Loren Alfonso - Wikipedia
Loren Berto Alfonso Dominges (28 may 1995, Havana) — 2014-2017-ci illərdə Kubanı, 2017-ci ildən isə Azərbaycanı təmsil edən boksçu; "Toкio 2020" — XXXII Yay Olimpiya Oyunlarının gümüş, "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının isə bürünc medalçısı; Dünya Çempionatlarının qalibi (2021-ci ildə) və finalçısı (2023-cü ildə)
Loren Alfonso | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||
Tam adı | Loren Berto Alfonso Dominges | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Kuba (2014—2017) → Azərbaycan (2017—) |
||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Havana, Kuba | ||||||||||||||||||||||||||||||||||
Boyu | 190 sm. (6 ft 7 in) | ||||||||||||||||||||||||||||||||||
İdman növü | Boks | ||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2014— | ||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Pedro Roque | ||||||||||||||||||||||||||||||||||
Komandası | Qəbələ İdman Klubu | ||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Loren Alfonso 2019-cu ildə Belarusda II Avropa Oyunlarının qalibi olub, 2024-cü ildə Serbiyada isə Avropa Çempionatını bürünc medalla başa burub.
Azərbaycan idmanında xidmətlərinə görə 2021-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2024-cü ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[1]
Həyatı
redaktəLoren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür.
Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur.[2] Bir oğlu və bir qızı var.
Karyerası
redaktəKuba yığmasının heyətində (2014—2017)
redaktəLoren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi. Kuba yığmasının əsas üzvü Rio-de-Janeyro Olimpiadasının qalibi olan Arlen Lopez idi.
Loren Alfonso 2014-cü ilin 7-11 aprelində Komandalararası Kuba Çempionatında çıxış etdi və Yasmani Rodrigez üzərində 2:1 hesabı ilə qələbə qazandı.[3] Daha sonra Loren Alfonso ilin sonlarında Santa Klara şəhərində baş tutan Kuba Çempionatında mübarizə apardı. Alfonso 1/8 final mərhələsində Hector Boloya 3:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Emilio Korreaya 0:3 hesabı ilə məğlub oldu və turniri medalsız başa vurdu.[4]
Loren Alfonso 2015-ci ildə baş tutan Kuba Çempionatında isə 1/8 final mərhələsində Janiel Serranoya məğlub oldu.[5] 2016-cı ildə baş tutan Kuba Çempionatında isə Alfonso 1/8 final mərhələsində Jairo Ramireza qalib gəlsə də (5:0), 1/4 final mərhələsində Kuba yığmasının lideri Arlen Lopeza məğlub oldu (0:5).[6]
Kuba Çempionatlarında uğurlu nəticələrə imza ata bilməyən və buna görə də Kuba yığmasının əsas heyət üzvü ola bilməyən Loren Alfonso 2017-ci ildə başqa yığmanın heyətində çıxış etməyi qərara aldı. Həmin dönəmdə Azərbaycan yığmasının heyətində 81 Kq.-da çıxış edən 2012-ci il London Olimpiadasının bürünc medalçısı Teymur Məmmədov idmanla vidalaşdığı üçün məşqçilər onu əvəzinə istedadlı idmançı axtarmağa başladı. Kubalı məşqçi Pedro Roque tərəfindən Loren Alfonso əvvəlcə Qəbələ İdman Klubunun heyətində məşqlərə qoşuldu, sonra isə 2017-ci ildə Azərbaycan Çempinatında mübarizə apardı.
