Lenkeran Emeliyyati 1919 - Wikipedia
Lənkəran əməliyyatı (1919) — Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərb əməliyyat.
Lənkəran əməliyyatı (1919) | |||
---|---|---|---|
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi yürüşləri və Muğan hadisələri | |||
| |||
Tarix | Lənkəran qəzası | ||
Səbəbi | * Lənkəran qəzası ərazisində ağqvardiyaçı rusların və bolşeviklərin fəallaşması, bölgəni faktiki olaraq AXC hakimiyyətindən kənarda saxlaması; | ||
Nəticəsi | AXC-in qələbəsi | ||
Ərazi dəyişikliyi | Lənkəran qəzası tam olaraq AXC hakimiyyəti altına girdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
AXC elan edildiyi zaman öz suverenliyini bütün ölkə ərazisinə yaya bilməmiş, bu proses tədricən inkişaf etmişdir. Bu proses əsnasında AXC-in cənub torpaqlarında, Cavad və Lənkəran qəzaları ərazisində həm ağqvardiyaçı, həm bolşevik, həm də azərbaycanlı partizanlar arasında mübarizə getmişdir. Bu mübarizənin nəticəsində Azərbaycan qüvvələri qələbə qazanmış, Lənkəran əməliyyatı ilə bütün bölgə AXC-in tam hakimiyyətinə girmişdir.[1]
Zəmin
redaktə1918-ci ilin payızına qədər Azərbaycan ordusu və Qafqaz İslam Ordusu Bakı və Qarabağı yad qüvvələrdən təmizlədi və beləliklə, Lənkəran istisna olmaqla Azərbaycanın bütün ərazisində yeni hökumət hakim oldu. Növbəti yürüş istiqamətinni bura olmasına baxmayaraq, Osmanlı imperiyasının məğlub dövlət kimi Mudros müqaviləsini imzalaması, Bakıya ingilis qüvvələrinin gəlməsi vəziyyəti dəyişdi və Lənkərana planlanan yürüş ertələndi. Lənkəran tutduğu mühüm strateji mövqeyə bir çox qüvvənin diqqətini özünə çəkmişdi və buna görə də, 1918-ci ilin əvvəllərində müsavatçılar burada hakim olsalar da, həmin ilin aprelində bölgəyə "Aleksandr Jander" gəmisində gəlmiş olan bolşeviklər hakimiyyəti ələ keçirdilər.[2]
Ağ Qvardiyaçıların hakimiyyəti ələ alması və yerli əhalinin reaksiyası
redaktəLakin Bakının azad edilməsi ilə bolşeviklərin buradakı mövqeyi zəiflədi.[3] Bu dəfə də, bölgədə vaxtilə buraya köçürülmüş rus əhalisi tərəfindən dəstəklənən rus millətçi zabitləri gücləndilər. Ağ Qvardiyaçı olan və Denikin ilə yaxın əlaqələrə sahib olan polkovnik İlyaşeviç bu qüvvələrə rəhbərlik edirdi. O, vaxtilə Rusiya imperiyasının İran ilə sərhədini qorumaq üçün buraya yerləşdirilmiş 29-cu rus ordusunun komandiri idi. İlyaşeviç digər döyüşən rus zabitləri kimi Rusiya imperiyası ərazilərini bölünməz hesab edir və Azərbaycanın müstəqilliyini qəbul etmirdi. Onun əsas məqsədlərindən biri buraya hücum edəcək denikinçi qüvvələr üçün bazalar formalaşdırmaq və şərait yaratmaq idi. Buna görə də o, öz mərkəzini Cavad qəzasının Biləsuvar kəndindən Lənkəran qəzasının Prişib kəndinə köçürdü. Tarixçi Mehman Süleymanov bu zaman onun ordusunda 6 minlik qüvvənin olduğunu güman edir. Həmin qüvvələrin təzyiqi ilə avqustun 4-5-də toplanan məclisdə hakimiyyət orqanının təsisi müzakirə edildi. Qəbul edilən qərara görə həmin qəzaları idarə etmək üçün 5 nəfərdən ibarət "Müvəqqəti diktatura" yaradıldı. Bu diktatura "beşlər diktaturası "da adlandırılırdı. Onların arxalandığı qüvvələr bölgədəki rus əhali, denikinçi qüvvələrin yardımı və Bakıdakı Rus Milli Komitəsi idi. Bu qüvvələrin bölgədəki fəaliyyətinə görə, vaxtında yerli əhali yardım üçün Azərbaycan ordusuna və Nuru paşaya müraciət etmiş, onlar da yaxın zamanda bu məsələni həll edəcəklərini bildirsələr də, Osmanlının bölgədəki ordularını geri çəkmək məcburiyyəti bunu mümkün etməmişdi. İngilislər denikinçiləri dəstəklədikləri üçün rəsmi Bakı oktyabrdan sonra da bu bölgəyə yürüş təşkil edə bilmirdi. Yerli əhalinin yeni müraciətinə AXC-in XİN rəhbəri cavab olaraq bildirmişdi ki, bu məsələ Bakıdakı inglilis ordusu komandanı General Tomsonun qarşısında qaldırılmalıdır. Teymur bəy Bayrambəyovun rəhbərlik etdiyi heyət Tomsonla görüşdə bölgənin rus zabitlərindən təzmilənməsini, orada Azərbaycan hakimiyyətinin təsis edilməsini istədiklərini bildirdilər. Tomson isə cavabında bu barədə tədbirlərin görüləcəyini bildirdi. Lakin qısa müddət sonra rus zabitləri Lənkəran Respublikasının yaradıldığını və Suxorukovun rəhbərliyində hökumət yaradıldığını elan etdilər. Yeni hökumət Azərbaycan tərəfindən tanınmağa çalışırdı və buna görə Gerasimov adlı şəxsin rəhbərliyində Bakıya nümayəndələr də göndərmişdi. Nümayəndə geri döndükdən sonra Prişib kəndin zabitlərin qurultayı təşkil edildi və alınan qərara əsasən bölgənin Azərbaycana təslim edilməməsi nəzərdə tutuldu. Belə ki, bölgə Muğan vilayəti adı altında yaradılan müstəqil bir quruma tabe etdirilirdi.[4][5][6]
Muğan Sovet Respublikasının qurulması və yerli azərbaycanlıların müqaviməti
