Lomonosov Seher - Wikipedia
Lomonosov (1948-ci ilədək Oranienbaum, rus. Ломоносов, alm. Oranienbaum, fin Kaarosta, Rampova) — Rusiya ərazisində yerləşən şəhər. Lomonosov Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Lomonosov şəhərinin Leninqrad vilayətinin tərkibinə daxil olmamasına baxmayaraq, burada Lomonosov və Leninqrad bölgələrinin yerli hakimiyyət orqanları yerləşir.
Şəhər | |||||
Lomonosov | |||||
---|---|---|---|---|---|
Ломоносов | |||||
|
|||||
59°55′ şm. e. 29°46′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1710 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 812 | ||||
Poçt indeksi | 198411–198412 | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Fin körfəzinin sahilində və Karasta çayının mənsəbində yerləşir. Lomonosov mühüm dəniz limanıdır. Oranienbaum və Oranienbaum II dəmir yolu stansiyaları, həmçinin "Martışkino" və "Kronştadskaya koloniya" dayanacaq məntəqələri Oktyabr Dəmir yolunun Baltik dənizi istiqamətində yerləşir. Şəhərin əsası 1710-cu ildə, knyaz Aleksandr Menşikovun şəhərətrafı iqamətgahı olaraq qoyulmuşdur, 1780-ci ildə isə Lomonosova şəhər statusu verilmişdir. Lomonosovda XVIII əsrə aid "Oranienbaum saray-park kompleksi" yerləşir. Lomonosov Böyük Vətən müharibəsi I dərəcəli və Hərbi şöhrət ordeni ilə təltif olunmuşdu.[3][4]
Lomonosov şəhərinin ərazisində "Mordvinovka", "Martışkino", "Krasnaya Sloboda", "Kronştadtskaya koloniya" və "Olgin kanal" kimi tarixi məhəllələr yerləşir.[5]
Şəhərin adı
redaktəŞəhərin qeyri-adi "Oranienbaum" adının (alman dilindən tərcümədə — Portağal ağacı) mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur.[6] Daha çox əfsanəyə bənzəyən ən məşhur versiya isə ondan irəli gəlir ki, knyaz Menşikovun gələcək iqamətgahının ərazisində bir zamanlar portağal ağaclarının saxlandığı istixanalar yerləşirdi və orada hər bir ağacın üzərində "Oranienbaum" yazısı vardır.[7]
Başqa bir versiyaya inansaq, bu ad, Almaniyadakı toponimlərdən birisi — Saksoniya-Anhalt knyazlığında yerləşən Oranienbaum şəhərindən götürülmüşdü.[8][9] Almaniyadakı bu şəhərin adı isə Luiza-Henriettanın atası Oranlı III Vilhelmin şərəfinə adlandırılmışdı. Beləliklə, hesab etmək olar ki, Peterburqun yaxınlığında yerləşən bu şəhərin adının mənası "Oranlılar ağacı" mənasını daşıyır.[10]
1948-ci ildə şəhərin adı məşhur rus alimi Mixail Lomonosovun şərəfinə dəyişdirilmişdi. Lomonosov Oranienbaumun yaxınlığında yerləşən Ust-Ruditsa kəndində biser, steklyarus, smalta hazırlayan fabrika açmışdır. Şəhərin ərazisində yerləşən saray-park kompleksi köhnə "Oranienbaum" adını qoruyub saxlamışdı.
Tarix
redaktəYaşayış məskəninin yaranması
redaktəLomonosov şəhərinin əsası 1710-cu ildə, Fin körfəzinini cənub sahilində yerləşən və imperator I Pyotr tərəfindən Ulu İngermanland knyazı Menşikova hədiyyə olunan torpaqlarda saray-park kompleksinin tikintisi ilə qoyulmuşdur.[6] 1710–1725-ci illərdə Oranienbaumda memarlar D.Fontana, G.Şedel və N.Pino tərəfindən knyaz Menşikova möhtəşəm saray tikilmişdir. Çağdaş insanlardan biri gördüyü bu sarayı bu cür təsvir edirdi:
Ev təpənin üstündə inşa edilib və oradan gözəl mənzərə açılır. Bu iki mərtəbəli bina iki yarımdairəvi qalereyaları ibarətdir, bu qalereyalara nisbətən çox böyük, dəyirmi fligellər aparır. Sarayın yerləşdiyi yuxarı hissədən, terras vasitəsilə böyük eyvana, oradan isə bağlara düşmək olar. Sarayın otaqları kiçikdir, lakin onlar çox gözəl rəsm əsərləri və mebel ilə təchiz olunmuşdur... [11] |
Sarayın yaxınlığında müxtəlif təyinatlı başqa binalar da yerləşirdi, sarayın düz qarşısında isə, düzgün həndəsi şəbəkəsi olan və səliqəli ağac və kollar ilə bəzədilmiş xiyaban və park salınmışdır. 1727-ci ildə ulu knyazın rəzalətindən sonra, Oranienbaum kompleksi ilk öncə Binalar üzrə Baş Şöbə İdarəsinə, 1737-ci ildə isə Admiral-Kollegiya və Dəniz Xəstəxana İdarəsinə köçürülmüşdü.[11] 1737-ci ildən isə Böyük sarayda artıq hospital yerləşirdi.[12]
Yaşayış ərazisi Menşikov iqamətgahından şərqdə yerləşirdi və ilkin olaraq təhkimçilərin və azad sənətkarların yaşadığı qırx taxta evdən ibarət idi. Kənd tədricən böyük bir saray qəsəbəsində (slobodaya) çevrilir.[13]
1743–1762-ci illərdə Oranienbaum böyük knyaz Pyotr Fyodoroviçin (gələcək İmperator III Pyotrun) əsas iqamətgahına çevrilmişdir.
Oranienbaumun ətrafında, yenə Ruditsa çayının Kovaşaya töküldüyü ərazidə rus alimi Lomonosov tərəfindən yaradılmış mozaikanın hazırlanması üçün steklyarus, biser və smalta fabriki açılmışdır.
