Levan Kobiasvili - Wikipedia
Levan Kobiaşvili (gürc. ლევან ზურაბის ძე კობიაშვილი; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sol cinah yarımmüdafiəçisi və müdafiəçisi mövqelərində oynamış keçmiş gürcüstanlı futbolçu.
Levan Kobiaşvili gürc. ლევან ზურაბის ძე კობიაშვილი | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
gürc. ლევან კობიაშვილი | |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Gürcüstan | ||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.83 m | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
Klub | karyerasını bitirib | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1996-2011-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 100 oyun keçirib və 12 qol vurub. Milli komandanın tarixində ən çox oyun keçirmiş futbolçudur. 2015-ci ilin oktyabrından Gürcüstan Futbol Federasiyasının prezidentidir.[1]
Klub karyerası
redaktəAvaza, Dinamo, Alaniya
redaktə1984-cü ildə, Levanın 7 yaşı olarkən atası onu keçmişdə futbolçu olmuş dostu Piruz Rexviaşvilinin məsləhəti ilə Tbilisidə direktoru Mixail Mesxinin olduğu "Avaza" futbol məktəbinə aparıb. Doqquz il ərzində "Avaza]" futbol məktəbində çıxış edib. Uşaq komandası onunla birlikdə dəfələrlə müxtəlif respublika turnirlərinin qalibi olub. 1980-ci illərin sonunda Leninqrad-da uşaq ümumittifaq turnirinin qalibi olublar.
1993-cü ilin əvvəlində "Avaza" klubunun Gürcüstan çempionatının üçüncü dəstəsində uğurlu çıxışı aparıcı məşqçilərin diqqətini cəlb etdi. Həmin vaxt "Dinamo Tbilisi" komandasını çalışdıran Revaz Coduaşvili onu klubun əvəzedicilərdən ibarət komandasına cəlb etdi. Ancaq o klubda cəmi 1,5 ay oynadı: Coduaşvili "Dinamo"dan gedib, Kobiaşvili isə bir müddətlik köhnə klubu olan "Avaza"ya qayıdıb.
1994-cü ildə Coduaşvili "Metallurq Rustavi" komandasına baş məşqçi təyin olunub. Coduaşvili özünün keçmiş tanışı Levanı öz yeni klubuna transfer edib. Onun yeni klubunda rəsmi oyunlarda debütü 30 oktyabr 1993-cü ildə "Dinamo Tbilisi" klubuna qarşı oyunda olub, bu görüşdə Metallurq rəqibinə 3:5 hesabı ilə məğlub olub.
1995-ci ilin yayında David Kipiani onu "Dinamo Tbilisi" klubuna baxışa çağırıb və bəyənərək komandada saxlayıb. Levan Gürcüstanın 1995-96 mövsümünün yekunlarına əsasən 15 ən yaxşı futbolçu siyahısına düşməyi bacarıb.
1997-ci ildə Vladiqafqazın "Alaniya" klubunun heyətində icarə əsasında bir mövsüm oynayıb. Mövsümün yekunlarına əsasən "Sport-Ekspress" qəzetinin versiyasına görə: ən yaxşı debüt, ən yaxşı əcnəbi futbolçu və Rusiya çempionatının ən yaxşı gənc oyunçusu adına layiq görülüb.[2]
Frayburq, Şalke 04
redaktəMövsüm bitəndən sonra Gürcüstana qayıdıb, orada öyrənib ki onunla "Frayburq"un məşqçisi maraqlanır. Klublar keçidlə bağlı tezliklə razılığa gəliblər və 10 yanvar 1998-ci ildə "Frayburq" klubuna 6 ay müddətinə icarəyə verilib. Komandanın məşqçisi Kobiaşvilini onun üçün qeyri-adi olan dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağa başlayıb. Lakin o bu mövqedə yerini möhkəmlədə bilib və mövsümün sonunda komandada qalıb.[3]
Gürcü futbolçular Aleksandr İaşvili və Levan Çkitişvili bir neçə mövsüm ərzində onunla birlikdə "Frayburq" komandasında çıxış ediblər. 2003-cü ildən "Şalke 04" komandasında oynamağa başlayıb, bu klubla 2010-cu ilə qədər müqavilə imzalayıb.