redaktəBuradan Bakıya yürüş etmək rahat olduğu üçün bolşeviklər də buraya axışır və üsyan yaratmağa çalışırdılar. 1919-cu ilin yazında Kommunist Partiyasının Qafqaz Diyar komitəsi Lənkəranda hakimiyyəti silahlı üsyan yolu ilə ələ almaq üçün hazırlıq işlərinə başladılar. Tərtib edilmiş iisyan planına görə qırmızı partizanlar və digər bolşevik qüvvələri oyuncaq qurumun yerləşdiyi binanı, qoşunların qərargahım, radiostansiyanı, dəniz agentliyini tutmalı idilər.[7] Aprelin 25-də üsyan başlandı. Həmin gün şəhərdə rus zabitlərin müşavirəsi olacaqdı və günorta vaxtı zabitlər yemək üçün evlərinə dağılmışdılar. Bu zaman bolşeviklər qəti hücuma keçdilər. Bir neçə saat. ərzində şəhərin vacib yerləri ələ keçirildi. Zabitlərin qurduğu qurumun bütün aktiv şəxsləri həbs edildilər. Yeni yaradılmış inqilabı orqana müvəqqəti rəhbər olaraq Jirikov gətirildi. May ayının 15-də hakimiyyət məsələsini həll etmək üçün Lənkəranda Muğan kəndli deputatları soveti çağırıldı. Qurultaydakı şəxslərin çoxu azərbaycanlı deyildi. "Muğan ölkə soveti" adlandııılan bu orqanın sədri vəzifəsinə David Çitkin, onun müvaini vəzifəsinə Şirəli Axundov gətirildi. Bu xəbər yayıdlıqdan sonra bölgəyə xeyli miqdarda bolşevik yardımı gətirildi. Şimali Qafqazda Denikinə məğlub olan XI Ordunun bir hissəsi Bakıya çəkilməyə məcbur olmuşdu. Sergi Orconikidzenin əmri ilə onlardan 200 nəfər də Lənkərana getmişdi. bəzi digər fəaliyyətlərdən sonra yeni qurumun hərbi qüvvələrinin sayı 5 min nəfərə çatırdı.[8] Lakin bolşevik hakimiyyəti də yerli əhali tərəfindən qəbul edilmədi, hətta rus əhali belə yenə də ağ qvardiyaçı zabitlərin ətrafında birləşməyə başladılar. Novo-Qulyayevka və Petropavlovka kəndləri ətrafında 5 min nəfərlik silahlı dəstə təşkil etməyə müvəffəq olan ağqvardiyaçı zabitlər iyunun 15-də Prişibdə qurultay keçirdilər və sovet hakimiyyətinin devrilməsi məqsədilə Lənkəran üzərinə hücum etmək üçün qərar qəbul etdilər. Bolşevik hakimiyyətinə qarşı azərbaycanlılar tərəfindən təşkil edilən dəstələr də müqavimət təşkil etmişdi Astarada Hüseyn Ramazanov tərəfindən təşkil edilmiş dəstə may ayında Şahağac və Alekseyevka kəndlərinə hücuma keçdi. Lakin daha böyük gücə malik olan bolşevik qüvvələri Ramazanovun partizan dəstəsinin hücumunun qarşısını ala bildi. iyunda Ramazanov yenidən Astaraya hücuma keçdi və bir neçə günd avam edən döyüşlər zamanı Lənkərandan bolşeviklərə əlavə qüvvələr göndərilsə də, onlar qələbə qazana bilməyib geri çəkildilər. Bolşevikər yaranmış şəraitdən çıxmaq üçün bır sıra cəhdlər etsələr də, etdikləri heç bir cəhd onların vəziyyətini yaxşılaşdırmadı. iyun ayının 23-də ağqvardiyaçı zabit Xoşev 500 nəfərlik dəstə ilə Lənkərana hücum etdi.[9] Lakin ağqvardiyaçı qüvvələr məğlub edildilər və Lənkərandan uzaqlaşdılar. Lakin döyüşlərdə bolşeviklər xeyli qüvvə itirmişdilər və Hərbi İnqilab Şurasının sədri Ulyansev də öldürülmüşdü. Bölgədə Azərbaycan hökumətinin bərpa edilməsini arzulayan azərbaycanlı qüvvələrin də sayı artmaqla bərabər, fəaliyyətləri də genişlənirdi. İyunun axırlarında Bakıdan Məlik-Yeqanovun rəhbərliyi altında Astaraya canlı qüvvə gəldi və Ramazanovun dəstəsi ilə birləşdi. Hüseyn Əlixanın və Rəşid xanın kiçik dəstələri də Ramazanovun və Şahverənin başçılığı altında olan başqa bir partizan dəstəsinə qoşuldular Şahverənin dəstələri Zirvand dağlarına cəmləşmişdi. iyul ayının sonlarında Ramazanov və Şahverənin dəstələri Astara, Şahağac və Alekseyevka kəndlərinə hücum etdilər. Astarada 20 çekist, 10 millisioner və 10 əsgər öldürüldü. Şahağacada 15 nəfərlik sovet postu məhv edildi. Partizanların başqa bir qrupu isə Alekseyevka kəndində bolşeviklərin 200 piyadası. 60 süvarisi və bir dağ top batareyası ilə qarşılaşdı. Bolşevik süvariləri partizanların İrana çəkilmək yolunu kəsdilər. Topların işə salınması onların vəziyyətini xeyli mürəkkəbləşdirdi. Erməni bolşeviklərinin komandirliyi altında olan Lənkəran taborunun birinci bölüyünün və Muğan süvari eskadronunun fəal hərəkətləri partizanlar tərəfindən hərbi təşəbbüsün itirilməsinə səbəb oldu və onlar sərhəddəki dağlara tərəf geri çəkildilər.[10][11][5][6]
Bolşevik hakimiyyətinin devrilməsi
redaktə1919-cu ilin iyulun 5-də Prişibdə yeni ağqvardiyaçı, malakan və digər rusların yeni qurultayı keçirildi. Qərara alındı ki, bölgə bolşeviklərdən təmizlənsin. İyulun ikinci yarısında ağqvardiyaçılar Lənkəran üzərinə qəti hücuma keçdilər. Bölgədəki azərbaycanlı partizanlar da bolşeviklərə qarşı eyni zamanda hücuma keçdilər. Ramazanovla Şahverənin dəstələri birləşdilər, Hərbi Şurada qərara alındı ki, şəhərə üç istiqamətdə hücum edildi. Ramazanov cənubdan, Şahverən qərbdən, Hacı Osman isə şərqdən hücuma keçməli idi. Azərbaycanlıların hücumu uğurlu oldu və bolşeviklər geri çəkilməyə məcbur oldular. Bolşeviklər mayaka doğru sıxışdırılsalar da, əllərində olan ağır silahlara görə müqavimət göstərə bilirdilər. Şəhərin yerdə qalan hissəsi isə azərbaycanlı partizanların əlinə keçmişdi. Şəhərin şimal nöqtəsindən başlayaraq Hacı Qurban küçəsinə qədərki ərazi Şahverənin, şəhərin qərb ətəyindən sol sahilinə kimi Ramazanovun, Sutamordob tərəfdən başlayaraq Lənkəran çayının sağ sahilinə kimi isə Hacı Osmanın nəzarətində idi. Azərbaycanlı partizanlara daimi dəstək göstərildiyi üçün onlar hücumu sona qədər davam etdirməkdə qərarlı idilər. Bolşeviklər isə gec-tez məğlub olacaqlarını bilirdilər və buna görə də, Sarı adasına getmək qərarına gəldilər. Lakin onlar şəhəri boşaldarkən buraların azərbaycanlılara yox, ağqvardiyaçı olsa belə, ruslara verilməsi qərarına gəlmişdilər. Beləliklə, iyulun 24-25-də Muğan qüvvələri, yəni ağqvardiyaçılar şəhərin müxtəlif mühüm yerlərinə buraxıldılar, onların həbs edilmiş bütün zabitləri azadlığa buraxıldılar.[5][12][6]
Ağqvardiyaçı hakimiyyətinin yenidən təsisi və azərbaycanlıların mübarizəsi
redaktəAğqvardiyaçılar Prişibdə yeni qurultaylarını çağırdılar və qərara görə may ayında sovetlərin çağırdığı qurultayda qərara alınanlar qüvvədən düşmüş hesab edilir və o, səlahiyyətlərini hazırkı qurultaya verir. Həbsdən çıxan İlyaşeviç yenidən rəhbərliyi ələ aldı və ilk gördüyü tədbirlər azərbaycanlı partizanlara qarşı oldu. O, partizan dəstələrindən birinin rəhbəri olan Yusif bəyə göndərdiyi məktubda artıq bolşevik hakimiyyətinin devrildiyini, onun silahlı dəstəsinin bölgədəki varlığına ehtiyyac qalmadığını, buna görə də, onun 12 saat ərzində Rus Astarasını tərk etməli olduğunu, əks təqdirdə hücuma keçəcəyini bildirdi. Yusif bəy isə cavabında Azərbaycan hökumətindən başqa heç bir hökuməti tanımadığını və buna görə də, silahı yerə qoymayacağını bildirdi.[13]