9 iyul 1762-ci ildə III Pyotr Böyük sarayın yapon pavilyonunda, həyat yoldaşı II Yekaterinanın onun əvəzinə imperatriça seçilməsinə dair bütün sənədlərə imaza atmağa məcbur olmuşdur.[12]
Şəhər
redaktə1780–1796 və 1802–1848-ci illərdə Oranienbaum Peterburq quberniyasının tərkibində olan şəhərlərdən biri idi. 1783-cü ildə III Pyotrun boş qalmış sarayında mahal xəzinədarlığının pul anbarı yerləşirdi; Peterhof və Kronstadtdan dövlətə məxsus vergi və digər məbləğlər buraya köçürülürdü. 1784-cü ildə şəhər memarlar Vasili Stasov, Abram Melnikov və başqalarının tərtib etdiyi "tipik layihələrə" uyğun olaraq müntəzəm plan üzrə inşa edilirdi. 1784-cü ilin məlumatlarına əsasən, şəhərdə 616 nəfər məskunlaşmışdır, buranın sahəsi isə 41 ondalıq və 2040 kvadrat metr ərazini əhatə edirdi. Şəhərdə saray binalarından başqa, əlavə olaraq 60 şəhər sakini üçün nəzərdə tutulmuş əsasən taxtadan evlər inşa olunmuşdur. Elə həmin dövrdə şəhərin əsaslı təmiri başladı, çoxlu sayda yollar və körpülər tikildi. "İctimai görüş" binasının tikintisi başladı. 1786-cı ildə Xalq Məktəbinin iki mərtəbəli binası, həmçinin Feliks Silk və İosif Qaltyerinin çisyan və şpaler fabriki inşa edilmişdir. O dövrdə şəhərin mərkəzində duz və şərab mağazası, müqəddəs Panteleymon kilsəsi, taxtadan inşa edilmiş Müqəddəs Üçlüyün qəbiristanlıq kilsəsi və Lüteran kirxası var idi. 1787-ci ildə dəniz hospitalı yaradılmışdır.[12]
1796-cı ildə şəhər Böyük knyaz Aleksandr Pavloviçə (gələcək imperator I Aleksandr), 1831-ci ildən isə — onun qardaşı Böyük knyaz Mixail Pavloviç və onun varislərinnə məxsus idi.
XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Oranienbaumda Volından olan leyb-qvardiya alayı, daha sonralar isə 147-ci Samara Piyada alayı yerləşmişdir. 1815-ci ildə şəhərin yenidən qurulması üçün xüsusi komissiya təsis edilmişdir. Bu komissiyaya məşhur memar V.P. Stasov dəvət edilmişdir. Məhz bu memarın layihələri əsasında invalid qvardiya rotası üçün kazarmalar, sənətkar və bağçılıqla məşğul olan tələbələr üçün isə üç ev inşa olunmuşdur. 1829-cu ildə memar A.M. Qornostayevin tərtib etdiyi layihəyə uyğun olaraq daş şəhər giriş qapıları ucaldılmışdır.
1850-ci ildə Fin körfəzinin sahilindəki torpaq sahəsi Kronştadt, Oranienbaum və Sankt-Peterburq şəhərləri arasında hərəkət edən paroxod xidməti üçün satın alınır və burada "Zarya" adında yeni pirs inşa olunur. 1864-cü ildə dəmir yolu Oranienbauma kimi uzadılmışdır. 1913-cü ildə Sankt-Peterburqun Narva darvazasından düz Oranienbaum şəhərinə kimi uzanacaq "Oranela" adlı elektrikləşdirilmiş tramvay xəttinin layihəsi irəli sürülmüşdür. Bu layihə Birinci dünya müharibəsinin başlaması səbəbiylə qismən həyata keçirilmişdir — tramvay xətti Petroqraddan Strelnaya qədər salınmışdır.
1873-cü ildən 1917-ci ilə qədər, Oranienbaumun sahibləri Meklenburq-Strelitz hersoqları idi.
XIX əsrin sonuna qədər Oranienbaum kiçik, sadə köşkləri və villalardan ibarət bir qəsəbə idi. Şəhərdə kitabxana, məktəb, kino, xalq evi, bütün kilsələrdə isə həvəskar xor dərnəkləri fəaliyyət göstərirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərində Oranienbaumda zabit atıcı alayı və cəbbəxana məktəbi yerləşdirilmişdir. Burada Vladimir Fyodorov, Vasili Deqtyaryov və Fyodor Tokarev kimi tanınmış silah konstruktorları işləyirdi. 1891-ci ildə məktəbin atıcılıq poliqonunda konstruktor S.İ. Mosinin yeni orijinal tüfəngi uğurla testdən keçmişdir.
1908-ci ildə elektrik stansiyanın tikintisi başa çatdıqdan sonra, şəhərin bütün küçələri elektrik fənərləri ilə işıqlanmağa başladı. 1909-cu ildə 1400 ədəd oturacağı olan şəhərin əsas teatrı yenidən qurulmuşdu. Şəhərdə ağac emaletmə fabriki, meşə materialları birjası, buxar dəyirmanı, 8 pravoslav kilsəsi, bir Lüteran kirxası, Fin kilsəsi, sinaqoq, yevangelist təriqətinə mənsub kapellalı qadın monastırı və s. buna bənzər kiçik müəssisələr fəaliyyət göstərirdi. Burada həmçinin bir neçə mehmanxana və bazar, restoran və traktir, səbirlilik cəmiyyətləri, çay- və pivəxana da işləyirdi. Bundan başqa, şəhərdə təhsil və səhiyyə sisteminin yüksək səviyyədə olması üçün oğlanlar üçün ali ilkin şəhər məktəbi, qızlar üçün yüksək təlimli şəhər kolleci, Nazir tabeliyində olan birsinifli məktəb, kilsə məktəbi, Meklenburq-Strelitz sülaləsinin hesabına yaradılan 200 yoxsul uşaq üçün nəzərdə tutulmuş yetimxana, kimsəsiz uşaqlar üçün himayə evi, əlil və yaşlı mərhəmət bacılarının evi, cərrahi, terapevtik və yoluxucu şöbələrdən ibarət şəhər xəstəxanası və diş həkiminin ofisi sakinlərə xidmət göstərirdi. Şəhərdə telefon və teleqraf da var idi.
1917-ci ildə şəhərdə yaşayanların sayı artıq 7000 ötmüşdür. 27 fevral (12 mart) 1917-ci ildə şəhərdə yerləşən Birinci Oranienbaum pulemyot ehtiyat alayı Petroqradda Fevral inqilabının başlaması xəbər aldıqdan dərhal sonra üsyan etmişdir. 12 zabiti güllələdikdən sonra, əsgərlər piyada Petroqrada hərəkət edərək Peterhof və Strelna alaylarından olan üsyançılara qoşulmuşdular.[12]
A. Savrasov. Oranienbaum ətraflarının mənzərəsi. 1854 | Spiridon Trimifunt kilsəsi. 1900-cü ilə aid fotoşəkil | Saray prospektində yerləşən müqəddəs Arxangel Mixail kafedralı. 1910-cu ilə aid fotoşəkil | Oranienbaum dəmiryol stansiyası 1917-ci ilə aid fotoşəkil |
Sovet dövrü
redaktə1918-ci ildə Oranienbaum şəhərində Sovet hakimiyyəti quruldu. Bolşeviklərin nümayəndələri qiyamın qarşısını almaq üçün "istismar dəstələrindən" olan bir sıra şəxsləri girov götürərək, bütün hakimiyyəti öz əlinə almışdılar. 1919-cu ildə şəhərdə Qırmızı Ordunun qərargahı yerləşirdi. Bu qərargahda "Krasnaya Qorka" və "Seraya Loşad" fortlarında baş vermiş anti-bolşevik üsyanlarını yatırmaq üçün hərbi əməliyyatların koordinasiyası keçirilirdi. Oranienbaumdan 20 km məsafədə cəbhə xətti keçirdi: Yudeniçin Bəyaz Ordusu Petroqrada yürüş edir. 1920–1921-ci ildə baş vermiş Kronştadt üsyanı zamanı, Tuxaçevski və Trotski Oranienbaumdakı Menşikov Sarayından qiyamın yatırılması üçün əsqərlərə təlim keçirdilər. Üsyançılar ilə döyüşlərdə həlak olmuş Baltik dənizçiləri şəhərin Stansiya Meydanında yerləşən kütləvi məzarlıqda dəfn edilmişdilər.
