Litsini Seksti - Wikipedia
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun.
E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi.
Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi.
E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü:
- birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi;
- ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367-ci ildə qəbul edildi. Lakin aqrar və borc məsələləri həll edilməmiş qaldı. Roma vəziyyətdən başqa cür çıxdı — işğal hesabına. E.ə IV əsrin 40-cı illərindən Roma hücuma keçdi və e.ə III əsrin ortalarına İtaliyanın sahibi oldu. Yeni torpaqlara 30 koloniya çıxarılmışdır və bir sıra yeni triba yaradılmışdı, bu böhranın kəskinliyini azaltdı və sosial mübahisənin yumşalması üçün əsas oldu.
Litsini-Seksti qanunlarından bir az sonra plebeylər üçün başqa vəzifələr də əlçatan oldu, o cümlədən senzor, diktator və pretor.
Mənbə
redaktə- История Древнего Мира. Расцвет древних обществ. Главная редакция восточной литературы. Москва, 1989. səh. 436