
L'Amour et Psyché, enfants | ||
| ||
Rəssam | Vilyam Buqro | |
Tarixi | 1890 | |
Üslubu | mifologiya rəssamlığı[d], nü | |
Ölçüləri | 119,5 sm × 71 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Şəxsi kollksiyada saxlanılır |
Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır.
Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür.
Yanlış adlandırma
redaktəİnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır.[2]
Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri
redaktəBuqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır:
- Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No. 260; Exposition Universelle of 1900, No. 242)
- Psyché (Psixeya) (1892)
- Le ravissement de Psyché (Psixeyanın oğurlanması, Salon, 1895, No. 258)
-
Psixeya və Kupidon (1889)
-
Psixeya (1892)
-
Psixeyanın oğurlanması(1895)
İstinadlar
redaktə- ↑ William-Adolphe Bouguereau Paintings: L'amour Et Psyché, Enfants, the Birth of Venus, the Shepherdess, Nymphs and Satyr, the Bohemian, General Books LLC, 2010
- ↑ "Web Museum – Bouguereau, Adolphe-William". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-31.