Muftizade Ehmed Efendi - Wikipedia
Müftizadə Əhməd Əfəndi (v. 10 noyabr 1791, İstanbul, Osmanlı imperiyası) — Osmanlı şeyxülislamı və alimi.[1]
Müftizadə Əhməd Əfəndi | |
---|---|
10 fevral 1786 – 24 noyabr 1787 | |
Əvvəlki | Dürrizadə Mehmed Arif Əfəndi |
Sonrakı | Məkkəyi Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 10 noyabr 1791 |
Vəfat yeri | |
Fəaliyyəti | Şeyxülislam |
Həyatı
redaktəGelibolu müftüsü olan atasına nisbətlə bir çox mənbədə Müftizadə ləqəbiylə anılır. Mədrəsə təhsilini tamamladıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. 1772-ci ildə davam edən Rusiya-Osmanlı müharibəsinə ordu qazısı olaraq qatıldı. 1782-ci ildə İstanbul qazısı, 1785-ci ildə isə Anadolu qazəsgəri təyin edildi. 10 fevral 1786-cı ildə şeyxülislamlığa yüksəldi. 1787-ci ildə Rusiyaya yeni bir səfər tərtib edilməsi üzrə aparılan müzakirələrdə sədrəzəm Qoca Yusif Paşayla birlikdə Sultan Əbdülhəmidi müharibəyə razı saldı. Ancaq müharibənin gedişatında Avstriyanın da qarşı cəbhəyə qatılması ilə müharibə Osmanlının əleyhinə çevrildi. Bu vəziyyətdə müharibə tərəfdarı olan Əhməd Əfəndi səhvini anlayaraq öz istəyilə vəzifədən ayrıldı (24 noyabr 1787).[2]
1789-cu ildə III Səlimin taxta çıxmasının ardından şeyxülislam Həmidizadə Əfəndi mərkəzdən uzaqlaşdırmaq üçün o əsnada İstanbulda olan bütün sabiq şeyxülislamları İstanbuldan sürgün etdi. Beləcə, Əhməd Əfəndi də Ankaradakı şəxsi mülkündə yaşamağa başladı. Ancaq 1791-ci ildə Məkkəyi Mehmed Əfəndinin yenidən şeyxülislamlığa təyin edilməsiylə bağışlandı və İstanbula geri çağırıldı. 10 noyabr 1791-ci ildə burada vəfat etdi və Üsküdarda dəfn olundu.
Mənbə
redaktə- TSMA, nr. E. 9764.
- Sicill-i Osmânî, I, 271.
- İlmiyye Salnâmesi, s. 555-556.
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 503-504.