İnqilabdan sonra, sarayları və parklar muzey çevrilmişdir. 13 avqust 1918-ci ildə Sovnarkom Oranienbaumun park və saraylarını dövlət əmlakı olduğunu elan etdi.
Böyük Vətən müharibəsi zamanı 1941-ci ilin payızında, 5000-dən çox şəhər sakini iki dəfə mühasirəyə alınmış Oranienbaumda aclıqdan öldü. Lakin Peterhofla müqayisədə, Oranienbaumun mədəni xəzinələri, memarlıq abidələri çox az zədələnmişdir. Müharibə zamanı Oranienbaum limanını əfsanəvi kreyser "Avrora" mühafizə edirdi. 1944-cü ilin yanvar ayından, məhz bu nöqtədən sovet qoşunları qarşı hücuma keçdi. Oranienbaum platzdarmının müdafiəsi 29 ay davam etdi, bu torpaqlarda, müdafiəçilər çoxlu şücaət göstərdilər. Sovet İttifaqının Qəhrəmanları arasında Afanasyev, A. Vasilyev, Tixonov və G. Kostılyov kimi məşhur Oranienbaum sakinlərinin adlarını qeyd etmək olar. Oranienbaumun mübarizəsi zamanı yerli sakin — pilot Kostılyov öz qəhrəmanlığı ilə xüsusilə seçilmişdir — onun adı hal-hazırda şəhərin küçələrindən birində, xatirə lövhəsində ölümsüzləşmişdir.[14]
1948-ci ildə başlanılan kosmopolitizmə qarşı kampaniya zamanı (bu dövrdə xarici dildə olan şəhər adları RSFSR xəritəsindən yox edilmişdir), böyük rus alimi Mixail Vasilyeviç Lomonosovun şərəfinə şəhərin adı dəyişdirilmişdir. 1955-ci ildə şəhərin mərkəzində Lomonosovun abidəsi quraşdırılmışdır (heykəltaraş G. D. Qlikman).
1960–1980-ci illərdə Lomonosovda aktiv tikinti işləri aparılırdı. Yeni mikrorayon (Cənub rayon) salınmış, taxta binaların çoxu isə sökülmüşdü. Həmçinin çoxmərtəbəli binaların tikintisinə başlanmışdır. 1960-cı ildən, onların əksəriyyəti standart layihələr üzərində inşa edilməyə başlamışdı.[15]
18 aprel 1978-ci ildə Lomonosov şəhəri Leninqrad vilayətinin inzibati tabeçiliyindən, yeni yaradılmış Petrodvorets rayonuna köçürülmüşdü.
Böyük Vətən müharibəsi zamanı göstərdiyi cəsarət və qəhrəmanlığa görə, 1981-ci ildə Lomonosov şəhəri I dərəcəli orden ilə təltif olunmuşdu.[14]
Müasir dövr
redaktəYaradılmış proqram üzrə hərbçilərin mənzil probleminin həlli, eləcə də ixrac-idxal yüklərin emal prosesi zamanı büdcədənkənar maliyyənin əldə edilməsi məqsədilə, 1993-cü ilin iyul ayından Lomonosov şəhərinin hərbi-dəniz bazasının istismarı, həmçinin limanın yenidən qurulması işləri başladılmışdı. Limana daha böyük həcmli gəmilərin daxil olmasını saxlamaq məqsədilə, 1996-cı ildə Lomonosovda dibdərinləşdirmə işləri həyata keçirilmişdi.
1994-cü ildən Lomonosovda İqor Stravinski adına beynəlxalq festival və gənc pianoçuların müsabiqəsi keçirilir.[16]
2004-cü ildə "Oranienbaum" muzeyinin tərkibində olan üç tikilinin: Böyük saray, Peterştadt və Şəxsi mülk ansamblının bərpa işlərinin yeni mərhələsinə start verilmişdi.[17]
3 noyabr 2011-ci ildə Lomonosov "Hərbi Şöhrətli Şəhər" fəxri adına layiq görülmüşdü.[18]
9 sentyabr 2012-ci ildə ictimaiyyətin birbaşa təşəbbüsü ilə, Oranienbaumda anadan olmuş İ.F. Stravinskinin şərəfinə "Stravinski-Fest" adlı 1-ci Beynəlxalq Musiqi Festivalı təşkil olunmuşdu.
Coğrafiya
redaktəRelyef və geologiya
redaktəPaleozoy dövründə (yəni 300–400 milyon il bundan öncə) bütün şəhər ərazisi dəniz ilə əhatə olunmuşdur. O dövrün qum, gil və torf linzalalı lil çöküntüləri qranit, gneizit və diabazdan ibarət kristallaşmış qat torpağın qalın təbəqəsini (200 metrə qədər) örtür. Müasir relyef buz örtüyü (son Valday buzlaşması 12,000 il əvvəl baş vermişdi) nəticəsində formalaşmışdır. Buzlaqlar geri çəkildikdən sonra, hazırkı Baltik dənizinin yerləşdiyi bütün ərazidə Littorina dənizi formalaşmışdır (onun səviyyəsi hazırkı dənizdən 7–9 metr daha yüksək idi). 4000 il əvvəl dəniz geriyə çəkilmiş və körfəzin bir sıra hissələrində adalar yaranmışdı. Vadi buzlaq-göl və postglyasial çöküntülərdən ibarətdir. Relyef son 2,5 min il ərzində demək olar ki dəyişməyib.
İqlim
redaktəLomonosov dənizdən qitəyə keçən mülayim və rütubətli iqlimə malikdir. Əsasən tsiklonik fəaliyyət nəticəsində şəhər üzərində hava kütlələrinin tez-tez dəyişikliyi müşahidə olunur. Yayda qərb və şimal-qərb, qışda isə qərb və cənub-qərb küləkləri üstünlük təşkil edir. Ayrılıqda Lomonosov şəhərinin iqlimi Sankt-Peterburqdan hər hansı xüsusi fərqləndirici əlaməti yoxdur. Fin körfəzi dayaz sulu olmasına baxmayaraq, şəhərin temperatur şəraitində təsir göstərir. Dəəniz sahilində külək bir az güclü olur.