AXC-in hadisələrə müdaxiləsi
redaktəBakıdakı hökumət olan-bitənləri diqqətlə izləyirdi və buraya müvəqqəti vəkil kimi Məlik-Yeqanovu təyin etmişdi. Məlik-Yeqanov Lənkərana yox, Astaraya gəldi. Buna qədər öz qüvvələrinə arxeyin olduğuna görə bölgədəki silahlı azərbaycanlıları rahatlıqla məğlub edə biləcəyinə inanan İlyaşeviç rəsmi Bakının nümayəndələrinin bölgəyə gəlişi xəbərini eşitdikdən sonra qərarını götür-qoy etmək qərarına gəldi. O, Yusif bəyə yeni bir məktub göndərdi. Məktubda o, Azərbaycan nümayəndəsinin bölgəyə gəldiyinə təəccüblənir, Muğanın Azərbaycana birləşib-birləşməməsi məsələsinə Paris sülh konfransında baxılmalı olduğunu bildirirdi. O, yeni nümayəndənin Lənkərana gəlib səlahiyyətlərini təstiq edən sənəd göstərməsini, belə olacağı halda onun təhlükəsizliyinin təmin olunacağını, bölgənin taleyi ilə bağlı müzakirələrə başlanacağını bildirirdi. Məlik-Yeqanovla bərabər Astaraya Azərbaycan qoşun bölmələri də göndərilmişdi. Danışıqlar bir neçə gün çəkdi. Ağqvardiyaçılar danışıqları uzatmağa çalışırdılar və ümid edirdilər ki, ingilislər müdaxilə edərək onları müdafiə edəcəklər.[13] İngilislər İlyaşeviçin tərəfdarlarına öz tələblərini çatdılar. Həmin tələbdə deyilirdi:[14]
Müttəfiq dövlətlərin və admiral Kolçakın nümayəndələrinin Parisdə qəbul etdikləri razılaşmaya əsasən Britaniya hökuməti qərara gəlir ki, Muğan vilayəti və Lənkəran qəzası Azərbaycanın hüdudları daxilində olan ərazi kimi bu respublikanın hakimiyyət orqanları tərəfindən idarə edilməlidir və həmin ərazilərdə bu hakimiyyət bərqərar olmalıdır. Lənkəranda və Muğanda qanuni hakimiyyəti bərqərar etməyə çalışan Azərbaycan Respublikasının qanuni hərəkətlərini müdafiə edən Britaniya hakimiyyəti bölgədəki rus əhalisinin maraqlarım nəzərə alacaq lazımi hakimiyyət orqanlarının yaradılmasına kəmək iiçıin ora öz fövqəladə komissiyasını göndərir.
İngilislərin Azərbaycanı dəstəkləməsi ağqvardiyaçılar da çaşqınlığa səbəb olsa da, onlar hakimiyyəti rahatlıqla təhvil vermək barədə düşünmürdülər. Onlar cavablarında bunun növbəti qurultaylarında müzakirə ediləcəyini bildirdilər. Qurultayın hamısı ruslardan ibarət olduğu üçün hansı qərarın çıxacağı o qədər də mübahisə doğurmurdu. Eyni zamanda da onlar hər gün azərbaycanlı qüvvələrin mövqelərini atəşə tutaraq özləri üçün daha əlverişli razılaşmaya nail olmaq istəyirdilər.[15]
Ağqvardiyaçıların hücum cəhdi
redaktə1919-cu ilin 10 avqusta keçən gecə ağqvardiyaçılar hücuma keçdilər. Hücumun ilk saatlarında bir qədər irəliləyən ağqvardiyaçılar məğlub edildilər və ingilis nümayəndəliyinə xəbər göndərərək Azərbaycan hökumətini tanımağa razı olduqlarını bildirdilər. 11 avqustda keçirilən qurultayda AXC-ə tabe olduqlarını bildirdilər. Ancaq qəbul olunan qərarda ağqvardiyaçıların özlərini Rusiyanın tərkib hissəsi kimi görməyə ümidlərini hələ də kəsmədikləri aydın görünürdü:[15]
Özümüzü Böyiik Rusiyanın tərkib hissəsi sayaraq və rus meylliyini itirməyərək Muğan və Lənkəran qəzası üzərində Azərbaycanın qanuni hakimiyyəti tanınsın və bu məsələ Ümumrusiya Müəssisələr Məclisində həMll edilənə kimi Rusiyanın və rus xalqının şərəfini alçaltmayan şərtlər əsasında müvəqqəti olaraq Azərbaycan Respublikasının tərkibinə daxıl olunması qəbul edilsin.
Ağqvardiyaçıların, ingilislərin və Azərbaycanın hakimiyyət orqanlarının nümayəndələri görüşərək bölgənin hansı şərtlər əsasında Azərbaycan hökumətinin nəzarəti altında keçməsini müzakirə etdilər. Razılaşmaya görə, ayın 11-dən hər iki tərəf geri çəkilməli, ingilislər döyüş mövqelərini gəzərək razılaşmaya necə əməl olunmasına nəzarət etməli idi. 13 avqustdan etibarən isə Lənkəran Azərbaycanın nəzarətinə keçməli idi. Qərara alınmışdı ki, şəhərə əvvəlcə azsaylı qoşun ilə birlikdə hakimiyyət nümayəndələri gəlməli, əmlakı və inzibati binaları təhvil almalı idi. 12 avqustda bir qrup əsgər-zabit heyəti şəhərə yola düşdü. Güclü yağış vağmasına baxmayanıq onların eləcə do onları qarşılayan şəhər əhalisi Azərbaycan nemayəndələrini qarşılamağa çıxmışdı. Şəhərin həndəvərinə toplaşmış olan əhali "Yaşasın Azərbaycan", "Yaşasın əsgərlərimiz və zabitlərimiz" deyə qışqırırdılar. Rəsmi qarşılama mərasimi məscidin yanında keçirildi. Çıxış edənlər Azərbaycanın hökumət nümayəndələrinin və bölgədəki qoşun bölmələrinin təmkinli hərəkətlərini xüsusi qeyd etdilər və onlara öz minnətdarlıqlarını bildirdilər. Əhali qarşısında çıxış edən fövqəladə müvəkkil bölgədə qanunçuluğun bərpasının zəruriliyindən danışdı vo toplaşanlara Azərbaycan əsgərlərinin "Ya Lənkəranı azad etməliyik, ya da ölməliyik" əzmi ilə vuruşduğunu vurğuladı.[16][17]
Hərbi əməliyyatın səbəbləri
redaktəElə həmin gün Məlik-Yeqanov Lənkəran əhalisinə müraciət imzaladı:[18]
Tam qanun-qayda və sakitlik bərpa edilənədək mən Lənkəran qəzasında hərbi vəziyyət e'lan edirəm. Bununla bağlı aşağıdakılar qadağan edilir:
1. Azərbaycan Respublikasının hakimiyyəti əleyhinə təbliğat işləri ilə məşğul olmaq;
2 . İcazəsiz silah gəzdirmək və silahla şəhərdə gəzmək,
3 . İlkin tələbat üçün zəruri olan malların qıymətini qaldırmaq.
