Lasa Talaxadze - Wikipedia
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu.
Laşa Talaxadze | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
gürc. ლაშა ტალახაძე | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Gürcüstan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Saçxere , Gürcüstan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.97 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 157 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Ağır atletika | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağırlıq dərəcəsi | + 105 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.
2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb.
2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.[1]
2016-cı ildə Norveçin Forde şəhərində təşkil edilən ağırlıq qaldırma üzrǝ Avropa Çempionatında qızıl medal qazanıb. O, birdən qaldırma hərəkətində 212 kq, təkanla qaldırma hərəkətində isə 251 kq-ı başı üzərinə qaldırıb. Toplamda 463 kq nəticə göstərən Laşa Talaxadze, həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərinin qabaqlayaraq qızıl medal əldə edib.[2]
Laşa Talaxadze 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb. O, birdən qaldırma hərəkətində 215 kq, təkanla qaldırmada isə 258 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 473 kq qaldıran Talaxadze qızıl medal qazanıb və dünya rekordunu yeniləyib.[3][4][5]
2017-ci ildə Xorvatiyanın Split şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən Laşa Talaxadze birdən qaldırmada 217 kq, təkanla 250 kq və iki hərəkətin cəminə görə 467 kq qaldıraraq qızıl medala sahib olmuşdur.[6]
Əsas nəticələri
redaktəİl | Məkan | Çəki | Birdən (kq) | Təkanla (kq) | Ümumi | Sıra | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | Sıra | 1 | 2 | 3 | Sıra | |||||
Olimpiya Oyunları | ||||||||||||
2016 | Rio-de-Janeyro, Braziliya | +105 kg | 205 | 210 | 215 | 2 | 242 | 247 | 258 | 1 | 473 | |
Dünya Çempionatı | ||||||||||||
2010 | Antalya, Türkiyə | +105 kg | 157 | 162 | 27 | -- | -- | -- | -- | |||
2011 | Paris, Fransa | +105 kg | 175 | 180 | 16 | 207 | 207 | -- | 25 | 387 | 20 | |
2015 | Hyuston, ABŞ | +105 kg | 200 | 207 | 238 | 247 | 454 | |||||
Avropa Çempionatı | ||||||||||||
2016 | Forde, Norveç | +105 kg | 200 | 207 | 212 | 235 | 241 | 251 | 463 | |||
2017 | Split, Xorvatiya | +105 kg | 203 | 210 | 217 | 238 | 245 | 250 | 467 | |||
Yeniyetmələr arasında dünya çempionatı | ||||||||||||
2013 | Lima, Peru | +105 kg | 185 | 190 | 217 | 221 | -- | 411 | ||||
U23 Avropa çempionatı | ||||||||||||
2016 | Eilat, İsrail | +105 kg | 193 | 200 | 205 | 222 | 235 | -- | 440 | |||
Yeniyetmələr arasında Avropa çempionatı | ||||||||||||
2011 | Buxarest, Rumıniya | +105 kg | 175 | 180 | 185 | 205 | 212 | 217 | 402 | |||
2012 | Eilat, İsrail | +105 kg | 175 | 183 | 190 | 205 | 222 | 412 | ||||
Gənclər arasında Avropa çempionatı | ||||||||||||
2010 | Valensiya, İspaniya | +94 kg | 150 | 155 | 158 | 175 | 182 | 187 | 345 |
İstinadlar
redaktə- ↑ "СМИ: Талахадзе отдали "золото" Ловчева за ЧМ по тяжелой атлетике". 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ "Awesome Georgian takes final European gold". 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ "Lasha Talakhadze". 2016-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ "Штангист Талахадзе стал чемпионом ОИ-2016 в категории свыше 105 кг с мировым рекордом". 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ "Lasha Talakhadze sets world record to claim gold in over 105-kilogram weightlifting". 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ Тяжелоатлет Лаша Талахадзе установил новый мировой рекорд [ölü keçid]
Xarici keçidlər
redaktə- Laşa Talaxadze Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında Arxivləşdirilib 2017-04-09 at the Wayback Machine