Lefka - Wikipedia
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir.[2]
Lefka | |
---|---|
35°06′31″ şm. e. 32°50′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 129 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir.
Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür.
Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar. Qəsəbədə Nəqşbəndi Sufi ordeninin Həqqani qolunun mənəvi rəhbəri Nazim əl-Haqqaninin 7 may 2014 tarixində vəfat etdiyi türbəsi yerləşir.
Tarix
redaktəLefka ərazisindəki ilk yaşayış yeri Neolit dövrünə aiddir. Bir fərziyyəyə görə, qəsəbə e.ə. 3-cü əsrdə Misir kralı Ptolemeyin oğlu Lefkos tərəfindən qurulmuşdur. Onun həmçinin Lefkoşa şəhərinin də əsasını qoyduğu söylənilir və şəhər onun adını daşıyır. Başqa bir fərziyyəyə görə isə qəsəbənin adı yunan dilində qovaq mənasını verən "Lefka" adlı xəstə bir xristian qızın dağlardan gələn təmiz hava ilə sağalmaq üçün qəsəbəyə gəlməsi ilə bağlıdır. Rəvayətə görə, o, uzun müddət Lefkada yaşamış və qəsəbədə ölmüş və xatirəsinə hörmət olaraq qəsəbəyə onun adı verilmişdir.[3]
Lefka tarixən mis mədəni ilə məşhur qəsəbə olmuşdur. Qəsəbə ətrafındakı mis ehtiyatları ilk dəfə orta tunc dövrdə çıxarılmışdır. Bu istismar daha sonra Finikiya və Roma hakimiyyəti dövründə də davam etdirilmişdir. Mədənlər Roma dövrünün sonlarında, təxminən 150-ci ildə bağlanmışdılar. Şəhərin ətrafında Ellin və Roma dövrlərinə (e.ə. 310-ci il ilə eramızın 150-ci illəri arasında) aid qədim qəbirlər tapılmışdır. Yaxınlıqdakı Karavostasi kəndi Roma dövründə Misirlə ticarət və nəqliyyat üçün liman şəhəri olaraq xidmət etmişdir.[3]
Bizans hakimiyyəti dövründə qəsəbədə Müqəddəs Georgiyə həsr edilmiş kilsənin mövcud olduğu bilinir. Lefka Kipr krallığı və Venesiya respublikasının hakimiyyəti dövründə Frank və Latın kapitanlarının, baronların və zabitlərin yaşadığı bölgə paytaxtı kimi xidmət etmişdir. 1425-ci ildə Kipr Məmlüklərin hücumuna məruz qaldıqda kral ailəsi qəsəbəyə sığınmışdır.
Orta əsrlərdə təmiz və sadə bir karvansaranın yerləşdiyi qəsəbə Troodos dağlarında yerləşən Soli, Vouni, Solia və Maratasa şəhərlərindəki kilsələri ziyarət edənlər üçün sığınacaq olaraq xidmət etmişdir. [3]
1571-ci ildə Osmanlıların Kipri fəth etməsindən sonra Anadoludan olan türklər qəsəbədəki Latınlara məxsus ərazilərə və evlərə yerləşdilər.[3] Daha sonra isə adada xidməti bitmiş Osmanlı zabitləri və nəsilləri də qəsəbədə məskunlaşdırlar. Beləliklə Lefka əhalisinin əksəriyəətini türklər, bir qismini isə yunanalar təşkil edən qarışıq bir şəhər halına gəldi. 1831-ci ildə qəsəbənin yetkin kişi əhalisi 298-i türk, 34 yunan olmaqla 328 nəfər idi. Lefkanın əhalsi 1901-ci ildə 1143 nəfərə yüksəlmiş, 1911-ci ildə isə 1008-ə düşümşdür. 1921-ci ildə qəsəbənin əhalisi 1163 nəfər olmuşdur.[4]
1921-ci ildən sonra mis mədənləri Kipr Mədənlər Birliyi (ing. Cyprus Mines Corporation CMC) tərəfindən yenidən istismar edilməyə başlandığı üçün əhali sürətlə artmışdır. Qəsəbənin əhalisi 1931-ci ildə 1781, 1946-cı ildə isə 3666 (2685 türk və 981 yunan) nəfər olmuşdur. Kiprdə baş verən icmalararası qarşıdurmalar səbəbiylə qəsəbənin yunan əhalisinin çoxu 1950-ci illərin sonunda ərazini tərk etmişdir. Qanlı Miladdan sonra, 1963-1964-cü illərdə qəsəbə Kipr türklərinin anklavına çevrildi və yaxınlıqdakı kəndlərdən ayrılmaq məcburiyətində qalan türk qaçqınlar əraziyə axın etdi. Lefkanın 1960-cı ildə 3674 nəfər (3586 türk, 88 yunan) olan əhali sayı 1973-cü ildə sırf türklərdən ibarət olmaqla 4544 nəfərə yüksəldi.[4]
Beynəlxalq əlaqələr
redaktə2015-ci ildə Lefka "Yavaş Şəhər" layihəsinə üzv olmişdur.
Qardaş şəhərlər
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Cyprus census 1973 (ing.). 9 CYSTAT.
- ↑ "Lefke 6. ilçe oldu!". Kıbrıs Postası. 27 dekabr 2016. 27 dekabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2016.
- ↑ 1 2 3 4 Bağışkan, Tuncer. "Lefke'ye bir yolculuk" (türk). Yeni Düzen. 26 oktyabr 2013. 2016-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2015.
- ↑ 1 2 "Lefka". PRIO Cyprus Displacement Center. 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2015.
- ↑ "Bergama - Twin Towns". © Bergama-City.sk. 2013-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.
- ↑ "Malatya - Twin Towns". © Malatya-City.sk. 2013-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.
- ↑ "Silifke - Twin Towns". © Silifke-City.sk. 2013-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.
- ↑ "Lefke Belediyesi Kardeş Şehir". © Elmadağ-City.sk. 2013-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-20.