Latviya Xalq Cebhesi - Wikipedia
Latviya Xalq Cəbhəsi (latış. Latvijas Tautas fronte) — 1988-1993 illərin arasında öncə Latviya SSR-də, sonra isə müstəqil Latviyada fəaliyyət göstərən siyasi qurum. O, əvvəl Perestroykayı dəstək etmək üçün yaradılıb, sonra isə Latviyanın SSRİ-dən müstəqilliyi üçün fəaliyyət göstərirdi.[1]
Mənşəyi
redaktə1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bundan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb.
1986-cı ildən başlayaraq latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Moskvaya qarşı ilk qələbələrindən biri Dauqavpils şəhərin yanında, Latviyanın əsas Dauqava çayının üzərində dördüncü hidroelektik dambasının quraşdırmasının dayandırması idi. Bu Ətraf Mühitin Müdafiə Klubunun yaradılmasını ilhamlandırıb. Klub Sovet rejiminə qarşı daha geniş şəkildə mübarizə aparmaq üçün ətraf mühitlə bağlı etirazları vasitə kimi sayırdı.[2]
Tarixi
redaktə1988-ci ildə Latviyada məqsədi demokratiya və müstəqillik olan qurumların arasında Latviya Xalq Cəbhəsi də var idi. Latviya Xalq Cəbhəsi oktyabrın 8-də təsis olunub və ondan təxminən eyni vaxtda, 1-2 oktyabrda Estoniya Xalq Cəbhəsinin, Litvada isə 22-23 oktyabrda Sayudis qurumunun təsisedici qurultayı keçirlib.[4] Latviya Xalq Cəbhəsi Latviyada həmin il yaradılan qurumların arasında ən mötədil idi və beləliklə, çox sayda qeyri-latış azlıqların və kommunistlərin özündə birləşdirib. 250000 üzv yığaraq, qurum 1989-1990 illərin parlament seçkilərində iştrak edib, böyük çoxluq ilə qalib gəldilər. Beləliklə, onlar hökuməti əlinə alıb, 1990-cı ildə Latviyanın müstəqilləşmə prosesini başlayıb, onu 1991-ci ilin avqust ayında bitiriblər.[5]
1993-cü ilin iyun ayında Latviyanın müstəqilliyi bərpasından sonra ilk parlament seçkiləri keçirilib. İqtisadi çətinliklərə və bəzi siyasətçilərin qurumdan çıxmasının nəticəsində, Xalq Cəbhəsi səslərin ancaq 2,62%-i yığıb, parlamentə keçməyib. Bundan sonra qurum özünü xristian demokrat partiyası kimi yenidən qurmağa cəhd edərək, adını Xristian Xalq Partiyası (latış. Kristīgā Tautas partija) qoyub. Halbuki, bu cəhd uğurlu olmayıb. Sonda, onlar Xristian Demokrat Birliyi (latış. Kristīgi demokrātiskā savienība) ilə birləşib, 1999-cu ilin oktyabrın 9-da keçirilən son qurultayında fəaliyyətini dayandırıb.[6]
İstinadlar
redaktə- ↑ "Народному фронту – 30 лет, Яна Рубинчик". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- ↑ Schwartz, K. (2006). Nature and national identity after communism: Globalizing the Ethnoscape. Pittsburgh: University of Pittsburgh Press.
- ↑ "Par Tautas frontes muzeja sabiedriskajai padomei nodotā nekustamā īpašuma atdošanu valstij". LIKUMI.LV (latış). 2018-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
- ↑ Арнольд Клауцен. «Песенная революция», «цветная революция» или контрреволюция? // IMHOclub.lv (дискуссионный портал) (rus). 2018.
- ↑ "The Museum of the Popular Front of Latvia, Riga". 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
- ↑ "Zinātnes Vēstnesis: 1999.g. 25. oktobris". www.lza.lv (latış). 1999-10-25. 2000-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.