Lantana Basinagaci - Wikipedia
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Lantana başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Lantana başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəCənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır.
Botaniki təsviri
redaktəBoyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir. Meyvəsi-oval, yeməli olmayan çəyirdəkdir; yetişməzdən əvvəl parlaq qırmızıdır və yetişdikdə qaralır. Yay qələmlərinin 30%-ə qədəri kök atır.
Ekologiyası
redaktəƏlverişli şəraitdə 100 ilə qədər yaşayır. Qışadavamlılığı yüksəkdir. Torpağın nəmişliyinə çox tələbkardır. Kölgəyə, tüstüyə və qazadavamlılığı ortadadır. Günəş yanıqları ilə zədələnir. Torpağa tələbkar, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın yarımrütubətli Şəki-Zaqatala və Lənkəran-Astara bölgələrində mədəni şəraitdə becərilir. Böyük Qafqazda, Kiçik Qafqazda, Cənub bölgəsində, Naxçıvanda dağ meşələrində, əsasən kolluqlarda bitir.
İstifadəsi
redaktəSentyabr-oktyabr aylarında yetişmiş yaşıl-sarı meyvələri bitkiyə dekorativlik verir. Şaquli yaşıllaşdırmanın bütün növləri üçün (çəpər, çardaq və s.) perspektivlidir. Bağ və parkların qrup və tək əkinlərində və canlı çəpərlər salınmasında istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Viburnum pallidum Salisb.
Heterotipik sinonimləri
redaktə- Viburnum aragonense Pau
- Viburnum farinosum Stokes
- Viburnum lantana var. aureomaculatum Jacob-Makoy
- Viburnum lantana var. discolor Huter
- Viburnum lantana var. europaeum Aiton
- Viburnum lantana var. glabratum Chabert
- Viburnum lantana var. rugosum Lange
- Viburnum lantana f. variegatum (Weston) Rehder
- Viburnum lantana var. variegatum Weston
- Viburnum lantana versicolor J.R.Duncan & V.C.Davies
- Viburnum lantana f. vitosiensis T.R.Dudley
- Viburnum lentum St.-Lag.
- Viburnum maculatum Pant.
- Viburnum tomentosum Lam.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 268.