Lirik Tenor - Wikipedia
Lirik Tenor - Wikipedia - Haqqında Məlumat
Lirik tenor (tenor "di-grace", it. Tenore di grazia — "lütf tenoru") — yumşaq, gümüşü tembrin səsi, hərəkətliliyi, həmçinin səsin böyük melodikliyinə malikdir. Lirik tenorun səs diapazonu yüksək do², do²-diez səviyyələrə çata bilər, lakin səs gücü baxımından dramatik tenordan xeyli aşağıdır. Lirik tenora o əsərlərin ifası həvalə olunur ki, orada hisslərin lirik diapazonunu ifadə etmək lazımdır, səsin yumşaqlığı, melodikliyi tələb olunur. Xorda lirik tenorlar adətən birinci tenor hissələrinə daxil edilirlər.
Lirik tenorların klassik opera partiyaları
redaktə- Alfred (Cüzeppe Verdi, "Traviata")
- Berendey (Nikolay Rimsky-Korsakov, "Qar qız")
- Verter (Jules Massenet, "Verter")
- Vladimir İqoreviç (Alexander Borodin, "Şahzadə İqor")
- Hersoq (Cüzeppe Verdi, "Riqoletto")
- Qraf Almaviva (Cioacchino Rossini, "Sevilya bərbəri")
- Hindistanlı qonaq (Nikolay Rimsky-Korsakov, "Sadko")
- Levko (Nikolay Rimski-Korsakov, "May Gecəsi")
- Lenski (Pyotr Çaykovski, "Yevgeni Onegin")
- Nemorino (Donizetti, "Sevgi İksiri")
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Самин Д. К. 100 Böyük Vokalist.
- Сикур П. И. Mən sənə mahnı oxuyacağam .
- Гозенпуд А. Qısa opera lüğəti.