Lev Esgerov - Wikipedia
Əsgərov Lev Mabudoviç (1 sentyabr 1940 və ya 1 oktyabr 1942, Artyom – 30 aprel 2023[1], Bakı) — nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin]
Lev Əsgərov | |
---|---|
Lev Mabudoviç Əsgərov | |
Doğum tarixi | 1 sentyabr 1940 və ya 1 oktyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2023[1] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, redaktor |
Fəaliyyət illəri | 1967-ci ildən |
Əsərlərinin dili | rus dili |
Üzvlüyü |
Həyatı
redaktəLev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959–1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962–1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967–1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973–1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976–1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982–1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır.[2]
Lev Əsgərov 30 aprel 2023-cü ildə dünyasını dəyişmişdir.[3]
Kitabları
redaktə- Голубые вёрсты: Рассказы и очерки. Баку, Гянджлик, 1973
- Записки чекиста: Повесть. Баку, Язычы, 1981
- Особых примет не имеют: Повести и рассказы. Баку, Язычы, 1986
- Возвращение: Док. повесть об Александре Стопани. Казань, 1989
- Человек с того света: Роман. Баку, Азернешр, 1990
- Смерть Аттилы: Повести и рассказы. Баку, "Абилов, Зейналов и сыновья", 1998
- К вопросу вопросов. Баку, "Абилов, Зейналов и сыновья", 1999
- Месть невидимки: Роман. Баку, 2001
- Приговорённые: Роман. Баку, "Абилов, Зейналов и сыновья", 2002
- С миссией в ад: Роман и драма. Баку, "Абилов, Зейналов и сыновья", 2003
İstinadlar
redaktə- ↑ 1 2 https://news.milli.az/society/1120220.html.
- ↑ Аскеров, Лев Мабудович // Большая биографическая энциклопедия. 2009.
- ↑ "Ermənilərin təhdid etdiyi Lev Əsgərov vəfat etdi". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.