Herta
redaktə2010-cu ildə "Herta Berlin" klubuna keçib.[4] 2012-ci ildə Bundesliqada qalma uğrunda "Fortuna Düsseldorf" ilə oynanılan oyunun gedişində Kobiaşvili görüşün baş hakimi Volfqanq Ştarkın hansısa qərarı ilə razılaşmayaraq onun sifətinə zərbə vurmuşdur.[5] Almaniya Futbol Federasiyasının nizam-intizam komitəsi ilkin olaraq onu iki il müddətinə diskvalifikasiya etmək qərarını vermişdir, lakin bir neçə həftədən sonra ilkin qərar dəyişilərək "Herta"nın 34 yaşlı müdafiəçisinin cəzasının müddətini 2012-ci ilin sonunadək azaltmışdır. Kobiaşvili 2012-ci il dekabrın 31-dək rəsmi oyunlarda iştirak etməyib.[5]
10 may 2014-cü ildə Levan Kobiaşvili karyerasında sonuncu oyununu keçirib.[6]
Milli komanda karyerası
redaktə1996-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 1 sentyabr 1996-cı ildə yoldaşlıq görüşü çərçivəsində Norveç yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 6 iyun 2001-ci ildə 2002-ci il Dünya çempionatının seçmə mərhələsi zamanı Macarıstan milli futbol komandasının qapısına vurmuşdur.
Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox oyun keçirmiş futbolçudur. 1996-2011-ci illər ərzində Gürcüstan yığmasının heyətində 100 oyun keçirib və 12 qol vurub.
Milli komandada vurduğu qollar
redaktəMənbə:[7]
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 6 iyun 2001 | Ferents Puşkas stadionu, Budapeşt | Macarıstan | 1–4 | 1–4 | FİFA Dünya Kuboku 2002 seçmə mərhələ |
2. | 27 mart 2002 | Mixail Mesxi adına stadion, Tbilisi | Cənubi Afrika Respublikası | 1–0 | 4–1 | Yoldaşlıq oyunu |
3. | 29 mart 2003 | Mixail Mesxi adına stadion, Tbilisi | İrlandiya | 1–1 | 1–2 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
4. | 4 iyun 2005 | Kemal Stafa stadionu, Tirana | Albaniya | 2–3 | 2–3 | FİFA Dünya Kuboku 2006 seçmə mərhələ |
5. | 16 avqust 2006 | Svanqaskard, Toftir | Farer adaları | 4–0 | 6–0 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
6. | 15 noyabr 2006 | Boris Payçadze stadionu, Tbilisi | Şablon:Flaqifikasiya/fb | 1–0 | 2–0 | Yoldaşlıq görüşü |
7. | 2–0 | |||||
8. | 11 oktyabr 2008 | Boris Payçadze stadionu, Tbilisi | Kipr | 1–1 | 1–1 | FİFA Dünya Kuboku 2010 seçmə mərhələ |
9. | 28 mart 2009 | Antonis Papadopoulos stadionu, Larnaka | Kipr | 1–2 | 1–2 | FİFA Dünya Kuboku 2010 seçmə mərhələ |
10. | 14 oktyabr 2009 | Vasil Levski stadionu, Sofiya | Bolqarıstan | 2–6 | 2–6 | FİFA Dünya Kuboku 2010 seçmə mərhələ |
11. | 3 mart 2010 | Boris Payçadze stadionu, Tbilisi | Estoniya | 1–0 | 2–1 | Yoldaşlıq görüşü |
12. | 26 mart 2011 | Boris Payçadze stadionu, Tbilisi | Xorvatiya | 1–0 | 1–0 | UEFA Avropa Kuboku 2012 seçmə mərhələ |
Uğurları
redaktəKlub
redaktə- Gürcüstan çempionatı (4): 1995, 1996, 1997, 1998
- Gürcüstan Kuboku (3): 1995, 1996, 1997
- İntertoto Kuboku (2): 2003, 2004
- Bundesliqa ikincilik (2): 2004-05, 2006-07
- Almaniya Kuboku ikincilik (1): 2004-05
Şəxsi
redaktə- Gürcüstanda ilin futbolçusu (2): 2000, 2005
- Gürcüstan milli futbol komandası - Ən çox oyun keçirən futbolçu: 100 oyun.
İstinadlar
redaktə- ↑ "Леван Кобиашвили избран президентом Федерации футбола Грузии". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "Лучшие в сезоне". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
- ↑ "sport-express.ru. 1998-05-21". 2014-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
- ↑ "Kobiashvili kommt" (German). herthabsc.de. 20 December 2009. 16 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2009.
- ↑ 1 2 "Дисквалификация Кобиашвили сокращена до семи с половиной месяцев". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
- ↑ "Abschied von Kobiashvili – "Ich bereue keinen Tag bei Hertha"". 2014-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
- ↑ "Levan Kobiashvili – Goals in International Matches". RSSSF. 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2011.