Lomonosovun hava temperaturu və yağıntıların illik göstəriciləri Peterburqa demək olar ki identikdir.[19][20]
Lomonosov şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | −2,3 | −1,4 | 4,1 | 9,2 | 16,1 | 20,5 | 22,2 | 20,6 | 14,6 | 8,5 | 1,8 | −0,7 | 9,4 |
Orta temperatur, °C | −6,1 | −6 | −1,4 | 4,4 | 10,9 | 15,8 | 18,1 | 16,4 | 11,0 | 5,6 | −0,1 | −3,9 | 5,4 |
Minimum orta, °C | −7,9 | −7,7 | −2,9 | 1,6 | 7,1 | 11,9 | 14,0 | 13,0 | 8,0 | 3,7 | −2,1 | −5,5 | 2,8 |
Mütləq minimum, °C | −35,9 | −35,2 | −29,9 | −21,8 | −6,6 | 0,1 | 4,9 | 1,3 | −3,1 | −12,9 | −22,2 | −34,4 | −35,9 |
Yağıntı norması, mm | 40 | 31 | 35 | 33 | 38 | 64 | 78 | 77 | 67 | 65 | 56 | 79 | 633 |
Torpaqlar, bitki və heyvanlar aləmi
redaktəŞəhərin quruluşundan öncə, bu ərazilər iynəyarpaqlı meşələr (şam və küknar) və düzən bataqlıqlar ilə əhatə olunmuşdu. Hazırda Fin körfəzinin dar sahil zolağında qara qızılağacın bitməsi üçün əlverişli düzən bataqlıqlar qorunur. Ərazidə orta gillicəli torpaqlar üstünlük təşkil edir. Təbii landşaft xalqın sıx təsərrüfat fəaliyyəti nəticəsində geri çəkilərək, sahələr boyu mədəni landşaftın inkişafına səbəb olmuşdu. İndi burada ağcaqovaq, ağcaqayın və söyüd ağaclarının kiçik sahələrini istisna etsək, geniş əkinçilik və kənd təsərrüfatı əraziləri üstünlük təşkil edir. XVIII–XIX əsrlərdə Lomonosovda 819 hektar sahəyə malik geniş park salınmışdır.[21]
Şəhər ətrafında bəzən tülkü və kəkliklə rastlaşmaq olar. Şəhərdə böyük sayda quş, onurğasız heyvanlar və sürünənlər yaşayır.[22]
Demoqrafiyası
redaktəLomonosov şəhərinin əhali sayının dinamikası:[12][23]
2002-ci ilin Ümumrusiya əhali siyahıyaalmasına görə, Lomonosov şəhərində 45,1% kişi və 54,9% kişi daxil olmaqla,[24] ümumilikdə 37,776 nəfərin, 2010-cu ildə isə — 42 505 nəfərin yaşadığı müəyyənləşdirilmişdi. Lomonosov şəhərinin iqtisadi fəal əhalinin nəzərə çarpacaq hissəsi Sankt-Peterburqda işləyir.
İqtisadiyyat
redaktəSənaye
redaktəŞəhərdə "KMT" sərnişin dəmir yolu vaqonların avadanlıqlarını istehsal edən şirkət ("Transmaşxoldinq" kompaniyasına məxsusdur), rezin məhsullarını istehsal edən "Krasnıy Treuqolnik" (Qırmızı Üçbucaq) zavodunun filialı, həll olunan qarışıqlar zavodu, bir sıra ağac emalı və eləcə də qida sənayesinə aid müəssisələr (çörək, süd və pivə zavodu) fəaliyyət göstərir. Martışkinoda son zamanlara qədər avtomobil təmiri zavodu və "Parus" poliqrafiya fabriki yerləşirdi.
Bundan başqa burada Leninqrad Hərbi Dəniz Qüvvələrinin bazası tərkibində bir sıra şirkətlər (28-ci hərbi zavod, analitik cihazqayırma fabriki), həmçinin "Gidropribor" sənaye zonası fəaliyyət göstərir.[25]
Ticarət və xidmət sektoru
redaktəBu gün Lomonosov sosial və ticarət infrastruktur obyektləri ilə çox zəngindir. Şəhər böyük fəallıqla pərakəndə satış mərkəzlərinin ("Pyatyoroçka", "Maqnit", "7-ci Ailə", "Dixie", "Eldorado" "Maşinı" və digər) inkişaf və tədqiqolunması ilə məşğuldur.[25] Şəhər həmçinin Beeline, Megafon, MTS, Sky Link, Tele2 kimi mobil şəbəkələrin əhatəsindədir. Lomonosovda "Baltiyski luç" qəzeti nəşr olunur.
Memarlıq və Diqqətəlayiq yerlər
redaktə"Oranienbaum" saray-park ansamblı
redaktəMəşhur saray-park kompleksi Fin körfəzinin cənub sahilində və Sankt-Peterburq şəhərindən 40 km qərbdə yerləşir.[17]
Oranienbaum Saray-park ansamblı Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli bütün komplekslər kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 2007-ci ildən saray və parklar Peterhof muzey-qoruğu tərəfindən idarə olunur.[26]
Böyük saray
redaktə- Böyük (Menşikov) sarayı
Böyük Menşikov, Böyük Peterhof sarayı kimi təbii təpənin kənarında yerləşir. Aşağı park və Fin körfəzinin qarşısında duran əsas fasadın uzunluğu 210 metrdir. Sarayın mərkəzi hissəsi iki mərtəbəlidir; onun yanına qövsvari bir mərtəbəli qalereyalar qoşularaq Yapon və Kilsə pavilyonları ilə tamamlanır. Pavilyonlara perpendikulyar şəkildə iki qanad (fligel) əlavə olunub, beləliklə planda saray "P" formasını xatırladır. Fligellər Böyük Sarayın daxili həyətinin sərhədləri hesab olunur. Menşikov sarayı — pyotr barokkosu üslubundadır. Bu saray I Pyotrun yaxın dostu Aleksandr Menşikov üçün inşa edilmişdir. Tikinti işləri memar F. Fontananın nəzarəti altında həyata keçirilmişdir, ancaq 1713-cü ildə onu əslən Almaniyalı İ.Q.Şedel əvəz etmişdir.[27]
- Aşağı park
Aşağı parkın əsası Böyük sarayın tikinti işlərinin başlanmasından 2 il sonra qoyulmuşdur. Bu Rusiyada ilk müntəzəm parklardan biridir. Sarayın qarşısında güllərdən ibarət parterlər, həmçinin 3 fontan (fontanlara gələn su Qırmızı hovuzda inşa edilmiş bənd vasitəsi ilə çəkilmişdir) və trilyaj şəbəkələr yaradılmışdır. Parkda oyma taxtadan hazırlanmış və mərmər effekti yaratmaq məqsədilə xüsusi ağ rəngə boyanmış 39 heykəl, həmçinin dörd qızıl suyuna salınmış və qurğuşundan hazırlanmış heykəllər dururdu. Aşağı parkın əsas hissəsini XVI–XVII əsrlərin Moskva bağ ənənələrinə uyğun olaraq meyvə ağacları və giləmeyvə kolları təşkil edirdi.[27]
- Dəniz kanalı
Oranienbaumda kanalın qazılması 1719-ci ildə başlamışdır. Kanalın sahili boyu cüt sıra ağaclar əkilmişdi, kanalın özü isə aşağı parkın girişi hissəsi önündə, fiqurlu limanla tamamlanırdı.