4. Vətəndaşların dinc həyatını pozan yersiz atəşlər açmaq;
5. Sərxoş vəziyyətdə şəhərdə gəzmək;
6 . Axşam saat 10-dan sonra şəhərdə gəzmək,
7. Oğurluq əşyaları alıb satmaq. Əhalidə olan bütün hərbi əşyala dərhal hakimiyyət orqanlarına qaytarılmalıdır.
Ağqvardiyaçı zabitlər hakimiyyəti təhvil verməyə məcbur olsalar da, güclü hərbi qüvvəyə malik idilər. Ordularında təcrübəli zabitlər ilə birlikdə, güclü ağır zirehli texnikalar var idi. Bu ordu ortadan qaldırılmağıdı təqdirdə AXC üçün daimi təhlükə təşkil edəcəkdilər. Belə ki, onları da hesaba aldıqda ağqvardiyaçılar hər an Azərbaycanı üç tərəfdən - şimaldan, cənubdan və dənizdən təhlükəli vəziyyət yaradacaqdılar. O an üçün real olan Denikin təhlükəsi şimaldan hərəkətə keçdiyi an şübhə yox idi ki, cənubdakılar da üsyana başlayacaqdılar. Bütün bunları nəzərə alan AXC bölgəyə öz ordularını yeritmək qərarına gəldi.[18]
Əməliyyata hazırlıqlar
redaktəAXC-in Hərb Nazirliyi hələ bölgə bolşevik işğalına keçdiyi zaman qoşunları hazırlamaq barədə göstəriş almışdı. Vəziyyətin dəyişməsi ilə birlikdə AXC ingilislərlə mədsləhətləşmələr aparmaq, bölgəyə fövqəladə nümayəndə göndərmək kimi tədbirlərlə bərabər, məsələnin hərbi həllini də müzakirə etməkdə idi. İyulda hərbi yürüşə hazırlıq üçün Hərb Nazirliyinə əmr verilmiş, nazir Səməd bəy Mehmandarov 1919-cu ilin iyul ayının 7-də Nazirlər Şurasının rəhbərinə yazmış olduğu məktubunda öz mülahizələrini çatdırmışdı. Nazir bildirirdi ki, yaranmış şəraitdə Lənkərana qoşun yeridilməsi imkanı yoxdur, çünki Qarabağda ermənilər fəallaşmışdırlar. O, Qarabağdan ordunun çıxarılıb Lənkərana aparılmasını əlverişli qərar hesab etmirdi. Mehmandarov Xaçmazdakı dəstələri cənuba aparmağın xoşagəlməz nəticələri olacağını, eləcə də Gəncədəki ordunu oradan çıxarmağın Gəncəni müdafiəsiz qoyacağını bildirirdi. Mehmandarov bölgələrdəki orduların komplektləşdirilməməsini də problem olaraq görürdü. Mehamndarov düşünürdü ki, Lənkərana ordunu ən tezi bir ay sonra göndərmək mümkün ola bilərdi. O, oraya göndəriləcək ordunun hissələrini belə planlamışdı: bir piyada alayı, bir süvari layı, bir yüngül batareya, bir haubitsa batareyası, bir süvari-dağ və dağ batareyası, iki zirehli avtomobil və iki aeroplan. Süleymanovun əldə etdiyi arxiv materiallarından bəlli olur ki, Mehmandarov Lənkəran hadisələri ilə bağlı keçirilən müşavirəyə Məhəmməd Əmin Rəsulzadəni də dəvət etmişdi.[19] Həmin müşavirə 1919-cu ilin iyulun 5-də Bakıda keçirilmişdi. Eyni zamanda Lənkəranda hakim olan bolşeviklərin qüvvələrini öyrənmək üçün ətraflı kəşfiyyat tədbirləri də həyata keçirilmişdi. Kəşfiyyat işləri nəticəsində bolşevik qüvvələrinin yerləşdikləri məntəqələr, hərbi imkanları, ərazinin xüsusiyyətləri, hərəkət marşrutu üzərində olan kəndlərin demoqrafik tərkibi, hakim yüksəkliklər və s. məsələlər barədə ətraflı məlumatlar əldə edilmişdi. Ordunun oraya göndərilməsi 1919-cu ilin avqust ayına hesablansa da, hələ iyulun 23-də Mehmandarov Lənkəran qəzası sakinlərinə müraciətnamə imzalamışdı:[20]
Vətəndaşlar! Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qavda-qayda yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb.
Azərbavcaıım ayrılmaz bir hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları sizinn yanınıza qanunçuluğun daşıyıcısı kimi gəlirlər.
Silahlı qüvvələrin himayəsi ilə ölkənin biitün sahələrinin idarə olunmasında təcili mülki idarəetmə orqanları bərpa ediləcək. Mən əminəm ki, sız özünüz də Azərbaycan Respublikasının gələcək tamhüquqlu vətəndaşları kimi sülh şəraitində birgə yaşamağın möhkəm əsasının qovulması marağındasınız və görəcəyiniz bütün tədbirlər ölkədə qanun-qaydanın bərpa olunmasında hökumətin biitün qanuni əmrlərinin könüllü sürətdə yerinə yetirilməsində öz xeyirxah münasibətinizlə Azərbaycan Respublikası hökumətinin nümayəndələrinə hər cürə köməklik göstərəcəksiniz
Bununla bərabər məlum edirəm kı, sovetlər, komitələr və ya "Muğan respublikası" adı altında hər hansı özbaşına təşkilatın yaradılmasına yol verilməyəcəkdir.
Lənkəran qəzasında yalnız bircə Azərbaycan Respublikasının hakimiyyəti tanınmalıdır və onun göstərişlərinə itaət etməyənlər müharibə dövrünün qanunlarına əsasında qiyamçı kimi məsuliyyətə cəlb olunacaqlar.
Dəstə rəhbərinin əmri ilə əhali silahları təhvil verməlidir. Kim buna əməl etməsə Hərbi Səhra məhkəməsinə veriləcəkdir.
