Lubanq Adasi - Wikipedia
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada.
Lubanq adası | |
---|---|
filip. Lubang | |
Ümumi məlumatlar | |
Sahəsi | 185 km² |
Uzunluğu |
|
Eni | 8,5 km |
Hündür nöqtəsi | 417 m |
Əhalisi | 28.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
13°47′00″ şm. e. 120°12′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Region |
|
Akvatoriya | |
|
Coğrafiyası
redaktəBu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Tarixi
redaktəBu adada ilk insanlar 30 000 il əvvəl məskunlaşmışlar. Onun yerli əhalisi visaya xalqlarıdır. Belə ki, 1974-ci ildə II dünya müharibəsindən qaçaraq cəngəlliklərdə gizlənmiş yapon gizli kəşfiyyatçısı Onoda Xiro tapılmışdır. Belə ki, o düşünmüşdür ki, müharibə hələ bitməyib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Republic of the Philippines. National Statistics Office. Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine (недоступная ссылка — история) (April 2012). Проверено 4 апреля 2012. (недоступная ссылка)
- ↑ Landor, Arnold Henry Savage (1904). The Gems of the East: Sixteen Thousand Miles of Research Travel Among Wild and Tame Tribes of Enchanting Islands, p. 10. Harper & Bros., New York. OCLC 1688191