- Şəkilli ev
XVIII əsrin əvvəllərində "pyotr barokkosu" üslubunda inşa edilmişdir.
Peterştadt qalası
redaktəPeterştadt (alm. Peterstadt) qalasının ansamblı 1758–1762-ci illərdə yaradılmışdır. Böyük knyaz Pyotr Fyodoroviçin, gələcək imperator III Pyotrun Karasta çayının sağ sahilində əyləncə kaprizi (əyləncə qalası) yerləşirdi. Qala 14 bucaqlı ulduz şəklindədir,[28] həmçinin onun 4 bürcü var və faktiki olaraq bu tikili ondan öncə bu ərazidə mövcud olmuş müqəddəs Pyotr qalasının yerində ucaldılmışdı. Pyotr Fyodoroviç Peterştadtın komendantı idi, onun qarnizonunu isə Holşteyn hersoqluğundan xidmət üçün dəvət olunmuş əsgər və zabitlər təşkil edirdi. Qalanın içərisində hauptvaxta, zabitlər evi, arsenal və s. buna bənzər müxtəlif binalar yerləşirdi. Qalanın mərkəzində beşbucaqlı platz (hərbi təlimlər üçün meydança) yerləşirdi.[13]
- III Pyotrun sarayı
Saray, Peterştadt qalası ilə eyni vaxtda — 1758–1762-ci illərdə memar Antonio Rinaldinin layihəsi əsasında tikilməyə başlamışdır. Saray kubik formalı, ballüstrada ilə bəzədilmiş iki mərtəbəli kiçik pavilyondur. Planda, saray kənarları qövsvari kəsilmiş kvadrata bənzəyir. Binanın elə məhz bu hissəsi, onun əsas fasadı hesab olunur. Kəsilmiş künclər tikilini vizual cəhətdən daha böyük və əzəmətli göstərir.[27]
- Fəxri Giriş qapısı
Fəxri Giriş qapıları müqəddəs Pyotr əyləncə qalasının (daha sonralar isə Peterştadt kaprizinin) əsas giriş qapıları hesab olunurdu. Peterştadt-da bu qapıların sayəsində III Pyotrun Holşteyn qoşunlarının təlim keçdiyi kiçik platza rahat şəkildə giriş açılırdı.[13]
- Petrov parkı
Yeni park italyan bağ sistemlərinə uyğun şəkildə, memar Antonio Rinaldi tərəfindən və bağ ustası Lambertinin iştirakı ilə yaradılmışdır. Terrassa, kaskad və pilləkənlərdən savayı, parkda bir neçə miniatür pavilion – ikimərtəbəli Ermitaj, Solovyov köşkü, fontanlı Menajeri və Çin evi yerləşirdi.[13]
Şəxsi Mülk ansamblı
redaktəTikili 1760–1770-ci illərdə memar A.Rinaldinin layihəsi əsasında gələcək imperatriça II Yekaterina üçün inşa olunmuşdur.[13]
Yuxarı parkın dərinliyində yerləşmiş Çin sarayı İmperatriça II Yekaterinanın Şəxsi mülk saray-park kompleksinin tərkib hissəsi sayılır. 1762–1768-ci illərdə memar Antonio Rinaldinin layihəsi üzrə inşa olunmuş saray başlanğıcda bir mərtəbəli idi, yalnız XIX əsrin ortalarına böyük knyaz Mixail Pavloviçin qızı, Yekaterina Mixaylovna üçün daha bir mərtəbə də inşa edilmişdir.[L 3] Həmin dövrdə saraya şüşəbəndli qalereya, şərq və qərb qanadlarına isə kiçik bitişik tikililər əlavə olunmuşdur. "Çin sarayı" adı ilk dəfə 1774-cü ildə, kamer-furyer jurnalında qeyd olunmuşdur. Bundan öncə, saray bütün sənədlərdə "Holland evi" (Peterhofda yerləşən Monplezir sarayı kimi), "Yuxarı bağdakı ev" və ya "Kiçik ev" olaraq tanınırdı.[27]
- Sürüşmə təpəsi pavilyonu
Sürüşmə təpəsi pavilyonu 1762–1774-cü illərdə memar Antonio Rinaldinin layihəsi əsasında inşa olunmuşdur. 30 metr hünürlüyə malik bu çoxpilləli daş bina Yuxarı parkın qərb hissəsində, şimal sərhədinə yaxın ərazidə yerləşir. Onun üç ölçülü həlli Tsarskoye seloda yerləşən Ermitaj binasına bənzəyir — mərkəzi korpusa massiv fligellər bitişir (lakin Ermitajdan fərqli olaraq, onlar dörd yox, üç dənədir). Pavilyonun memarlıq görünüşündə həm barokko (fasad kompozisiyası, dekorativ alebastr güldanları), həm də erkən klassisizm (sütunlar) üslubuna xas elementlər mövcuddur.
Böyük Vətən müharibəsi zamanı pavilyon Oranienbaum Parkının digər binaları ilə müqayisədə daha çox dağıntıya məruz qalmışdı, buna görə də, onun təmir-bərpa işləri yalnız 1959-cu ildə tamamlanmışdı.[13]
Digər diqqətəlayiq yerlər
redaktəLomonosov şəhərində hal-hazırda 210 tarixi və mədəni abidə qorunub saxlanılır. Onlar içərisində aşağıdakıların adlarını qeyd etmək olar:[29]
- S.K. Qreygin malikanəsi (1720-ci il, memar D.Trezini, Olgin kanal qəsəbəsi) — Böyük Vətən müharibəsi zamanı dağılmış keçmiş "Sans-Ennui" sarayı. XVIII əsrin saray-park ansamblının əsas tikililəri — fligel, hovuz, heykəllər, terraslar və körpülər idi.
- Mordvinovlar iqamətgahı (XVIII–XX əsrin əvvəli, Levitan küçəsi № 2) — üç yüz yaşlı palıdların bitdiyi park, istixana, hovuz və su qülləsi.
- Saray Axırları (1751–1754, memar F.B. Rastrelli, Yeleninskaya küçəsi № 20–26)
- Şəhər ictimaiyyətinin görüş və yerləşmə binası (1815–1824, memarlar V.P. Stasov və A.A. Mixaylov)
- Şəhər qapıları (1826–1829, memar Aleksey Qornostayev, Oranienbaum şossesi) — kərpic və suvaqla örtülmüş kubik formalı qapıların içərisinə tağvari giriş oyulub.
- Müqəddəs İoann yevangelik-lüteran kilsəsi (1831, memar A.Menelas, Martıkino, Kiroçnaya küçəsi № 14) — fin icmasının fəaliyyət göstərən yevangelik-lüteran kilsəsi.