Xəbərdar edirəm ki, rus əhalisinə qarşı hər hansı bir zoorakılığa və soyğunçuluğa yol verməyəcəyəm, çünki qəzada yaşayan başqa millətlərin nümayəndəsi kimi onları da Azərbaycan Respublikasının vətəndaşı sayıram.
Anıma Rus əhalisinin şəxsiyyətinə və toxunulmazlığına təminat verərkən mən onlardan da yerli hakimiyyətin verdiyi qanunların yerinə yetirilməsinə əməl etmələrini tələb edirəm.
Hər bır silahlı müqavimət ölüm cəzası ilə cəzalandırılacaq və belə hallarda qoşunlara amansız olmaları barədə əmr olunub.
Bununla bağlı bu və digər bəhanələrlə ordu və hakimiyyət əleyhinə zorakılıq göstərmək niyyətinə düşənləri də xəbərdar edirəm.
Mən də üz növbəmdə dəstə komandirinə əmr etmişəm ki, qoşunun əhalıyə heç bir xətər toxundurmaması haqda ölçü götürsün və dinc əhaliyə qarşı hər hansı zorakılıq göstərənlər ciddi cəzalandırılsınlar.
Müraciətnamənin əsli rus dilində hazırlanmış, Baş Qərərgah Rəisi Sulkeviç tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilmiş və Xüsusi lənkəran Şöbəsinin rəhbəri Həbib bəy Səlimova[21] verilmişdi ki, bölgəyə getdiyi zaman yerli əhali arasında yaysın. Avqutst ayında Lənkəran dəstəsi artıq formalaşdırılmış və hərəkat üçün hazır vəziyyətə gəlmişdi. Bununla bağlı avqustun 4-də hərbi nazir müvafiq əmr imzaladı. Həmin əmrlə dəstənin komandanlığı həvalə olunmuş Ümumi qərargahın rəisi general-mayor Həbib bəy Səlimova göstəriş verilirdi ki, dəstənin tərkibinə daxil olan hissələrlə Hacıqabul, Salyan, Pokrovsk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qozasına hərəkət etməli və orada qayda-qanun ilə sakitliyi bərqərar etməlidir. Dəstənin ümumi sayının 3.5 min nəfər olacağı güman edilirdi. Əmrdə bu sayda şəxsi heyət üçün heyvanlara veriləcək yem, say və s. müəyyən də edilmişdi. Göründüyü qədər ilə 3.5 min nəfər adam üçün bır sutka ərzində 67 pud ət, 197 pud çörək, 55 pud tərəvəz. 10 pud duz, 6.5 pud qənd, 18.25 funt çay, 1000 baş at üçün 250 pud arpa vo 250 pud saman lazımdır. Bütünlükdə sutka ərzində 335 pud ərzaq və 500 pud heyvan yemi məsrəf olunmalı idi. Bu yüklərin daşınması üçün 42 ədəd araba tələb edilirdi. Hissələr onların anbarlarında olan ehtiyatlar hesabına deyil, Hərbi Nazirliyin Ləvazimat idarəsinin hesabına təmin edilməli idi. Ətin isti havada uzun müddət saxlanması mümkün olmadığı üçün dəstəyə ətlik heyvanların verilməsi nəzərdə tutulurdu. Çörəyin isə Hacıqabulda, Salyanda və Pukrovskdo bişirilməsi planlaşdırılırdı. Dəstənin tərkibinə daxil olan hissələrin və əmlakın Hacıqabula gətirilməsinə Süvari diviziyası da kömək göstərməli idi. Bununla bağlı Hərbi Nazirliyin rəhbərliyi süvari diviziyasının komandirinə müvafiq göstəriş vermişdi.[22][23][24]
General Süleyman bəy Sulkeçivin imzaladığı əmrə əsasən Lənkəran dəstəsi 12 avqustda Hacıqabula toplanmalı, 13-ü isə Salyana doğru hərəkətə keçməli idi. Lənkəran dəstəsinin qərargahı da təşkil edilmişdi. Dəstənin fəaliyyəti bu qərargah tərəfindən idarə edilirdi. Qərargah rəisi vəzifəsinə podpolkovnik Ehsan xan Naxçıvanski təyin edilmişdi. Dəstənin fəaliyyətinin sənədləşdirilməsi aparılır və gündəlik döyüş əmri imzalanırdı. Döyüş əmrlərinin hamısı mövcud olmasada da arxivlərdə qalan sənədlərdən dəstənin fəaliyyətinin, hərəkətinin ümumi mənzərəsini təsəvvür etmək mümkündür. Lənkəran dəstəsinə daxil olan hissə və bölmələr 1919-cu il avqustun 12-də Hacıqabulda toplaşdılar. Həmin gün hissə və bölmələrin hamısında hərbi səfər üçün hazırlıq işləri aparıldı, həvalə olunan tapşırıqlar dəqiqləşdirildi və qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün zəruri məsləhətləşmələr aparıldı. Ancaq əvvəldən müəyyənləşdirildiyi kimi dəstə avqustun 13-də yola düşə bilmədi. Mövcud olan sənədlərdən aydın olur ki, dəstənin tərkibinə daxil olan hissə və bölmələrin Hacıqabula toplaşması avqustun 13-ii səhərə kimi davam etmişdi. Həmin gün (avqustun 13-do) Lənkəran dəstəsinə daxil olan hissə və bölmələrin Hacıqabulda toplanış məntəqəsində paradı keçirildi. Çoxlu sayda yerli əhalinin tamaşa etdiyi paradı general Həbib bəy Səlimov qəbul edirdi. Qəzetlərin yazdığına görə, dəstənin tərkibinə daxil olan hissə və bölmələr qısa müddət ərzində vahid kollektiv kimi formalaşmış, yüksək çeviklik və məharət nümayiş etdirə bilmişdilər. Bu da dəstənin komandiri, general H. Səlimovun böyük sevincinə səbəb olmuşdu.[25][26]
Dəstənin ilk döyüş əmri avqust ayının 13-də imzalandı. Əmrdə dəstənin qarşısında dayanan vəzifə, onun tərkibi, hərəkat vaxtı, hərəkat qaydaları və s. məsələlər öz əksini tapmışdı. Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yüngül topçu, 6-cı dağ topçu və əlahiddə haubitsa batareyaları, istehkam taqımı və zirehli maşınlar taqımı daxil idi.[27]
Döyüş əmrində ordunun malyariya xəstəliyinin yayıldığı ərazidən keçəcəyi üçün çiy su içmək onlara qadağan edilmişdi. Həmçinin malyariyanın yayılması üçün zəmin yaradan qarpız, yemiş və digər meyvələrdən istifadə məhdudlaşdırılmalı idi. Dəstə qaynanmış su ilə təchiz edilirdi və hərəkatdan əvvəl hamıya çay verilirdi, General Səlimov tələbinə əsasın hissələr və bölmələr hərəkət qaydalarına riayət etməli, aralarındakı məsafəni gözləməli, heç kəs sıradakı yerini dəyişməməli idi. Gündəlik mənzil başına çatan hissə və bölmələr Səhra Nizamnaməsinə uyğun olaraq yerləşməli və dəstənin mühafizəsi təmin edilməli idi.[28]