2019-cu il: Avropa Oyunlarında qələbə
redaktəLoren Alfonsonun Azərbaycan bayrağı altında birinci turniri 2019-cu ilin 20-30 iyununda Belarusda baş tutan II Avropa Oyunları oldu.[7] 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu.[8] İyunun 22-də baş tutan görüşdə Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[9] Bu mərhələdə o, Belarus təmsilçisi Mixail Dauhaliavets ilə üz-üzə gəldi.[10] İyunun 25-də baş tutan görüşdə Alfonso 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Belçika nümayəndəsi Ziad El Mohor oldu.[11] İyunun 26-da baş tutan görüşdə də Loren Alfonso rəqibi üzərində inamlı qələbə qazandı — 5:0.[11] Bununla da Loren Alfonso Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[11] Finala gedən yolda onun rəqibi İtaliya təmsilçisi Simon Fiori oldu.[12] İyunun 28-də baş tutan görüşdə Alfonso rəqibindən üstü oldu (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[12] Həlledici görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və II Avropa Oyunlarının qalibi oldu.[13][14][15]
2019-cu ilin əsas turniri 8-22 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[16][17][18] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəldi.[19] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[19] Bu mərhələdə onun rəqibi Avstriya təmsilçisi Umar Cambəyov oldu.[20] Həmin görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[20] Bu mərhələdə o, Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov ilə üz-üzə gəldi.[21] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[21]
2020-ci il: Avropa Olimpiya Təsnifat Turniri
redaktə2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 14-22 martda Birləşmiş Krallığın London şəhərində baş tutdu. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[22] Həmin günlərdə COVID-19 (Koronavirus) pandemiyası bütün dünyanı cənginə alsa da, IBA tərəfindən həmin turnirin təxirə salınmayacağı bildirildi.[23] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə martın 17-də Ukrayna nümayəndəsi Stepan Hrehul ilə üz-üzə gəlməli idi.[24] Amma turnirin 4-cü günündə IBA tərəfindən COVID-19 pandemiyası səbəbilə Avropa Olimpiya Təsnifat Turnirinin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul elədi.[25] Martın 24-də isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[26] Ümumi olaraq 2020-ci il ərzində beynəlxalq turnirlər baş tutmadı.
2021-ci il: Olimpiya Oyunlarında bürünc
redaktəLoren Alfonso 2021-ci ilin martında İstanbul şəhərində baş tutan "Bosphorus Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Bağıt Toğtosuna qalib gəlsə də, 1/2 final mərhələsində Türkiyə təmsilçisi Mehmet Ünala məğlub oldu və turnirin bürünc medalına sahib oldu.[27]
Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilin avqustunda baş tutması, IBA tərəfindən isə 2020-ci ilin martında təxirə salınan Avropa Olimpiya Təsnifat Turnirinin 4-8 iyunda baş tutması qərara alındı.
Loren Alfonso turnirdən əvvəl Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışlarında oldu.[28] Avropa Olimpiya Təsnifat Turniri 4-8 iyunda Fransanın Paris şəhərində baş tutdu.[29] IBA tərəfindən qəbul edilən qərara əsasən 2020-ci ilin martında turnirin dörd günü ərzində qeydə alınan nəticələr qüvvədə qaldı. Bununla da Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu. Loren Alfonso, Stepan Hrehula 2019-cu ildə Avropa Oyunlarında qalib gəlmişdi. İyunun 4-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[30] Bu mərhələdə o, Rusiya Federasiyası təmsilçisi İmam Xatayev ilə üz-üzə gəldi. İyunun 5-də baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[31] Bununla o, Olimpiadaya vəsiqəni təmin elədi.[32] Loren Alfonso yarım-final mərhələsində İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəlməli idi. Amma Qaziməhəmməd Cəlidov görüşdə mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso turnirin final görüşünə vəsiqə qazandı.[33] Formal əhəmiyyətə sahib olan final görüşündə isə onun rəqibi Birləşmiş Krallıq təmsilçisi Bencamin Uitteher oldu. Bu görüşdə də rəqib mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso görüşün qalibi oldu. Bununla da o, həm Olimpiadaya vəsiqə qazandı, həm də Avropa Olimpita Təsnifat Turnirinin qalibi oldu.[34][35]
COVID-19 (Koronavirus) pandemiyası səbəbilə 2020-ci ildə təxirə salınan XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu. Azərbaycan yığması Olimpiada da beş idmançı ilə təmsil olundu: 2015-ci il Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (57 Kq.), 2013-cü il Dünya Çempionatının qalibi Cavid Çələbiyev (63 Kq.), 2016-cı il Rio-de-Janeyro Olimpiadasının finalçısı Lorenso Sotomayor (69 Kq.), 2019-cu il Avropa Oyunlarının qalibi Loren Alfonso (81 Kq.) və Məhəmməd Abdullayev (+91 Kq.)[36][37]
