Liu Kuren - Wikipedia
Liu Kuren (v. 383) — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Atası Liu Luqu idi. 320-ci ildə hakimiyyətə gəlmişdi. Öncəki Kin imperatorunun vassalı olaraq hakimiyyətdə idi.[1]
Liu Kuren | |
---|---|
劉庫仁 | |
Tiefu konfederasiyasının şərqdəki IV başçısı | |
Əvvəlki | Liu Luqu |
Sonrakı | Liu Tucuan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 383 |
Atası | Liu Luqu |
Həyat yoldaşı | Toba şahzadəsi |
Uşaqları |
Liu Hsian Liu Peini Liu Kanqni |
Hakimiyyəti
redaktəHakimiyyəti stabil şəraitdə başlamışdı. Öncəki Kin kralı Fu Ciana tabe olmuşdu. O da öz növbəsində Kureni Tiefu konfederasiyasının şərqdəki rəsmi başçısı olaraq tanımışdı. Konfederasiyanın qərbdəki başçısı isə Kurenin qohumu Liu Veyçen təyin olunmuşdu. Gələcək imperator Toba Qui də onun sarayında yaşayırdı. Çinin yeni vətəndaş müharibəsinə qədəm qoyduğu bir dövrdə Kuren 384-cü ildə Muronq Çui tərəfindən mühasirəyə alınmış Fu Piyə yardım etdiyinə görə Muyu Çanq adlı bir xidmətçisi tərəfindən rüşvət verilərək öldürüldü. Yerinə qardaşı Liu Tucuan gəldi.[2]
Ailəsi
redaktəLiu Luqunun böyük oğlu idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Hsian adlı övladı olmuşdu.
İstinadlar
redaktəSƏLƏF Liu Luqu |
Liu Kuren 320 - 384 |
XƏLƏF Liu Tucuan |