Muqeddes Iohann Biqorski Monastiri - Wikipedia
Müqəddəs İohann Biqorski monastırı (mak. Свети Јован Бигорски) və ya Müqəddəs Baptist monastırı (mak. Свештена Бигорска Обител) — Makedoniya Respublikasının qərbi hissəsində, Albaniya-Makedoniya Respublikası sərhədinə yaxın, Debar və Qostivar şəhərlərini birləşdirən yolun və Rostuşa kəndinin yaxınlıqlarında yerləşən Makedon Şərqi-pravoslav monastırı.
Pravoslav ortodoks | |
Müqəddəs İohann Biqorski monastırı | |
---|---|
mak. Свети Јован Бигорски | |
Din | |
Yeparxiya | Debar-Kisevo |
Həsr olunub | Vəftizçi Yəhya |
Yerləşməsi | |
Ölkə | Şimali Makedoniya |
Bölgə | Cənub-qərb |
Şəhər | Debar |
Kənd | Rostuşa |
Yeri | Rostuşa, Debar, Makedoniya Respublikası |
Memarlıq | |
İnşa tarixi | 1020 |
Tikdirəni | İvan I Debranin |
Üslubu | Bizans memarlığı |
Bərpası | 1743; 1812-1825; 2010 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Monastırın katolikonu Vəftizçi İohanna həsr olunmuşdur. Kilsə, xüsusilə incə taxta ilə və Petre Filipovski Qarkata tərəfindən hazırlanmış ikonostasisi ilə məşhurdur. Yovan Biqorski Vəftizçi İohannın bölgədə qazandığı yerli bir addır.[1]
Tarixi
redaktəKilsə 1020-ci ildə İvan I Debranin tərəfindən tikdirilmişdir. Kilsə, XVI əsrdə, yəni Osmanlı dövründə baxımsız, yiyəsiz qalmış və xaraba halına gəlmişdir[1]. 1743-cü ildə İlarion adlı bir rahib tərəfindən bərpa edilmiş və rahiblərin qalması üçün otaqlar tikilmişdir. 1812-ci və 1825-ci illərdə Arşimandrit Arseniyusun dövründə daha da genişləndirilmişdir.[2]
2009-cu ildə baş vermiş yanğın hadisəsi səbəbiylə monastırın ən köhnə strukturlarının çoxu məhv olmuşdur, müasir və əlavə strukturlar isə qurtarılmışdır. 2010-cu ilin may ayında tarixi kilsəni əvvəlkinə uyğun olaraq yenidənqurma işlərinə görə bərpa layihəsi başladılmışdır.[1]
Müqəddəs reliktlər
redaktəMonastırın müqəddəs reliktlər saxladığı irəli sürülən geniş bir kolleksiyası var. Buna görə monastırda Vəftizçi İohann, Oxridli Klement, Beytanili Lazarus, Müqəddəs Ştefan, Müqəddəs Nikolay, Müqəddəs Barbara və Romalı Paraskevi kimi müqəddəs ruhların reliktlərindən başqa, müqəddəs xaçın bir hissəsi də var. Bütün bunlardan başqa 1020-ci ildən qaldığı düşünülən, şəfa verici gücü olduğuna inanılan bir simvol da monastırın kolleksiyasında yerləşir.[3]
Qalereya
redaktə-
Monastırın görünüşü
-
Monastırın girişi
-
Monastırın qübbəsi
-
Tikilinin ikonostasisi
-
Monastırın həyəti
-
Monastırın aşağıdan yuxarıya görünüşü
-
Köhnə bir poçt kartının üzərində Müqəddəs İohann Biqorski monastırının şəkli
-
Monastırın 1930-cu ildə çəkilmiş fotoşəkil
-
1930-cu ildə çəkilmiş fotoşəkil
-
1930-cu ildə çəkilmiş fotoşəkil
-
1930-cu ildə çəkilmiş fotoşəkil
İstinadlar
redaktə- ↑ 1 2 3 Yovan Arxivləşdirilib 2010-04-05 at the Wayback Machine. makedonya.ru-dan alındı.
- ↑ St. John Bigorski Arxivləşdirilib 2001-03-18 at the Wayback Machine (azərb. Müqəddəs İohann Biqorski). soros.org.mk-dan alındı.
- ↑ Monastery St. Jovan Bigorski Arxivləşdirilib 2021-06-06 at the Wayback Machine. exploringmacedonia.com-dan alındı.
Ədəbiyyat
redaktəDimitrov B., 2001. Християнството в българските земи. (azərb. Bolqar toraqlarında xristianlıq). Български манастири (azərb. Bolqar monastırlar). Sofiya şəhəri.
Xarici keçidlər
redaktə- Monastırın rəsmi saytı
- Müqəddəs İohann Biqorski Arxivləşdirilib 2001-03-18 at the Wayback Machine
- gostivar.com Arxivləşdirilib 2012-12-06 at Archive.today
- desniza.livejournal.com