Mubahiselerin Alternativ Helli - Wikipedia
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu.
Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər.
Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır.[1] Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər.[2]
Xüsusiyyətləri
redaktəMübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər.
Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir. İkinci halda isə məhkəmə mexanizmlərinə əlavə və ondan asılı olmayan metodlardan istifadə olunur.
Mübahisələrin alternativ həllinə qeyri-formal məhkəmələr, qeyri-formal mediasiya prosesləri, formal məhkəmələr və formal mediasiya prosesləri daxildir. Formal məhkəmənin klassik forması arbitrajdır. Klassik formal mediasiyaya məhkəmə tərəfindən təyin edilmiş mediatorun cəlb olunduğu mediasiya prosesini aid etmək olar.
Üstünlükləri və çatışmazlıqları
redaktəMübahisənin alternativ həllinin məhkəmə ilə müqayisədə bəzi üstün cəhətləri var:
- Çoxtərəfli mübahisələrdə əlverişli olması
- Daha az xərc
- Sürətli həll
- Prosesin çevikliyi
- Tərəflərin prosesə nəzarəti
- Tərəflərin mübahisənin həll ediləcəyi yeri seçməsi
- Praktik həllər
- Daha geniş məsələlər nəzərdən keçirilə bilər.
- Ortaq gələcək maraqlar qoruna bilər.
- Konfidensiallıq
- Risklərin idarə edilməsi
Bununla belə, mübahisələrin alternativ həlli zamanı aşağıdakı hallar olduğuna görə daha az səmərəli ola bilir:
- Presedentin zəruriliyi
- Məhkəmə əmrlərinin zəruriliyi
- Sübutetmə qaydalarının zəuriliyi
- Məcburi icra zərurəti
- Tərəflərin qeyri-bərabər mövqedə olması
- Kvazi-cinayət iddiaları
- İşin mürəkkəbliyi
İstinadlar
redaktə- ↑ Totaro, Gianna., "Avoid court at all costs" The Australian Financial Review Nov. 14 2008. (April 19, 2010)
- ↑ Clift, Noel Rhys. "The Phenomenon of Mediation: Judicial Perspectives and an Eye on the Future". 3 May 2010. 1 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2018 – papers.ssrn.com vasitəsilə.
Xarici keçidlər
redaktə- European Mediation Training for Practitioners of Justice - EMTPJ
- Party-Directed Mediation: Facilitating Dialogue Between Individuals by Gregorio Billikopf, free complete book PDF download, at the University of California (3rd Edition, posted 24 March 2014)
- Party-Directed Mediation: Facilitating Dialogue Between Individuals by Gregorio Billikopf, free complete book download, from Internet Archive (3rd Edition, multiple file formats including PDF, EPUB, and others)
- Center for Alternative Dispute Resolution - CADR an institution provides training and accreditation for ADR practitioners.
- ADR International Register:[1] ISO-based registration and certification for ADR practitioners such as arbitrators, conflictcoaches, mediators and negotiators.
- ↑ "Professional certified and registered ADR practitioners - ADR register". www.adr-register.com. 18 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2015.