Ordu bölmələrinə yerli əhaliyə hörmətlə yanaşmağı, onların milli və dini kimliklərindən asılı olmayaraq, qayda-qanuna riayət etmək əmr edilmişdi.[28]
Əməliyyatın başlanması və gedişatı
redaktəAvqustun 15-də ordu bölmələri Salyana çatdı. Ordu yol boyunca yorulduğu üçün Səlimov avqustun 16-ı istirahət günü elan etdi. Səlimov Salyana gələnə kimi ağqvardiyaçıların və ya muğanlı rusların yanına öz nümayəndəsini göndərmiş, onları sülh yolu ilə deyilənləri etməyə dəvət etmişdi. Bunun eyni zamanda Səlimov Mehmandarovun Lənkəran qəzası sakinlərinə imzaladığı müraciətnamənin yayılması barədə göstəriş verdi. Avqustun 14-də Lənkəran dəstəsi hərəkətə başlayan kimi Mehmandarov Səlimova teleqram göndərərək yüngül topçu batareyasının Bakıya qaytarılmasını əmr etmişdi. O, vəziyyətin dəyişdiyini, yaranmış olan vəziyyətin qoşunların tezliklə Bakıya qaytarılmasını tələb etdiyini bildirir, dəstənin Lənkərana çatmasından bir gün sonra geriyə qayıtmağa başlamalı olduğunu yazırdı. Lənkəranda nizam-intizamı qorumaq üçün 600 nəfərlik ordu bölməsi saxlanılmalı idi. Lənkəranda yerlilərdən köməkçi tabor təşkil edildikdən sonra bu bölmə də Bakıya geri qayıtmalı idi.[28]
Anton Denikinin Könüllü Ordusunun yaratdığı təhlükə Lənkəran ordusunun tapşırıqlarını tez yerinə yetirməsini və geri qayıtmasını labüd etmişdi. Qarabağda da vəziyyət mürəkkəbləşmiş və Qarabağ erməniləri ilə müvəqqəti razılaşma hələ əldə edilməmişdi. Həmçinin, Şamaxıda malakan rusları hakimiyyət orqanlarına tabesizlik göstərirdilər. Elə buna görə də, Şamaxının qəza rəisi mərkəzdən malakanları tərki-silah etmək üçün ordu göndərilməsini xahiş etmiş, Şəki süvari alayı oraya göndərilmişdi. Bütün bunları nəzərə alaraq, Mehmandarov Səlimovdan müsadirə etdiyi bütün topları və odlu silahları əvvəlcə Hacıqabula, oradan da Gəncəyə göndərməyi tələb edirdi.[29]
Beləliklə, əməliyyatın başlamasından bir müddət əvvəl ağqvardiyaçı ruslar tabe olmağa razı olsalar da, onların tam olaraq tabe edilməsi hələ mümkün olmamışdı. Avqustun 17-i Lənkəran dəstəsi Salyandan yürüşə başladı. Səhər saat 4-də 3-cii Şəki süvari alayı, 6-cı dağ topçu batareyası və bir zirehli avtomobil yola düşdü. Həmin qrupdan 30 dəqiqə sonra 5-ci Bakı piyada alayı, haubitsa batareyası və digər bölmələr hərəkətə başladılar. Avqustun 17-si axşamını dəstə Şorsulu-Ramazanlı məntəqəsində keçirməli idi. Mehmandarovun avqustun 14-də general SƏlimova göndərdiyi sonuncu teleqramda rus əhalisində olan hər cür silahların toplanması məsələsini yenidən xatırladırdı. Yerli əhali isə bəhanə edirdi kı, ingilis komandanlığının iştirakı ilə polkovnik İlyaşeviçin və Azərbaycan hökuməti nümayəndəsinin əldə etdiyi razılaşmada, ünıumıyvətlə. tərksilah məsələsindən söhbət getmirdi, Rus əhali silahların hamısını təhvil verəcəyi təqdirdə bölgədə mövcud olan silahlı dəstələrin basqınları qarşısımla müdafiəsiz qalacaqlarını irəli sürürdülər. Səlimov mərkəzə göndərdiyi məktubda ruslara qarşı Bakıdan göndərilmiş iki direktivdən hansını izləməli olduğunu soruşmuş, rusların Lənkəranda gəlinən razılaşmada heç bir silahsızlandırma maddəsinin olmadığını iddia etdiklərini bildirmiş və nə edəcəyini soruşmuşdur. Sulkeviç tərəfindən ona yazılan cavab teleqramında Baş Qərərgah Rəisi bildirirdi ki, 11 avqustda ruslar özlərinin qurultayı sonrasında Azərbaycan hökumətinə qarşı ikibaşlı qərar qəbul etmişdirlər, buna görə də onların bütün silahları müsadirə edilməlidir.[30][26]
Avqustun 18-də də ordu hərəkəti davam etdirdi. Səlimov və dəstənin baş qərərgah rəisi Ehsan xan Naxçıvanskinin imzaladığı döyüş əmrinə əsasən ordu həmin gün 18 verst yol qət etməli idi. Şəki süvari alayı öndən gedib yolun təhlükəsizliyini öyrənməli, eyni zamanda da heç bir bölmə ru skəndinə əmr olmadan girməməli idi. Yol ayrıclarında qaravullar qoyulmalı, yük arabaları və dəstəni tamamlayan qrup əvvəlcə müəyyənləşdirilmiş ardıcıllıqla hərəkət etməli idi. İstirahət yerinə çatan kimi V piyada alayı düşərgənin ətrafını mühafizə etməli, hava qaralandan sonra düşərgəyə kənar adam buraxılmamalı idi.[31]
Avqustun 19-da dəstə artəq Pokrovskada idi. 20-i istirahət günü elan edildi. Lənkəran dəstəsi yol boyunca təkcə hərəkət etmir, eyni zamanda da yol üstündə olan rus kəndlərindəki silahları da toplayırdı. Avqustun 17-18-də dəstə tərəfindən rus kəndlərindən 3 top və 5 pulemyot alınıb Bakıya yola salındı. Ayın 19-da həmin silahlar artıq Bakıya çatmışdı. Mehmandarov 19-da yazmış olduğu teleqramında SƏlimovdan dövlətin nüfuzunun aşağı düşməməsi üçün daha qətiyyətli və əclb hərəkət etməyi, dəstənin Bakıya maksimum tez dönüşünün təmin edilməsini tələb edirdi. Həmin gün göndərilmiş başqa bir teleqramda nazir Səlimova dövlətin muğanlı ruslarla heç bir razılaşmasının olmadığını, silahların toplanmasına müqavimət göstərənlərin heç bir əsasının olmadığını bildirir, polkovnik İlyaşeviç və oğlunun Azərbaycanın tələblərinə qarşı çıxmağa davam edəcəyi halda həbs olunub Bakıya göndərilməsini əmr edirdi.[32][24][26]
