Leledulan - Wikipedia
Leledulan - Wikipedia - Haqqında Məlumat
Lələdulan — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd.[1]
Lələdulan | |
---|---|
38°53′ şm. e. 48°25′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 226 (2009) nəfər |
Əhalisi
redaktəƏhalisi 226 nəfərdir.[2]
Toponimiyası
redaktəTədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII-XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.[3]