Lenin Meydani Isimbay - Wikipedia
Lenin Meydani Isimbay - Wikipedia - Haqqında Məlumat
Lenin meydanı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının İşimbay şəhərindəki ikinci böyük meydan. Lenin prospektində yerləşir. Yaxınlığında Neftyanik stadionu var.
Leninə xatirə
redaktəMeydan Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir Leninin adını daşıyır. Meydanın mərkəzində onun heykəli var.
İstifadəsi
redaktəMeydanda mütəmadi olaraq müxtəlif yarışlar keçirilir[1]. Qışda Yeni il bayramı münasibətilə şəhərin əsas Milad ağacı bu meydanda qurulur. Burada tez-tez kənd təsərrüfatı yarmarkaları da keçirilir.
Görməli yerləri
redaktəMeydana aid ərazilərdə bir sıra görməli yerlər var. Bunlar aşağıdakılardır:
- Vladimir İliç Leninin abidəsi.
- Neftyanik stadionu.
- S.M. Kirov adına Neftçilər Mədəniyyət Sarayı.
- Əbədi məşəlin alovlandırdığı "Qəhrəmanlar xiyabanı" memorial kompleksi.