Dəstə avqustun 21-də Prişibə doğru hərəkət etməli idi. Dəstənin avanqard hissəsinə Qacar şahzadələrindən olan Xosrov Mirzə Qacar komandanlıq edəcəkdi. Onnu tərkibinə V Bakı piyada alayının bir taboru, VI haubitsa batareyasının 4 topu, III Şəki süvari alayının bir bölüyü, zirehli avtomobillər taqımının bir avtomobili daxil idi. Avanqardın saat 4-də Prişib-Nikolayevsk istiqamətində yola çıxması, Prişibə 3 verst qalmış irəli dəstə göndərməsi planlanmışdı. Piyada bölmələrin döyüşqabağı mövqelər tutması, süvarilərin onların cinahlarında, topların isə Prişibdən 4 verst aralıdakı təpələrdə yerləşdirilməsi nəzərdə tutulmuşdu. Dəstə komandirinin əlavə əmrinə əsasən avanqard irəli hərəkəti davam etdirən zaman Prişibi adlamalı, Əhmədli kəndi yaxınlığında çayı keçib Nikolayevkaya gedən şose yolun cənubunda dayanmalı, Əhmədli kəndinin şimalına, şimal-qərbinə keşikçi-mühafizə dəstələri göndərməli idi. Dəstənin əsas qüvvələrinə V Bakı piyada alayının komandiri polkovnik İsrafilov rəhbərlik edirdi. Əsas qüvvələr avanqarddan yarım saat sonra, yəni saat 4:30-da hərəkətə başlamalı və günün sonuna Əhmədli kəndi yaxınlığındakı düşərgəyə çatmalı idi. V piyada alayının bir bölüyü isə dəstənin aryerqardını təşkil edəcəkdi. Aryerqard səhər saat 5-də hərəkətə başlamalı və bütün arabalardan sonra irəliləməli idi.[32]
Tarixçi Mehman Süleymanov bu bölgədə əhalidən nə qədər silah toplanması barədə bir şey demənin çətin olduğunu yazmaqdadır. Ancaq məlumdur ki, Prişibdə əhalidən 105 baş at və 101 ədəd yəhər toplanmışdı. 22-də Əhmədlidən yola çıxılmalı, 27 verst yol qət edilməli və Qumbaşı stansiyası yaxınlığında Lənkərana aparan yolun üzərində düşərgə salınmalı idi. 22-də ştab-rotmistr Ağalarov Prişibin komendantı təyin edildi. O, əhalidən toplanan silahı, sursatı və digər hərbi ləvazimatları aktlaşdırmalı və sonra da mühafizə altında Salyana göndərməli idi. 23 avqustda dəstə Lənkərana çatdı. Dəstənin Lənkərana gəlişi yerli əhali tərəfindən böyük sevnc və təntənə ilə qarşılandı. 24-25 avqustda hissələrə istirahət verildi. 26 avqustda Yeddi Oymaq kəndinə doğru hərəkətə başlandı, 28 avqustda Astraxanka, 26-da Biləsuvar məntəqələrinə çatdı. Biləsuvarda əhalidən 6 ədəd top və ona lazım olan çoxlu alət ələ keçirildi.[33][34]
Nəticə
redaktəAvqustun sonuna doğru Lənkəran dəstəsi ona həvalə edilmiş bütün tapşırıqları uğurla yerinə yetirdi. dəstə xüsusi bir silahlı müqavimətə rast gəlmədən bölgənin rus əhalisini, polkovnik İlyaşeviçin rəhbərliyi altında olmuş silahlı dəstəni tamamilə tərksilah etdi və respublikanın cənubunda Azərbaycanın istiqalaliyyəti üçün mövcud olan təhlükə ortadan qaldırıldı. tərksilah zamanı əhalidən və ağqvardiyaçı qüvvələrdən 22 ədəd top müsadirə edildi. həmin topların 20 ədədi tam işlək, 2-i sökülmüş vəziyyətdə idi. Bundan başqa, 25 ədəd tam işlək pulemyot və 7 ədəd işləməyən pulemyot da ələ keçirilmişdi. Lənkəran dəstəsinin cənub bölgəsində fəaliyyəti ərzində yuxanda göstərilən silahlardan başqa Muğandakı qüvvələrdən və rus əhalisindən 517 ədəd berdanka tüfəng, 93 ədəd türk tüfəngi, 382 ədəd ov tüfəngi, 289 ədəd müxtəlif silahlar, 36 ədəd süngü, 670 ədəd ingilis patronu, 12454 ədəd berdanka patronu, 26 ədəd səhra bombası, 3 ədəd aeroplan bombası, 15 ədəd qılınc vo 40 ədəd xəncər alınmışdı. Toplanan bütün silah-sursat Lənkəranda yaradılacaq köməkçi tabora veriləcəkdi. 1919-cu ilin sentyabr ayının 3-də Lənkəran dəstəsi həvalə olunan döyüş tapşırığını yerinə yetirdikdən sonra Hacıqabula geri döndü və həmin gün dəstənin komandiri general-mayor Səlimov və dəstənin qərərgah rəisi Ehsan xan Naxçıvanskinin imzalası 23 saylı sonuncu döyüş əmri imzalandı. Burada göstərilirdi ki, Lənkəran dəstəsinin qarşısına çox mürəkkəm bir vəzifə qoyulmuşdu. Dəstə 2500 nəfərlik şəxsi heyət və 8 topun müşayəti ilə 8 min nəfərlik ordu və 6 top batareyası çıxarmaq imkanına malik olan Muğanın rusdilli əhalisindən bütün odlu silah və sursatı toplamalı idi. Dəstə yerli əhaliyə və ruslara heç bir xələl yetirmədən bunu bacarmış, yalnız ultimativ tələblərlə xeyli silah sursat toplamağı bacarmışdır. Top və pulemyotlardan başqa, yerli əhalidən 4 minə qədər mərmi, 3 yük avtomobili, 209 xidməti at və çoxlu sayda digər hərbi təchizat toplanmışdı. Yığılan əmlakın içərisində motosiklet, telefon aparatları, toplar və pulemyotlar üçün ehtiyat detallar da var idi. Dəstə tapşırığı yerinə yetirərkən 425 verst yol qət etmişdi. Hətta vaxtı ilə rus ordusunda xidmət etmiş keçmiş əsgərlər Azərbaycan Ordusundakı nizam və intizamın Napoleon dövrlərində olduğundan da möhkəm olduğunu qeyd edirdilər. Sonda general Səlimov dəstənin hər bir döyüşçüsünə öz minnətdarlığını bildirirdi. O, şəxsən V Bakı piyada alayının komandiri podpolkovnik İsrafilovu, III Şəki alayının komandiri polkovnik Xosrov Mirzə Qacarı, VI dağ toöçu batareyasının komandiri podpolkovnik Tarxanova, dəstənin qərərgah rəisi podpolkovnik Ehsan xan Naxçıvanskiyə, dəstənin həkimi Bulatova, ləvazimat rəisi Xan Talışınskiyə öz təşəkkürünü bildirirdi. Həmçinin hökumət qarşısında Hərb Nazirliyi baxımından keçmiş rejimin bütün üzvlərinin ölkə sərhədlərindən uzaqlaşdırılması barədə məsələ də qaldırıldı.[35][21][36]
Lənkəran əməliyyatından təxminən iki ay sonra, 1919-cu ilin oktyabr ayının sonların hərbi nazir. Səməd bəy Mehmandarovla Cənubi Rusiya Silahlı Qüvvələri Baş Komandanının Azərbaycandakı nümayəndəsi arasında aparılmış yazışmalardan aydın olur ki, Muğandakı rus zabitlərindən heç biri orada qalmamış, respublikadan çıxarılmışdırlar. Eyni zamanda onların buraya səfərləri də AXC-in icazəsinə tabe etdirilmişdi.[37]