- Oranienbaum Dəmir Yolu Vağzalı (1862–1864, memar F.L. Miller, bərpa işləri 1940–1950-ci illərdə)
- "Maksimov daçası" adlı malikanə (1892, Krasnoflotskoye şossesi № 16) — XVIII–XIX əsrlərə aid istixana və hovuzlu əsas ev.
- Spiridon Trimifunt kilsəsi (1896, memar V.İ. Şyeqolov, İlikovski prospekti № 1) — bir mərtəbəli taxtadan inşa edilmiş pravoslav kilsə. 2008-ci ilin mart ayında tamamilə yararsız vəziyyətə düşmüş kilsənin daha sonralar yenidən bərpa edərək və həmçinin onu əvvəlki görünüşünə qaytarmaq məqsədilə sökülmüşdü.
- Müqəddəs Üçlük kilsəsi və mərhəmət evi (1903–1904, memar İ.P. Qorlenski, Oranjereynaya küçəsi № 19)
- Arxangel Mixail kafedralı (1914, memar A.K. Minyayev, Saray prospekti № 61) — neorus üslubunda inşa olunmuş və hal-hazırda fəaliyyət göstərən pravoslav kilsə.
- Mədəniyyət sarayı (1950-ci il, Saray prospekti № 12) — rus klassisizmi üslubunda inşa olunmuş bina.
- M.V. Lomonosovun abidəsi (1955, memar Q.D. Qlikkman, heykəl Mədəniyyət sarayının daxilindədir: Saray prospekti № 12)
- Martışkino qardaşlıq məzarlığı (1975, memarlar A.İ. Alımov, A.V. Karagin və heykəltaraş Abovyan, Martışkino, Dəniz küçəsi) — Böyük Vətən müharibəsi zamanı Oranienbaum platzdarmışda həlak olmuş müdafiəçilərin və müzəffər əsgərin bürünc heykəli qorunub saxlanılan qəbiristanlıq.
Şəhərin planlaşdırılması
redaktəŞəhər memarlıq və bədii ansambllardan şimal, şərq və cənuba uzanır. Şəhər Fin körfəzinə çıxan düzxətli planlaşdırması ilə fərqlənir.[13] Şəhərin ən əsas mərkəzi magistralı — saray və park ansamblından şimal qərbdən şərqə uzanan Saray prospektidir. Prospekt qərb istiqamətində Krasnoflot şossesinə, şərq tərəfdən isə Martışkino qəsəbəsinin Dəniz küçəsinə keçir və daha sonra, Oranienbaum yolu vasitəsi ilə Peterhof şəhərinə istiqamət alır. Dairəvi avtomobil yoluna çıxan Oranienbaum prospekti şəhərin şimaldan cənub hissəsinə keçir. Şəhərdən Qolitsın şossesinə və Leninqrad rayonunun cənubuna çıxmaq üçün ən yaxşı variant Fedyuninski küçəsidir. Lomonosov şəhərinin hal-hazırda tərkibinə daxil edilmiş bir neçə tarixi rayon (Martışkino şərqdə və Kronştadt koloniyası qərbdə) bir-birinə yaxın ərazidə yerləşir. Martıkinonun Svyaz küçəsindən Fedyuniski küçəsinə, oradan isə Qostilitskoye şossesinə çıxış mövcuddur.[30]
Hakimiyyət və siyasət
redaktə1917-ci ilə qədər şəhər rəhbərliyi Şəhər Hökuməti və polis şöbəsi tərəfindən həyata keçirilmişdir. 1909-cu ildən 1917-ci ilə kimi şəhər şurasının rəhbəri Vetitnev seçilmişdir. Şura üzvləri: tacirlər Turkin, Stepanov, Vinoqradov, Volkov, Polsadov və Tsepov idi. Onlar əslində Oranienbaumun taleyini həll edirdilər. Bələdiyyə başçısı məclis üzvlərinin qərarlarının icraçısı idi və şəhər idarə olunması üzrə kiçik məsələləri şəxsən həll etmək səlahiyyətinə malik idi.[12]
Müasir yerli hökumət — yəni Bələdiyyə Məclisi 1998-ci ildən fəaliyyət göstərir. 1 mart 2009-cu ilin seçkilərinə əsasən yeni IV çağırış seçilmişdir (10 millət vəkili arasında: 7 — "Vahid Rusiya", 2 — Kommunist Partiyası, 1 — isə "Ədalətli Rusiya" partiyasından idilər).[31] Seçki zamanı bir sıra qüsurlar müəyyən olunması ilə əlaqədar, məsələ ilə bağlı cinayət işi başladılmışdı. Bunun nəticəsi olaraq, Vahid Rusiya namizədlərin demarşı səbəbindən, bələdiyyə şurası ləğv olunmuşdu. Şəhər Bələdiyyə Şurasının katibi Aleksandr Mişutkinin, Vahid Rusiya partiyasına namizəd bir şəxs və Lomonosov bələdiyyə şəhərin yerli administrasiyasının rəhbəri — Leonid Germanoviç Şimarekin arasında qarşıdurma baş vermişdi.[32] Hal-hazırda, Bələdiyyə Məclisi düzgün fəaliyyət göstərir, onun sədri müxalifətdən olan namizəd Nadejda Smolnikovadır. Şuranın ümumi 10 yerdən "Vahid Rusiya" partiyasının üzvlərinə yalnız 4 oturacaq məxsusdur.[33]
Gerb və bayraq
redaktəŞəhərin gerbi İmperatriça II Yekaterina tərəfindən 7 may 1780-ci ildə təsdiq edilmişdir. Bunun səbəbi, o dövrdə saray slobodasının şəhərə çevrilməsi və eyniadlı mahalın mərkəzinə çevrilməsi idi. Gerbin üzərində narıncı (portağal) ağacı təsvir olunmuşdu:
„Gümüş rəngli sahədə meyvəli narıncı ağacı.“[34] |
1859-cu ildə Oranienbaum gerbinin yeni layihəsi tərtib olunmuşdur:[35]
„Gümüş sahəsində qızıl meyvəli yaşıl ağac. Sərbəst hissədə Sankt-Peterburq vilayətinin gerbi. Qalxanın üstündə üç dişli qırmızı tac, yan hissələrdə isə Aleksandr lenti ilə bəzədilmiş çapraz iki qızıl lövbər“. |
16 avqust 2007-ci il tarixli Lomonosov Bələdiyyə Şurasının 234 nömrəli qərarına əsasən, şəhər gerbin təsvirində, həmçinin burada əsasnamənin bəzi detal və mətnində korrektələr edilmişdir. Əsasnamənin mətnində gerbin təsviri:
- Lomonosov bələdiyyəsinin heraldika-gerb təsviri: Gümüş rəngli sahədə, yaşıl yer üzündə tünd qırmızı budaqları, yaşıl yarpaqları və qızıl meyvələri olan narıncı ağacı.