22 idmançının mübarizə apardığı turnirdə Loren Alfonso təsnifat mərhələsindən azad idi.[38][39] Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov oldu. Loren Alfonso, Dilşodbəy Ruzmetova 2019-cu ildə baş tutan Dünya Çempionatında məğlub olmuşdu. İyulun 28-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Olimpiadanın 1/4 final mərhələsinə adladı.[40][41] Bu mərhələdə onun rəqibi Türkiyə təmsilçisi Bayram Malhan oldu.[42] İyulun 30-da baş tutan görüşdə Loren Alfonso rəqibindən üstün oldu — 5:0. Bununla da o, yarım-final mərhələsinə adlamaqla ən azından bürünc medalı təmin elədi.[43][44] Görüşdən sonra Loren Alfonso müsahibəsində bunları bildirdi: "Ən azından bürünc medalı təmin elədiyim üçün çox şadam. Amma mənim hədəfim qızıl medaldır".[45] Finala gedən yolda onun rəqibi — 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu. Bir zamanlar eyni yığmada məşq edən Alfonso və Lopez arasında baş tutan görüş, Loren Alfonso üçün prinsipial əhəmiyyət daşıyırdı. Məhz Arlen Lopez Kuba yığmasının "bir nömrəsi" olduğu üçün Loren Alfonso başqa yığmada çıxış eləməyə məcbur olmuşdu. Olimpiadanın yarım-final mərhələsinin görüşləri avqustun 1-də baş tutdu. Görüşün birinci raundunda üstün tərəf Loren Alfonso olsa da, növbəti raundlarda Arlen Lopez tədricən üstünlüyü ələ aldı. Nəticədə Loren Alfonso rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Loren Alfonso XXXII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[46][47][48][49]
Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən XXXII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Loren Berto Alfonso Dominqez 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[50]
IBA tərəfindən Dünya Çempionatları Olimpiya Oyunlarının olmadığı illərdə baş tuturdu. IBA, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən Olimpiya Oyunlarının 2020-ci ildən 2021-ci ilə təyin edilməsi, Dünya Çempionatına təsir göstərməyəcəyini bildirdi və turnirin noyabrda Serbiyanın Belqrad şəhərində baş tutacağını bildirdi.[51]
Dünya Çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[52][53] Loren Alfonso 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə qaçqınlardan ibarət yığmanın üzvü Tavfiqullah Sulaimani ilə üz-üzə gəldi.[54] Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[55] Bu mərhələdə onun rəqibi Rumıniya təmsilçisi Paul Aradoaie oldu. Bu görüşdə də üstün tərəf Loren Alfonso oldu — 5:0.[56] Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı.[57] Bu mərhələdə o, Rusiya Milli Olimpiya Komitəsini (MOK) təmsil edən Şarabutdin Atayev ilə üz-üzə gəldi. Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[58] Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Heriç Ruiz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[59] Həlledici görüşdə onun rəqibi Braziliya təmsilçisi Keno Maçado oldu. Noyabrın 5-də baş tutan final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.[60] Loren Alfonso bu idman növü üzrə Dünya Çempionatının qalibi olan beşinci Azərbaycan idmançısı oldu.[61]
Loren Alfonso final görüşündə qələbəsini Vətən müharibəsi şəhidlərinə həsr elədiyini bildirdi: "Dünya Çempionatı mənim üçün əla oldu. Gərgin mübarizə oldu. Turnirə bütün favoritlər qatıldı. Ən çətin və emosional görüşün yarım-final mərhələsində Kubalı Heriç Ruizə qarşı oldu. Mənim qalib gələcəyimə inanırdım. 2 gün sonra Zəfər Günüdür. Qələbəmi 44 gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edirəm. Uca Tanrıdan ruhlarına rəhmət arzu edirəm".[62]
2023-cü il: Dünya Çempionatında final
redaktəLoren Alfonsonun olimpiadadan sonra birinci turniri 2023-cü ilin 30 aprel-14 mayında Özbəkistanda baş tutan Dünya Çempionatı oldu. Karyerası ərzində üçüncü dəfə Dünya Çempionatında mübarizə aparan Loren Alfonso turnirin favoritlərindən biri hesab olunurdu. Təsnifat mərhələsindən azad olan Loren Alfonso 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Billi McAllister ilə üz-üzə gəldi. Mayın 8-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqiqi Özbəkistan nümayəndəsi Şoxcaxon Abdullayev oldu. Mayın 10-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Georgi Kuşitaşvili oldu. Mayın 12-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə inamlı qələbə qazandı və 2 ildən sonra növbəti dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Şarabutdin Atayev olacaq. Mayın 14-də baş tutan final görüşündə Loren Alfonso rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.
