Londonun Yasil Zolagi - Wikipedia
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır.
Tarix
redaktəLondonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu. Yaşıl zolağa dair daha sonrakı aktlar şəhər və kəndi fərqləndirən meyarları dəqiqliklə müəyyən etdilər.[1]
İstinadlar
redaktə- ↑ "The history of the London Green Belt" (PDF). // londongreenbeltcouncil.org.uk. 2013-05-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-5-7. (ing.)
Xarici keçidlər
redaktə- The London Green Belt Council Arxivləşdirilib 2013-07-18 at the Wayback Machine Rəsmi sayt
- İngiltərənin yaşıl zolağının interaktiv xəritəsi Arxivləşdirilib 2013-05-21 at the Wayback Machine The Telegraph