- Lomonosov bələdiyyəsinin gerb simvolikasının əsaslandırılması:
XVIII əsrin əvvəllərində Teiris mızasına (malikanəsinə) bitişik sahələr I Pyotr tərəfindən knyaz Aleksandr Menşikova hədiyyə edilmişdir. Gerbin simvolikasına dair daha çox əfsanəyə bənzəyən ən məşhur versiya isə ondan irəli gəlir ki, knyaz Menşikovun gələcək iqamətgahının ərazisində bir zamanlar portağal ağaclarının saxlandığı istixanalar yerləşirdi və orada hər bir ağacın üzərində "Oranienbaum" yazısı vardır. Başqa bir versiyaya inansaq, sarayın adı Almaniyadakı Oranienbaum şəhərindən götürülmüşdü. Nəhayət sonuncu versiyaya əsasən, saray İngiltərə kralı Vilhelm Oranlının şərəfinə adlandırılmışdı (I Pyotr bu şəxsə böyük ehtiram və rəğbət hissi duyurdu, cavan yaşlarında bu hisslər hətta ibadət dərəcəsinə çatmışdı). Aşağıda gerbin hazırlanması zamanı istifadə olunan rənglərin mənası (simvolikası) verilmişdi:
- Gümüş — düşüncələrin təmizliyi, təqsirsizlik, kövrəklik, dürüstlük, alicənablıq, ümid, hikmət, sülh.
- Qızıl — alilik, böyüklük, hörmət, şöhrət.
- Yaşıllıq — sevinc, həyat, bolluq, təbiətin dirçəliş rəmzi.
- Müəllif qrupu:
gerbin rekonstruksiyası: Konstantin Sergeyeviç Başkirov, simvolikanın əsaslandırılması: Svetlana Yuryevna Şteynbax"[35]
Elm və Təhsil
redaktəLomonosov şəhərində Rusiya dəniz sualtı silahı sahəsində "Gidropribor" və "Morteplotexnik" kimi aparıcı müəssisələr yerləşir.[36]
Şəhərdə "Qütb Dəniz Geoloji Ekspedisiyası"-nın Federal Dövlət Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi yerləşir. Onun fəaliyyət sahəsinə Arktikanın kompleks geoloji və geofiziki araşdırması, okeanların və Antarktidanın daxili sularında müxtəlif metodlardan istifadə edərək ekoloji monitorinqin keçirilməsi daxildir.[37]
Lomonosov şəhərində 6 orta məktəb və gimnaziya, 13 uşaq bağçası və körpələr evi, Hərbi Dəniz Qüvvələrinin kolleci (mütəxəssislər hazırlayır), Şimal-Qərb Dövlət Texniki Universitetinin filialı, İqor Stravinski adına uşaq incəsənət məktəbi və Arxangel Mixail kilsə-məktəbləri var.
İnfrastruktur
redaktəNəqliyyat
redaktəLomonosovda 4 sosial şəhərlərarası avtobus marşrutları fəaliyyət göstərir. İctimai avtobus marşrutları Lomonosov şəhərini Sankt-Peterburqun Krasnosel rayonu, Peterhof, Kirov, Kronştadt şəhərləri,[38] həmçinin "Kirov Zavodu" metro stansiyaları ilə, ticarət marşrutları isə "Avtovo" metro stansiyası ilə birləşdirir. Bundan başqa, şəhərin mərkəzində Sankt-Peterburq-Sosnovıy Bor kommersiya marşrutu keçir. Bir neçə şəhərətrafı marşrutlar Lomonosovu Leninqrad rayonunun yaşayış məntəqələri ilə birləşdirir.[39]
Lomonosovun Saray prospekti boyunca Sankt-Peterburq — Sosonovı Bor — Ruçyi istiqamətində avtomobil yolu keçir. Dairəvi yol Lomonosovdan bir neçə kilometr cənubdan, "İliki" qəbiristanlığının arxasından keçir və şəhərin yol şəbəkəsi ilə bağlanır (Oranienbaum prospektinin körpülü qovşağı ilə cənubda, "Bronk" qatar stansiyası və Krasnoflotskoye şossesinin yaxınlığında yerləşən səddlə şimalda). Şəhərin ərazisində Oktyabr Dəmiryolunun Oranienbaum I, Oranienbaum II, Martışkino və Kronştadtskaya Koloniya adlı platmorlmalar yerləşir; sərnişin trafiki Sankt-Peterburqun Baltik stansiyası ilə həyata keçirilir. Baltik Vağzalı Oranienbaum I sahəsində dəmir yolu iki tərəflidir — hərəkət intensivliyi orta hesabla eyni istiqamətə elektrik qatarları iki-üç saat qət edir. Oranienbaum I — Kalişşe (Sosnovı Bor) sahəsi bir tərəflidir — qatarlar bu istiqamətdə hər yarım saatdan bir işləyir.
Lomonosovun şimalında Dəniz vağzalı yerləşir. Əvvəllər vağzaldakı bərə vasitəsilə sərnişinlərin Kronştadt şəhərinə getmək imkanı vardı. Limanın əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün müxtəlif planlar tərtib olunub.
Səhiyyə və idman
redaktəHal-hazırda Lomonosovda aşağıdakı tibb müəssisələri fəaliyyət göstərir: Mərkəzi Rayon Xəstəxanası, 72,2 saylı Uşaq poliklinikası, Psixo-Nevroloji internat, eləcə də müxtəlif sahələrdə özəl tibb müəssisələri.[25]
Şəhərdə "Manej" adlı Uşaq və Gənclərdən ibarət İdman Məktəbi və Yüngül Atletika məktəbi intensiv şəkildə fəaliyyət göstərir.[25]
Lomonosovda (Oranienbaumda) anadan olmuş və ya yaşamış tanınmış şəxsiyyətlər
redaktə- Stanislav Boretski (doğ. 1973) — Rusiyanın tanınmış estrada müğənni və şair. Lomonosov şəhərində anadan olub və burada da yaşayır.
- Georgi Vinoqradski — Sovet dəniz hərbçisi, 2-ci dərəcəli flaqman
- Mixail Malofeyev (25 may 1956–17 yanvar 2000) — general-mayor, Rusiya Federasiyasının Milli Qəhrəmanı (ölümündən sonra). Lomonosovda doğulub. Lomonosovun 4 saylı məktəbini (indiki 429 nömrəli) bitirmişdir.
- Mixail Meklenburq-Strelitzki (1863–1934) — Meklenburq-Strelitz hersoqu, Karl-Mixael Vilhelm Avqust-Aleksander, böyük knyaginya Yekaterina Mixaylovna və Meklenburq-Strelitz hersoqu Georq Avqustun oğlu, I Pavelin nəvəsi. Meklenburq-Strelitz nəslinin Rusiyadakı nümayəndəsi. 1918-ci ildən sonra — Almaniyanın Meklenburq-Strelitz hersoqluğunun varisi. General-leytenant. Oranienbaumda anadan olmuşdur.