Dünya Çempionatından sonra Loren Alfonso Polşada baş tutan III Avropa Oyunlarında mübarirə apardı. Turnirin 1/16 final mərhələsində Loren Alfonso İsrail nümayəndəsi Yan Zaya məğlub oldu (1:4) və turnirdə mübarizəsini başa vurdu.
2024-cü il: Paris Olimpiadası
redaktəLoren Alfonso 2024-cü ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
2024-cü ilin may-iyununda isə Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[63][64]
İlin əsas turniri 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunları oldu.[65] Alfonso Azərbaycan yığmasının əsas medal ümidlərindən biri hesab olunurdu. 92 Kq. turnirində çıxış edən Loren Alfonso iyulun 28-də mübarizəyə qoşuldu.[66] Alfonso olimpiadanın 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Kuba nümayəndəsi Xulio Sezar la Kruz oldu.[66] Rəqib 2016 və 2020-ci illərdə olimpiadaların qızıl medallarına, 2011–2017-ci illərdə ardıcıl dörd dəfə, ümumi olaraq isə beş dəfə Dünya Çempionatlarının qalibi olan 34 yaşlı təcrübəli və titullu idmançı idi.[66] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundunda la Kruz 4:1 hesabı ilə qələbə qazandı.[67] Növbəti raundda Alfonso tədricən təşəbbüsü ələ aldı və 3:2 hesabı ilə qalib gəldi.[67] Həlledici raundda da Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı.[67] Bununla da ümumi nəticədə Loren Alfonso təcrübəli və titullu rəqibinə 3:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[68][67] Qələbədən sonra Alfonso müsahibəsində görüşə yaxşı hazırlaşdığını və rəqibi hər tərəfli analiz etdiyini bildirdi.[69] Görüşdən sonra Kuba prezidenti Migel Dias-Kanel özünün X hesabında Loren Alfonsonun qələbəsi barədə yazmışdı — "Onu böyüdən vətənə hörməti hörmətə layiqdir. Kuba qardaş Azərbaycanı təmsil etməsinə baxmayaraq, qələbəsinə sevinir".[70] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi 22 yaşlı Qazaxıstan nümayəndəsi Aibəy Oralbəy oldu.[71] Avqustun 1-də baş tutan görüş Azərbaycan idmanı adına tarixi hadisəyə şahid oldu.[72] Görüşün birinci raundunda rəqib Alfonsodan üstün oldu (4:1).[73] Növbəti raunddan Loren Alfonso tədricən təşəbbüsü ələ aldı və raundu 3:2 hesabı ilə qalib başa vurdu.[73] Həlledici raundda isə Alfonso rəqibinə 4:1 hesabı ilə qalib gəldi.[73] Bununla da Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanaraq olimpiadanın yarım-final mərhələsinə və minimum bürünc medalı təmin etdi.[73][74] Bu minvalla Alfonso həm də bu idman növü üzrə 2 dəfə olimpiada medalına sahib olan birinci idmançı olaraq Azərbaycan idmanının tarixinə düşdü.[72] Olimpiadanın finalına gedən yolda onun rəqibi İspaniya nümayəndəsi Enmanuel Reyes oldu.[75] Rəqib son 2 il ərzində Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında medallara sahib olan 31 yaşlı təcrübəli idmançı idi.