Li Keyon - Wikipedia
Li Keyon (çin. 李克用) (24 oktyabr, 856 – 23 fevral, 908) — Şato əsilli Çin sərkərdəsi və hökmdarı.
Li Keyon | |
---|---|
| |
Cin knyazlığının ilk hökmdarı | |
1 yanvar, 896[1] – 23 fevral, 908 | |
Sonrakı | Li Çunşü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuçou (朔州) |
Vəfat tarixi | [2] (51 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Atası | Çuye Çiksin |
Anası | Kin xatun |
Həyat yoldaşı | Liu xatun |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLi Keyon Çuye soyundan çıxmışdı.[4]
Şatolar 878-ci ilədək Ordosda yaşadılar. Onların lideri Li Keyon (Li K'o-yung) Çində vətəndaş müharibəsindən istifadə edib, Şansinin şimalındakı, sərhədyanı torpaq olan Tatunqanı ələ keçirdi. 880-ci ildə Xuan Çaonun başçılığı ilə Tan sülaləsinə qarşı üsyan qalxıb, paytaxt Çanqanı ələ keçirəndə Tan hökndarı Li Keyona yardım üçün müraciət etdi.
28 yaşlı Li Keyon Çin salnaməçiləri tərəfindən cəsur və etibarlı bir şəxs kimi təsvir olunur. O, Tan sülaləsinin müdafiəsinə qalxdı. 883-cü ildə üsyançıları Çanqandan qovdu. Hökndar ona baş vəzir vəzifəsini verdi. Eyni zamanda da Tayyuan əyalətinin (müasir Şansi) valisi təyin olundu.
Çin quldurlarının başçısı Çu Ven (Ch'u Wen) Tan sülaləsinin hökmdarını devirib imperator oldu. Hou-Lyanq (Hou-Liang) sülaləsinin əsasını qoydu. 907-ci ilədək taxta əyləşdi. Həmin dönəmdə Li Keyon Şansini idarə edirdi. O, öz əyalətinin müstəqilliyini elan edib, mərkəzə tabe olmaqdan boyun qaçırdı. İmperator nə qədər çalışsa da, Li Keyonu yola gətirə bilmədi. Çu Ven keçmiş Tan sülaləsinin və sarayın ən nəhəng şəxsiyyətlərini Li Keyonun yanına göndərdi. Diplomatik danışıqlar heç bir nəticə vermədi. Bu vaxt Li Keyon Liao sülaləsinin banisi Abaoci ilə görüşdü və ittifaq qurdu.
Son illəri
redaktəLi Keyon, 908-ci ildə ağır xəstələndi və 23 fevral 908-ci ildə vəfat etdi. Yerinə oğlu Li Çunşü gəldi.
Ailəsi
redaktəLi Quoçanq və Kin xatunun üçüncü oğlu idi. Əsas xanımı Liu xatun olub 3 əsas cariyəsi var idi: Ceyn Çjen (sonradan imperatriça), Çen xatun və Janq xatun.
Övladları:
redaktə- Li Çunşü (李存勗) - imperator (885-926)
- Li Çunba (李存霸), Yǒnq knyazı (925-926)
- Li Çunmey (李存美), Yōnq knyazı
- Li Çunli (李存禮), Hsüe knyazı
- Li Çunvo (李存渥), Şen knyazı (925-926)
- Li Çunyi (李存乂), Mu knyazı (926-cı ildə Li Çunşü tərəfindən edam edildi)
- Li Çunşue (李存確), Tonq knyazı (925-926)
- Li Çunci (李存紀),Ya knyazı (925-926)
- Li Tinqlüan (李廷鸞)
- Li Luoluo (李落落) (ö. 896)
- Li Çunjü (李存矩) (ö. 917)
Övladlıqları:
redaktə- Li Çunşin (李存信), əsl adı Janq Vuluo (張污落) (862-902)
- Li Çunşiao (李存孝), əsl adı An Jinqhsi (安敬思) (ö.894)
- Li Çunjanq (李存璋) (ö.922)
- Li Çunji (李存質)
- Li Çunhao (李存顥) (ö.908)
- Li Çunşi (李存實)
- Li Çunşen (李存審), əsl Fu Çun (符存) (ö. 924)
- Li Çunjing (李存敬) (ö.926)
- Li Çunjin (李存進), əsl adı Sun Çonqcin (孫重進) (857-922)
- Li Çunhsian (李存賢), əsl adı Vanq Hsian (王賢) (860-924)
- Li Çunjen (李存貞)
- Li Siyuan (李嗣源), imperator
- Li Siben (李嗣本), (ö.916)
- Li Siyen (李嗣恩), (ö.918)
- Li Çunru (李存儒), əsl adı Yanq Poer (楊婆兒)
Ədəbiyyat
redaktə- Mote, F.W. Imperial China (900—1800). — Harvard University Press, 1999. — ISBN 0-674-01212-7;
- Заново составленное пинхуа по истории Пяти Династий. (Синь бянь у дай ши пинхуа). М. Восточная литература. 1984;
- Се Цзюйчжэн. Цзю Удай Ши — Старая хроника периода «Пяти династий». Пекин, Издательство «Бо-на», 1958
İstinadlar
redaktə- ↑ Şi-Ci, 260-cı fəsil
- ↑ Şi-Ci, 266-cı fəsil
- ↑ China Biographical Database (ing.).
- ↑ (Се Цзюйчжэн. Цзю Удай Ши — Старая хроника периода «Пяти династий». Пекин, Издательство «Бо-на», 1958, гл. 25, С. 1а, 4)