- Avraam Melnikov (1784–1854) — rus memarı, Sankt-Peterburq İncəsənət Akademiyasının fəxri üzvü. Oranienbaumda anadan olmuşdur.
- Aleksandr Menşikov (1673–1729) — rus dövlət xadimi və sərkərdəsi, I Pyotrun favoriti. Oranienbaumun birinci sahibi.
- Aleksandr Mostovoy (doğ. 1968) — sovet və rus futbolçusu, yarımmüdafiəçi, SSSR-i çempionu, Rusiya Milli Yığmasının keçmiş oyunçusu. Lomonosovda anadan olub.[40]
- Yuvenali (İvan Polovtsev) (1826–1904) — Litva və Vilen arxiyepiskopu. Oranienbaumda anadan olub.
- İqor Stravinski (1882–1971) — rus bəstəkarı, dirijör və pianoçu, XX əsrin ən tanınmış musiqi şəxsiyyətlərindən biridir. Oranienbaumda anadan olub.
- Nikolay Şadrunov (1933–2007) — rus və sovet yazıçısı, prozaik, Lomonosovun fəxri vətəndaşı.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom2_oktmo.rar.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). Росстат, 2023.
- ↑ "Дмитрий Медведев подписал указы о присвоении городам Коврову, Ломоносову, Таганрогу, Петропавловску-Камчатскому почётного звания "Город воинской славы"". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-30.
- ↑ Указ Президента Российской Федерации № 1457 от 3 ноября 2011 года "О присвоении г. Ломоносову почётного звания Российской Федерации "город воинской славы""
- ↑ "О Реестре названий объектов городской среды. Постановление Правительства Санкт-Петербурга от 6 февраля 2006 года № 117". 2014-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-30.
- ↑ 1 2 Топонимическая энциклопедия Санкт-Петербурга. СПб.: Информационно-издательское агентство ЛИК, 2002.
- ↑ "Константин Георгиевич Паустовский. Орест Кипренский". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-11.
- ↑ Поспелов Е. М. Географические названия мира: Топонимический словарь.— 2-е изд., стереотип.— М.: Русские словари, ООО "Издательство Астрель", ООО "Издательство АСТ", 2001
- ↑ Поспелов Е. М. Историко-топонимический словарь России. Досоветский период.— М.: Профиздат, 2000
- ↑ Слова Oranie(n) в немецком языке нет; апельсин (дерево) по-немецки называется Orangenbaum (плод — Apfelsine, Chinaapfel, Goldorange, Sinaapfel или книжное Orange). Oranje — слово нидерландского языка.
- ↑ 1 2 Шварц В. Пригороды Ленинграда. — Л.: Искусство. Ленинградское отделение, 1967
- ↑ 1 2 3 4 5 6 Муниципальное образование ГОРОД ЛОМОНОСОВ[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 Кючарианц Д. А.. Художественные памятники города Ломоносова. Л., Лениздат, 1985
- ↑ 1 2 Историческая справка городского краеведческого музея Ораниенбаума 9.2007[ölü keçid]
- ↑ "Петергофская Дорога. Историко-архитектурный путеводитель". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.
- ↑ http://www.gov.spb.ru/gov/admin/terr/reg_lomonosov/location Arxivləşdirilib 2008-03-17 at the Wayback Machine Официальный портал Администрации Санкт-Петербурга
- ↑ 1 2 Музей-заповедник Ораниенбаум[ölü keçid]
- ↑ Указ Президента Российской Федерации от 3 ноября 2011 года № 1457 "О присвоении г. Ломоносову почётного звания Российской Федерации "Город воинской славы""
- ↑ Даринский А. В. География Ленинграда. — Л.: Лениздат, 1982. — С. 21–29
- ↑ "Погода и климат". 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ Даринский А. В. География Ленинграда. — Л.: Лениздат, 1982. — С. 45–49
- ↑ Охотничье-промысловые звери, птицы и рыбы // Атлас Ленинградской области. — М.: ГУГК при СМ СССР, 1967. — С. 36–37.
- ↑ "Мой город". 2008-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ "Перепись населения в 2002". 2012-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ 1 2 3 4 "Жёлтые страницы Санкт-Петербург". 2011-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ "Ораниенбаум присоединили к Петергофу". 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- ↑ 1 2 3 4 Ленинград: Путеводитель / С. М. Серпокрыл. — Л.: Лениздат, 1973.
- ↑ Денисова Е. Г. Дворец Петра III. Спб: ООО "Союз-Дизайн", 2005, с. 5.
- ↑ О ПЕРЕЧНЕ ОБЪЕКТОВ ИСТОРИЧЕСКОГО И КУЛЬТУРНОГО НАСЛЕДИЯ ФЕДЕРАЛЬНОГО (ОБЩЕРОССИЙСКОГО) ЗНАЧЕНИЯ, НАХОДЯЩИХСЯ В Г. САНКТ-ПЕТЕРБУРГЕ. ПОСТАНОВЛЕНИЕ ПРАВИТЕЛЬСТВО РФ 10 июля 2001 г. N 527[ölü keçid]
- ↑ "Закон Санкт-Петербурга от 25.07.2005 N 411-68 (ред. от 21.07.2008) «О территориальном устройстве Санкт-Петербурга» п.2.14.3. Описание границ города Ломоносова". 2012-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.
- ↑ "Итоги муниципальных выборов 2009 года". 2011-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
- ↑ "ЗАКС.РУ : Новости : Конфликт вокруг кресла главы администрации Ломоносова разгорелся с новой силой — Политическая жизнь Северо-Западного региона". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
- ↑ В Ломоносове избрали главу администрации " Петрова Светлана Валерьевна[ölü keçid]
- ↑ П. Винклер. Гербы городов, губерний, областей и посадов Российской империи, внесённые в Полное собрание законов с 1649 по 1900 гг. — СПб. 1899
- ↑ 1 2 "Геральдикум". 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
- ↑ Концерн "Морское подводное оружие — Гидроприбор"[ölü keçid]
- ↑ "Полярная морская геологоразведочная экспедиция". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
- ↑ "Маршрут между Ломоносовым и Кронштадтом начинает свою работу". Новости Кронштадта. 13 сентября 2011. 2011-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
- ↑ "Маршруты общественного транспорта Санкт-Петербурга". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
- ↑ "On-line конференция. Александр Мостовой". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
Xarici keçidlər
redaktəYUNESKO-nun Ümumdünya irsi, obyekt № 540-020 ing. • rus. • fr. |
- Lomonosov Şəhər İcra idarəsinin rəsmi saytı Arxivləşdirilib 2006-12-09 at the Wayback Machine
- Lomonosov "Мой город" ensiklopediyasında Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine
- Sankt-Peterburq İcra Hakimiyyətinin rəsmi saytında Lomonosov haqqında məlumat Arxivləşdirilib 2007-10-05 at the Wayback Machine
- "Peterhof" Dövlət Muzey-Qoruğu