[76] Avqustun 4-də baş tutan görüşdə Loren Alfonso bu səfərdə döyüş strategiyasına sadiq qaldı.[77] Birinci raund gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Alfonso rəqibinə 3:2 hesabı ilə qalib gəldi.[77] Növbəti raundda Loren Alfonso təşəbbüsü tamamilə ələ aldı və bu səfər rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı.[77] Həlledici raundda da Alfonso üstün tərəf oldu (3:2).[77] Bununla da Loren Alfonso ümumi nəticədə rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq Paris Olimpiadasının final görüşünə vəsiqə qazandı.[77][75] Alfonso 8 ildən sonra bu idman növü üzrə olimpiada finalında çıxış edən birinci Azərbaycan idmançısı oldu. Sonuncu dəfə Lorenso Sotomayor 2016-cı ildə olimpiada finalında mübarizə aparmış, nəticədə gümüş medala sahib olmuşdu.[78] Görüşdən sonra Alfonso İTV-yə müsahibəsində məqsədinin olimpiya çempionluğu olduğunu bildirdi.[79] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Lalizbəy Mulloconov oldu.[80] Tarixi final görüşü avqustun 9-da baş tutdu.[81][82] Görüşün birinci raundunda Alfonso inamlı təsir bağışlamadı və nəticədə rəqib birinci raunda da qələbə qazandı (5:0).[81] Növbəti raundda da Alfonsonun döyüşü alınmadı və nəticədə o, rəqibinə məğlub oldu (0:5).[81] Üçüncü raundda Alfonso nisbətən təşəbbüsü ələ alsa da, bu səfərdə raundu məğlubiyyətlə başa vurdu (2:3).[81] Ümumi nəticədə Loren Alfonso final görüşündə rəqibinə 0:5 hesabı ilə məğlub oldu və olimpiadanın gümüş medalına sahib oldu.[83][82] Görüşdən sonra Alfonso müsahibəsində bunları bildirdi: “Azərbaycan xalqına gümüş medal verdiyim üçün xoşbəxtəm. Amma nəticəmdən tam razı deyiləm. Mən bu görüşə qızıl qazanmaq üçün çıxdım. Bu gün mənim günüm deyildi. Döyüş zamanı mən istədiyimi edə bilmədim. Məşqə davam edəcəm. Çalışacağam növbəti Olimpiadada Azərbaycana qızıl medal verim”.[84][85] Loren Alfonsonun gümüş medal qazanması münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva onu təbriк etmişdi.[86]
Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Loren Berto Alfonso Dominges 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1] Həmin gün "Zuğulba" iqamətgahında baş tutan görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ordeni Həsrət Cəfərova təqdim edib.[87][88]
Nəticələri
redaktəKaryerası ərzində mübarizə apardığı 11 beynəlxalq turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Loren Alfonso 2020-ci il olimpiadasının bürünc, 2024-cü il olimpiadasının isə gümüş medallarına sahib olub. Dünya Çempionatlarında — 2021-ci ildə qalib, 2023-cü ildə isə finalçı olub.
2019-cu ildə Avropa Oyunlarını qızıl, 2024-сü ildə isə Avropa Çempionatını bürünc medallarla başa vurub.