1919-cu ilin sentyabr ayının birinci yarısında Mehmandarov da Lənkərana səfər etdi. Lənkəran dəstəsinin burada görmüş olduğu işlərlə, bölgədəki mövcud vəziyyətlə yaxından tanış oldu. Bakıya qayıtdıqdan sonra o, Lənkəran dəstəsinin fəaliyyətinin nəticələn ilə bağlı 19 sentyabr 1919-cu il tarixli 420 saylı əmrini imzaladı. Əmrin ikinci bəndində deyilirdi:[37]
Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin hakimiyyətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi qərargah rəisi general-mayor Səlimovun komandanlığı altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi. Hacıqabuldan Lənkərana vo geriyə olan 430 verstlik məsafəni güclü istidə bizim gənc ordumuz xəstələr və arxada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün vüriiş ərzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən heç birinə kiçik bir ziyan da vurulmamışdır. Yolboyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli davranışlarını böyiik minnətdarlıqla qevd edirdilər. Mən buna dəstənin Lənkərandan getməsindən sonra olan şəxsi səfərim zamanı əmin oldum. Hamıda öz əsl lıərbı görkəmi və nümunəvi nizam-intizamı ilə güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbavcanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökülmədən həyata keçirildi. Yürüşün bu cür yaxşı nəticələrinə, başlıcası isə hərəkətin nizamının qurulmasını təşkil edən, qoşunun ehtiyaclarına qayğı və ağıllı tələbkarlıq nəstərən dəstə rəisinə, general-mayor Həbib bəy Səlimova xidmətlərinə görə səmimi təşəkkürümü bildirirəm. Dəstənin tərkibinə daxıl olan hissələrin rəislərinə, bütün zabitlərə və sanitar hey ətinə qayğıya, yol və dayanacaqlarda tam qayda-qanunun qorunmasına görə təşəkkür edirəm. Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc əsgərlərə ürəkdən "sağ ol" deyirəm.
İtkilər
redaktəSüleymanovun bildirməsinə görə, əməliyyatlar zamanı aparılan danışıqlarda hər hansısa şəxsin şəhid olması barədə məlumat yoxdur. Lakin ingilis jurnalisti Skotlan Liddel Bakıdan hazırladığı yazılarından birində Lənkəran ətrafındakı döyüşlərdə şəhid olmuş 9 nəfər əsgərin dəfn mərasimi təsvir edilirdi. Müəllif bu əsgərlərin bolşeviklərlə döyüşdə ölməsini qeyd edirdi, buradan o nəticəyə gəlmək olar ki, bu 9 şəhid Lənkəran əməliyyatı zamanı yox, ondan daha əvvəl baş vermiş bolşeviklərlə toqquşma zamanı şəhid olmuşdurlar:[38]
Ötən bazar ertəsi mən Bakıda tamamilə fərqli dəfn mərasiminin şahidi oldum. Lənkəran ətrafında 9 Azərbaycan əsgəri öldürülmüşdü. Bolşeviklər əleyhinə hərbi əməliyyat gənc Azərbaycan Ordusunun ilk dövüş fəaliyyəti idi. 9 əsgərin cənazəsi dəniz yolu ilə Bakıya gətirilmiş və burada onlara möhtəşəm bir dəfn mərasimi təşkil edilmişdi. Nadir hallarda belə kütləvi mənzərənin şahidi olmuşdum. Tabutların arxasınca gedənlərin uzun sırasında Azərbaycanın bütün nazirliklərinin və ictimai təşkilatlarının nümayəndələri var idi. Görkəmli adamlar və tüfənglərinin lüləsi aşağı çevrilmiş bır neçə min əsgər azərbaycanlıların çiyinlərində apardığı 9 tabutun ardınca düzülmüşdülər. Küçələr adamlarla və əsgərlərlə əhatə olunmuşdu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Səməd bəy Mehmandarovun əmri ilə aparılan Lənkəran əməliyyatı". cenublu.az. 12 avqust 2023. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 dekabr 2023.
- ↑ Süleymanov, 1998. səh. 340-341
- ↑ Süleymanov, 1998. səh. 340
- ↑ Süleymanov, 1998. səh. 340-342
- ↑ 1 2 3 Морозова və Ермоленко, 2013. səh. 189
- ↑ 1 2 3 Morozova, 2015. səh. 50
- ↑ Süleymanov, 1998. səh. 342
- ↑ Süleymanov, 1998. səh. 343
- ↑ Süleymanov, 1998. səh. 344
- ↑ Süleymanov, 1998. səh. 345
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005. səh. 189
- ↑ Süleymanov, 1998. səh. 345-346
- ↑ 1 2 Süleymanov, 1998. səh. 346-347
- ↑ Süleymanov, 1998. səh. 347
- ↑ 1 2 Süleymanov, 1998. səh. 348
- ↑ Süleymanov, 2014. səh. 449
- ↑ Süleymanov, 1998. səh. 348-349
- ↑ 1 2 Süleymanov, 1998. səh. 349
- ↑ Süleymanov, 1998. səh. 350
- ↑ Süleymanov, 1998. səh. 350-351
- ↑ 1 2 "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920)". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
- ↑ Süleymanov, 1998. səh. 352
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005. səh. 166-167
- ↑ 1 2 Морозова və Ермоленко, 2013
- ↑ Süleymanov, 1998. səh. 353
- ↑ 1 2 3 Morozova, 2015. səh. 46-51
- ↑ Süleymanov, 1998. səh. 353-354
- ↑ 1 2 3 Süleymanov, 1998. səh. 354
- ↑ Süleymanov, 1998. səh. 355
- ↑ Süleymanov, 1998. səh. 356-357
- ↑ Süleymanov, 1998. səh. 357
- ↑ 1 2 Süleymanov, 1998. səh. 358
- ↑ Süleymanov, 1998. səh. 359
- ↑ Süleymanov, 2014. səh. 465—467
- ↑ Süleymanov, 1998. səh. 359-360
- ↑ Süleymanov, 2014. səh. 450
- ↑ 1 2 Süleymanov, 1998. səh. 361
- ↑ Süleymanov, 1998. səh. 362
Mənbə
redaktə- Mehman Süleymanov. Azərbacan Ordusu (1918-1920). Bakı: hərbi Nəşriyyatı. 1998.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası/Azərbaycan Xalq Cümhuriyyətinin Lənkəran əməliyyatı maddəsi. Bakı: Lider nəşriyyat. 2004.
- Olga M. Morozova. Mugan Region in 1918–1919 (PDF). Russkaya Starina. 2014.
- Ольга Морозова, Татьяна Ермоленко. Погоны и Буденовки: Гражданская война глазами белых офицеров и красноармейцев. Moskva: Российский гуманитарный научный фонд. 2013. 356.
- Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Tarixi. 2. Firuzan. Pərvin Darabadi. 2014. 696.