Muqeddes Ilyas Monastiri - Wikipedia
Müqəddəs İlyas monastırı (süry. ܕܝܪܐ ܕܡܪܝ ܐܝܠܝܐ, ərəb. دير مار إيليا) - Mosul şəhərindən şimalda yerləşən qədim xristian monastırıdır.[1] İraq ərazisindəki ən qədim xristian monastırı olmaqla, VI əsrə aiddir.[2]
Müqəddəs İlyas monastırı | |
---|---|
süry. ܕܝܪܐ ܕܡܪܝ ܐܝܠܝܐ ərəb. دير مار إيليا | |
36°17′32″ şm. e. 43°07′51″ ş. u.HGYO | |
Ölkə | İraq |
Şəhər | Mosul şəhərinin şimalı |
Yerləşir | Ninəvə mühafazası |
Aidiyyatı | Suriya pravoslav kilsəsi |
Əsas tarixlər |
1743 - fəaliyyəti dayandırılıb 2016 - İŞİD tərəfindən məhv edilib |
Tikilmə tarixi | 595 |
Vəziyyəti | dağıdılıb |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMonastırın əsası 595-ci ildə, əvvəl Hiyrədə, daha sonra isə Türkiyə ərazisindəki Ezla dağlarındakı böyük monastırda təhsil almış assur rahibi Mar Elia tərəfindən qoyulmuşdur.[3][4] Monastır daha sonra kəldani xristianlar tərəfindən istifadə olunmuşdur. Min illər boyu bölgədə xristianlığın əsas mərkəzi olmuş monastır, hər il noyabrın son çərşənbə günü Mar Elia bayramını qeyd etmək üçün hər yerdən bu əraziyə gələn ziyarətçiləri qəbul etmişdir.[5]
XVII əsrdə monastır Hörmüzd Alquşnaya tərəfindən yenilənmişdir. 1743-cü ildə Nadir şah Əfşarın göstərişi ilə monastır ləğv edilmiş, burada yaşayan rahiblər isə öldürülmüşdür. XX əsrin əvvəllərinə kimi monastırın xarabalıqları saxlanılmış, həmin dövrdə isə bəzi otaqlar və zallar bərpa edilmişdir. Birinci Dünya müharibəsi zamanı monastırda qaçqınlar məskunlaşmış və abidənin bəzi hissələrində bərpa işləri aparmışlar.[6] Ətrafındakı binalar və mineral bulaqlarla birlikdə monastır kompleksi Kəldani Katolik Kilsəsi tərəfindən qorunmuş, monastırın xarabalıqları isə dövrümüzə kimi xristianlar tərəfindən ziyarət edilmişdir.[7]
Müasir dövrdə istifadəsi və dağıdılması
redaktəİraq müharibəsinin başa çatmasından sonra monastırın yaxınlığında yerləşən Marez Əməliyyat Bazasının hərbi qulluqçuları abidəni bir qədər bərpa etmişlər.[8] İraq Respublikaçılar Qvardiyası tərəfindən amerikalılardan azad edildikdən sonra, ərazi, ABŞ-nin 101-ci Hava-Desant Diviziyası tərəfindən endirilmiş zərbələrə məruz qalmışdır. Daha sonra ABŞ-nin 94-cü Mühəndis Batalyonu monastıra topoqrafik baxış həyata keçirmişdir. Bundan sonra abidənin tam müdafiəsi təşkil edilmiş və hərbçi keşişlər ABŞ hərbçilərini buraya ziyarətə göndərməyə başlamışlar.[9] Bütün bunlar yerli əhalinin müharibədən sonrakı vəziyyətə uyğunlaşdırılması və tarixi abidələrin müdafiəsi planı çərçivəsində həyata keçirilmişdir.
2008-ci ili mayında İraq arxeoloqları 2003-cü il İraqın işğalından sonra ilk dəfə əraziyə daxil ola bilmişlər. Bundan sonra abidənin mühafizəsi təmin edilmiş, tədqiq edilməmiş hissələrinin isə qarətçilərdən qorunması təşkil olunmuşdur.
20 yanvar 2016-cı ildə abidə İraq Şam İslam Dövləti tərəfindən dağıdılmış və İŞİD tərəfindən dağıdılmış mədəniyyət abidələri siyahısına düşmüşdür.[10][11]
İstinadlar
redaktə- ↑ "History, Travel, Arts, Science, People, Places - Smithsonian". 2013-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ "Chaplains Struggle to Protect Monastery in Iraq". NPR.org. 21 November 2007. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ Soldiers Visit Ancient Monastery Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine, NewsBlaze, December 23, 2005, İstifadə tarixi:20 yanvar 2006
- ↑ Siirt xronikası 13: 445.
- ↑ US troops safeguard Iraq’s oldest Christian Assyrian monastery Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine, christiansofiraq.com, November 23rd, 2008, İstifadə tarixi: 20 yanvar 2016
- ↑ "Soldiers Visit Ancient Monastery". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ "Assyrian Monasteries". 2015-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ "G.I.'s in Iraq Hope to Heal Sacred Walls". The New York Times. 19 December 2009. 4 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ Rebuilding a Monastery in Iraq Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine, nytimes.com, İstifadə tarixi:20 yanvar 2016
- ↑ Mendoza, Martha; Alleruzzo, Maya; Janssen, Bram. "Only On AP: The oldest Christian monastery in Iraq has been reduced to a field of rubble, yet another victim of the Islamic State's relentless destruction of ancient cultural sites". US News & World Report. Associated Press. 20 January 2016. 2016-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.
- ↑ "Iraq's oldest Christian monastery destroyed by Islamic State". BBC. 20 January 2016. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2016.