Avropa Oyunları | Belarus | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Paris | |||
Olimpiya Oyunları[a] | Yaponiya | |||
Dünya Çempionatı | Serbiya | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Avropa Oyunları | Polşa | |||
1-ci Dünya Olimpiya Təsnifat Turniri | İtaliya | |||
2-ci Dünya Olimpiya Təsnifat Turniri | Tailand | |||
Avropa Çempionatı | Serbiya | |||
Olimpiya Oyunları | Paris |
Dövlət təltifləri
redaktə- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən XXXII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Alfonso Dominguez Loren Berto Berto 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[89]
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Alfonso Dominguez Loren Berto Berto 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]
Görüşlərinin nəticələri
redaktəQeydlər
redaktə- ↑ 2020-ci ildə baş tutmalı olan turnir, dünyanı cənginə alan COVID-19 (Koronavirus) pandemiyasına görə 2021-ci ilə təxirə salındı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 25.08.2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
- ↑ Сабухи Мусаев. "Cупруга бронзового призера токийской Олимпиады: Не могла смотреть поединки, переживала - ФОТО + ЭКСКЛЮЗИВ". www.oxu.az ( (rus.)). 22.08.2022. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2014 Cuban Team National Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2014 Cuban National Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2015 Cuban National Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-02-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2016 Cuban National Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-02-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан на Евроиграх-2019: календарь, составы". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Лоренцо Сотомайор встретится с Гургеном Мадояном, Камран Шахсуварлы ждет соперника". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Лоренцо Сотомайор, Камран Шахсуварлы, Джавид Челебиев и Альфонсо Домингес победно стартовали на Евроиграх". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Джавид Челебиев и Альфонсо Домингес вышли в четвертьфинал, Руфат Гусейнов проиграл". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Альфонсо Домингес и Лоренцо Сотомайор - в полуфинале Евроигр". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Альфонсо Домингес вышел в финал, Лоренцо Сотомайор проиграл техническим нокаутом". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Альфонсо Домингес принес Азербайджану золото Евроигр". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Евроигры-2019: Азербайджанский результат". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан занял десятое место на Евроиграх". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанские боксеры отправляются на Чемпионат Мира в Россию". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Первым на Чемпионата Мира стартует Амин Кушков". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Снова ставим на легионеров". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Тайфур Алиев и Альфонсо Домингес победно стартовали на Чемпионате Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Альфонсо Домингес и Магомед Абдуллаев вышли в четвертьфинал Чемпионата Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Фиаско азербайджанского бокса на Чемпионате Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Сборные Азербайджана определились с составами на лицензионный турнир в Лондоне". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Сборная Азербайджана отправилась на лицензионный турнир. Его не перенесут". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана узнали первых соперников на лицензионном турнире в Лондоне". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Спорт под карантином". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Ангелина Никитина. "Олимпийские игры перенесли из-за коронавируса". www.lenta.ru ( (rus.)). 22.08.2022. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанские боксеры проиграли в финале Босфора". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана выбрали Ташкент". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана отправились завоевать олимпийские лицензии". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Сотомайор и Домингес победили, Рзаева и Гамзаева проиграли". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана завоевали две олимпийские лицензии". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Еще две лицензии Азербайджана на Олимпиаду". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана не проведут полуфинальные бои в лицензионном турнире". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксер Азербайджана выиграл лицензионный турнир". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Парижский максимум азербайджанского бокса перед Токио". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Нариман АБДУЛЛАЕВ: Будем биться за олимпийское золото". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Окончательный состав Азербайджана на Олимпиаду-2020". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Кубинский тренер – о шансах Азербайджана: У всех боксеров есть шанс завоевать награду в Токио". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксеры Азербайджана узнали стартовых соперников на Олимпиаде". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020. Домингес выиграл узбека и вышел в четвертьфинал". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Шоу Домингеса". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес претендует на олимпийскую медаль". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020. Домингес вышел в полуфинал против кубинца". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес пробил себе путь в полуфинал". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2020-02-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес: Хотя бронза гарантирована, я намерен биться за золотую медаль Олимпиады". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-02-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020. Домингес проиграл кубинцу и завоевал бронзу Олимпиады-2020". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес не огорчен бронзе Олимпиады-2020". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Медаль, которая спасла азербайджанский бокс". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Домингес добрался до олимпийской бронзы". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Ильхам Алиев наградил азербайджанских олимпийцев". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Шанс для Гаджи, Рафаэля и Ирины". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан заявил 9 боксеров на ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Планы Азербайджана на рекордный ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанские боксеры узнали первых соперников на ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес и Алиев победно стартовали на ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес, Абдуллаев и Алиев вышли в четвертьфинал ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Неделя ЧМ позади: трое наших боксеров в четвертьфинале, двое – в режиме ожидания". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес, Абдуллаев и Алиев вышли в полуфинал ЧМ". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес вышел в финал ЧМ, Абдуллаев и Алиев взяли бронзу". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Боксер Азербайджана стал чемпионом мира и заработал $100 000". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Домингес стал пятым чемпионом мира в истории азербайджанского бокса". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес: Посвящаю свою победу на ЧМ шехидам Отечественной войны". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ İdman.Biz. "Alfonso Dominqes də Paris-2024-də!". www.idman.biz ( (az.)). 28.06.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ İdman.Biz. "Альфонсо Домингес завоевал лицензию на Париж-2024!". www.idman.biz ( (rus.)). 28.06.2024. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ olympics.com. "ALFONSO DOMINGUEZ Loren Berto". www.olympics.com ( (ing.)). 25.04.2024. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Париж-2024: Неожиданная победа Домингеса над двукратным олимпийским чемпионом". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 3 4 olympics.com. "BOXING - MEN'S 92KG - PRELIMINARIES - ROUND OF 16 // ALFONSO DOMINGUEZ LOREN BERTO VS LA CRUZ PERAZA JULIO CESAR RESULTS". www.olympics.com ( (rus.)). 25.04.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Alfonso Dominqes Paris Olimpiadasına qələbə ilə başlayıb". www.azertag.az ( (az.)). 28.06.2024. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес – о своей первой победе: Сегодня был мой день". www.azerisport.com ( (rus.)). 25.04.2024. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Azerisport.com idman portalı. "Президент Кубы: Мы рады победе Домингеса, несмотря на то, что он представляет братский Азербайджан". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azerisport.com idman portalı. "Париж-2024: Альфонсо Домингес победил Айбека Оралбая и вышел в полуфинал". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 Apasport.az. "Paris-2024: Alfonso Dominqes finalda!". www.apasport.az ( (az.)). 28.06.2024. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 3 4 olympics.com. "BOXING - MEN'S 92KG - QUARTERFINAL // ORALBAY AIBEK VS ALFONSO DOMINGUEZ LOREN BERTO RESULTS". www.olympics.com ( (rus.)). 25.04.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. ""Paris-2024": Azərbaycan idmançısı bürünc medalı təmin edib". www.azertag.az ( (az.)). 28.06.2024. 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Париж-2024: Альфонсо Домингес будет биться за золото". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan idmançısı Paris Olimpiadasının finalına vəsiqə qazanıb". www.azertag.az ( (az.)). 28.06.2024. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 3 4 5 olympics.com. "BOXING - MEN'S 92KG - SEMIFINAL // REYES PLA ENMANUEL VS ALFONSO DOMINGUEZ LOREN BERTO RESULTS". www.olympics.com ( (rus.)). 25.04.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Olympedia.org. "Lorenzo SOTOMAYOR". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес: Сделаю все возможное, чтобы подарить азербайджанскому народу золотую медаль". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес узнал соперника по финалу Олимпиады". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ 1 2 3 4 olympics.com. "BOXING - MEN'S -92KG - PRELIMINARIES - FINAL // ALFONSO DOMINGUEZ LOREN BERTO VS MULLOJONOV LAZIZBEK RESULTS". www.olympics.com ( (ing.)). 25.04.2024. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Париж-2024: Альфонсо Домингес провалил исторический бой". www.azerisport.com ( (rus.)). 28.06.2024. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb". www.azertag.az ( (az.)). 28.06.2024. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azerisport.com idman portalı. "Альфонсо Домингес: Постараюсь на следующей Олимпиаде подарить Азербайджану золотую медаль". www.azerisport.com ( (rus.)). 28.06.2024. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Alfonso Dominqes: Növbəti olimpiadada qızıl medal qazanacağam". www.azertag.az ( (az.)). 28.06.2024. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Birinci vitse-prezident Mehriban Əliyeva Olimpiadada gümüş medal qazanan Alfonso Dominqesi təbriк edib VİDEO". www.azertag.az ( (az.)). 28.06.2024. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.06.2024.
- ↑ Azerisport.com idman portalı. "Хидаят Гейдаров, Зелим Коцоев и другие герои Парижа награждены орденами и медалями". www.azerisport.com ( (rus.)). 25.08.2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
- ↑ Azerisport.com idman portalı. "Ильхам Алиев принял героев Олимпиады-2024". www.azerisport.com ( (rus.)). 25.08.2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamı". www.azertag.az ( (az.)). 12.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2022.